Reshat Nuri Guntekin - Yarpaqtokumu

  • May 2020
  • PDF

This document was uploaded by user and they confirmed that they have the permission to share it. If you are author or own the copyright of this book, please report to us by using this DMCA report form. Report DMCA


Overview

Download & View Reshat Nuri Guntekin - Yarpaqtokumu as PDF for free.

More details

  • Words: 27,368
  • Pages: 42
Rəşad Nuri Güntəkin Yarpaq tökümü

I fəsil 16.05.2008. Tərcümə: Könül Əliyeva (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Rəşad Nuri Güntəkin

"Altın Yarpaq Anonim Şirkəti"ndən niyə istefa etdim? Bunu başa düşməyə nə var ki? Aldığım altmış iki lirə maaşla dolana bilmirəm. İki kiçik qardaşıma və xəstə anama baxıram. Bəzən anam soyuqdan, qardaşlarım da yeməkdən şikayət edərdilər. Mən çiynimi çəkər: "Nə edim, mənim əlimdən bu qədər gəlir. Əlimə keçən pulu barda, keflərdə yeyib-içib sizi bu vəziyyətdə saxlasam, mənə söz deməyə haqqınız olar. Ancaq haqq-hesab ortadadı" deyərdim. Bu açıq-aydın həqiqəti başa düşsələr çox yaxşı. Başa düşməsələr "xanımlar, əfəndilər, bu otelin yeməklərini bəyənmirsinizsə, pulu da az verərsiniz. Məndən daha yaxşı bilən varsa, xəbər verin, hamımız bərabər oraya köçək" deyib, dağılmış qapını çırpıb, gedərəm. Anam bir yaşlı qadın... Qardaşlarım Allahın iki çarəsizi... Mən onları bax bu cür danlayanda mənə qarşı gəlmədən razı olurlar. Ancaq, canavarın böyüyünə, yəni özümə necə söz keçirdim? Yaşım otuzdu... Sağlamlığım, gücüm yerində... arsız bir xasiyyətim var... nə görsəm ürəyim istəyir... yemək-içmək, paltar görsəm istəyirəm... Bunların başqalarında olduğu kimi məndə də olmağını istəyirəm... Bax belə halda, içimdə qopan qiyaməti siz təsəvvür edin. Qaranlıq qış axşamları, ayaqqabımın deşiklərindən girən palçığın soyuğu ciyərlərimə işləyib, borclu olduğum dükkanların qabağından keçməmək üçün küçələri dolana-dolana evə gedəndə yanından ehtişamlı maşınlar keçir. Bunların içindəkilərin bəzilərini tanıyıram. Əylənməyə, ovuc-ovuc pul xərcləməyə gedirlər. Ürəyim elə sıxılır ki, öz-özümə soruşuram: "Bunların hamısı məndən dəyərli adamlardı? Onlar istədikləri kimi yaşadıqları halda, mən niyə it kimi küçələrdə sürünüm ki? istədiyimi yeyə, istədiyimi geyinə bilməyim? Ürəyimin istədiyi bir qadını niyə, bir dəfə də olsun, qoynuma almayım?" Beləcə illərcə, öz-özümlə dalaşdıqdan sonra, nəhayət, bu nəticəyə gəldim: "Atam həddən artıq, namuslu və dürüst adam imiş." Bir atanın övladlarına qoyub getdiyi ən qiymətli miras təmiz bir addır" deyərmiş... Təmiz bir adın yanında bir az mal-mülk də olsa, çox yaxşı; amma bu da kasıb övladlara ən çox bir, ya da iki nəsil dözər. Hər nəysə, atam yaxşı eləyib, pis eləyib o başqa bir məsələ... Ancaq ətrafımızdakı varlı insanların hamısı analarının qarnından qoltuqlarında çek dəftərləri ilə çıxmayıblar ki... Allahın onlara verdiyi dərketmə qabiliyyətini "əbcəd" kimi ölüyə, diriyə, faydasız şeylərə sərf etmək yerinə, özlərinə istifadə edib varlanıblar... Əgər sən də özünün beyinsiz, eşşək kimi bir şey olmadığını deyirsənsə, əlini-qolunu tutan yoxdu ki, dilənçi kimi boş-boş zarıdığına, qismətini sına... Bacarsan, çox yaxşı... Bacarmasan: "Nə edək, əlimizdən gələni elədik, amma olmadı" deyər, qara bəxtimizi günahlandırarıq. Bu sözləri deyən adam, bir ay əvvəl şirkətin mühasiblik katibliyindən istefa verən dələ sifətli, kəskin ağ dişli, qarabuğdayı bir gəncdi. O gün həm unutduğu bir neçə əşyanı götürməyə, həm də "köhnə yoldaşlarına" baş çəkməyə gəlmişdi. Nahar fasiləsi idi. Məmurların kübarları qarşıdakı yeməkxanada yumurta salatı, xaş, lobya yeməyə getmişdilər, xaş yeməyə pulu olmayanlar bir tərəfdən pendir, zeytun, soyutma yumurta yeyirlər, bir tərəfdən də yoldaşlarına qulaq asırlar. O, stollardan birinin üstünə uzanıb, ayaqqabısının dabanı ilə dağınıq kağızlara vura-vura sözünə davam edirdi: – Bu cür, qəti şəkildə nə isə əzm etdikdən sonra, ibrət almış baxışlarla ətrafıma baxdım... Bir yığın saçlı, saqqallı adam məktəbli uşaqlar kimi ardarda düzülüb, qəribə bir sürüyə qarışıb, yerimizdə addımlayırıq, yüksələ bilmirik. Olduğumuz yerdə nə qədər əlləşib-vuruşsan da önündəkini, yanındakını nə qədər itələsən də boş yerə... Allah bilir, neçə il keçəcək, maaşın bilmirəm neçə qəpik artacaq. Biri qovulacaq, öləcək, o zaman iki addım irəliləyə biləcəksən. Ona görə də, üzə çıxaram, ya bataram deyib, bu dəstədən, yəni "Altın Yarpaq Anonim Şirkətindən" canımı qurtardım... Aranızdan ayrılandan bəri bir ay keçibmi? Bəlkə də keçməyib... Üst-başımı təzələmişəm, elə deyil? Özünü düzəldib, bəzəkli ipək corablarını, yeni köynəyini öyünə-öyünə göstərib gülürdü: – Həm də, bir pis iş görmürəm ki? Heç kimin malına, həyatına, namusuna toxunınuram? Qətiyyən.... Sadəcə Havyar karvansarayında bir dəllalın yanında işləyirəm... Onun üçün gömrükdən mal çəkirəm. Hələlik az maaş, həm də nisbətən az və zəhmətsiz qazanc... Ancaq Allah bərəkət versin, gül kimi dolanıram... Öskürəkli bir yaşlı adam, dərindən içini çəkib; "Haqlısan... Heyf ki, bizim üçün gecdi daha" deyə deyinir; 1

iyirmi yaşlarında iki xoşsifətli uşaq qələbə çalmış bir idınançıya tamaşa etdiyi kimi heyrətlə, həsrətlə ona baxırdı. Ancaq üzünün bir tərəfı müharibədə yanırmış qırx yaşındakı bir məmurun nə fıkirləşdiyini başa düşmək mümkün deyildi. Yumruğunu çənəsinin altına dirəyib, yeməyini yarımçıq qoyub, gözlərini yumub fıkirləşirdi. Gənc adam stoldan enmişdi. Sobanın ağzında yanan odunda siqaretini yandırdıqdan sonra gəzişməyə, havyar karvansara və gömrük haqqında zəhmətsiz qazanclarından danışmağa başladı. Bunların çoxu birinin üstünə beş qoyulmuş, şişirdilmiş sözlərdi. Ancaq bu nəsibsiz insanlar, danışılan sözlərə inanmır, başqaları kürəklə qızıl kürüyəndə, onların rütubətli bir otaqda bir az pul üçün yarı ac bir vəziyyətdə çürümələrmə heyfsilənirdilər. Danışan adamın gözləri bir an otağın qaranlıq bir küncündə, hündür bir büronun arxasından ona baxan yaşlı bir adamın gözlərmə sataşdı. Birdən-birə utanırmış və cəsarətini itirmiş kimi susdu. Bu Əlirza bəy adında altmış yaşlarında köhnə bir mutasarrıfdı (Osmanlı dövründə, şəhərlərlə rayonlar arasında olan inzibati idarələrin müdiri). Otağın bir küncündəki bürosunda sanki bir sıradakı kimi həmişə tək və unudulmuş olaraq işləyər və heç kimlə danışmazdı. Çox yaxşı və tərbiyəli bir adam olduğu üçün, böyüklü-kiçikli hamı onun xətrini istəyirdi. Əlirza bəy də günorta yeməyə getməyən məmurlardandı. Alüminiumdan olan yemək qabında gətirdiyi kotletlərlə yaşıl zeytunları yeyəndə, özündən asılı olmayaraq, bu söhbəti eşitmiş və eşitdiyi şeylər iştahını kəsmiş kimi çəngəlini bir kənara qoyaraq başını qaldırmışdı. Qonaq, bir pis iş başında yaxalanırmış kimi xəcalətli idi; ancaq özünü itirdiyini hiss etdirmək istəmədi; gülümsəyərək: – Bəy əfəndi, bu sözlərim yəqin ki, xoşuna gəlmədi, amma nə çarə ki, bu bir həqiqətdir... Əlirza bəy uşaq kimi xəcalətlə cavab verdi: – Bilirsiniz ki, heç kimin fıkrmə qarışmıram, kefinizə və xeyrmizə görə davranınaqda sərbəstsiniz. Ancaq izninizlə, sizə başqa cəhəti, narazılığımı deyim. Öz yerində çalışan, bəlkə də vəziyyətindən, həyatmdan razı olan insanlarda mümkün olmayan bəzi arzular və üsyanlar oyandırmaq doğrudur? Vicdanınız buna əl verməz. Fikirləşsəniz mənə haqq verərsiniz. Yaşlı məmurun çox danışmaq istəmədiyi görünürdü; ancaq qonaq ondan əl çəkmədi. Çox mədəni şəkildə: – Bu acı həqiqətləri onlara deyən təkcə mən olsaydım, haqlı olardınız, dedi, ancaq, təəssüf ki, müasir insanlar bu həqiqətləri bir-birlərindən deyil, həyatdan, qəzetlərin "şəraiti həyatiyə", "şəraiti iqtisadiyyə" dediyi şeylərdən öyrənirlər. Xüsusi ilə də, böyük müharibədən sonra bütün dünyada qəribə oyamş oldu. İndiki insanlar daha sizin zamanınızm insanları deyil. Gözlərinin açılmağı, əməlləri, tamalıları artırdı. Heç kim artıq öz vəziyyətindən razı qalmır. Bu hadisələrin nəticəsində köhnə əxlaqi ədəblər necə dəyişməyə bilər? Əlirza bəy saraldı, dodaqlarının və saqqalının yavaşca titrədiyini hiss etdirməməyə çalışaraq gülümsədi: – Mən köhnə adamlardanam. Bir-birimizi başa düşmək mümkün deyil. İnsanların puldan başqa ayrı şeylərlə də xoşbəxt olacaqlarına inanaraq yaşadım. O düşüncə ilə də öləcəyəm. Gənc adam, Əlirza bəyə yazığı gəlmiş kimi cavab verdi: – Tamamilə haqlı deyilsiniz. İnsan, məsələn, ibadət, yaxud çalğıçılıqla da məşğul olmaqla, tərəvəzçilik, çiçək, ya da uşaq böyütməkdə də bir təsəlli tapa bilər. Ancaq bunun üçün də heç olmasa dolanacaq qədər pul lazımdır. Çiçəyə qulluq etmək xoşunuza gəlir, ancaq, bir az olsa pulunuz yoxdu, elə deyil? Nə qədər əlləşibvuruşsanız da torpaqdan istədiyiniz rəngdə, ətirdə bir çiçək ala bilməyəcəyinizdən əmin olun... Atasınız, uşaqlarınız var, pulunuz yoxdu, elə deyil? Övladlarınız ömrünüzün axırında sizə bir faciəli yarpaq tökümü mənzərəsini, yəni məhv olduqlarını, batdıqlarını göstərməkdən başqa ürəyinizi heç bir şeylə açmayacaqlar. Söhbət burada qurtardı. Əlirza bəy, yeməyinə davam üçün yenidən başını əydi. Ancaq artıq loxmalar boğazından keçmirdi. Xüsusi ilə də son sözlər ona çox pis təsir etmişdi. Beş uşaq atasıydı. Bunların heç biri hələ tamamən boyabaşa çatıb, ortaya çıxmayıb. Bu kişinin "bu acı həqiqətləri insanlara şəraiti həyatiyə, şəraiti iqtisadiyyə öyrədir" deməyi yaxşı bir söz deyildi. Bütün həyatını uşaqlarına doğru yol göstərməyə və doğru tərbiyə eləməyə sərf edib. Görəsən, zamanənin bu abı-havası onları da sarsıdacaq, yaşlı ataya ömrünün son dəmində bir yarpaq tökümü, məhv olduqlarını, göstərəcəklərini? Əlirza bəy elə də gözü bağlı bir adam deyildi. Bu qorxu onu əvvəllər də bir neçə dəfə sınamışdı. Ancaq heç vaxt bu cür yaxın bir təhlükə kimi görünməmişdi. Etiqadsız bir adam olmamağına və göydən umulacaq heç bir şey olmamağına baxmayaraq, dua edir: "Ya rəbbim, sən uşaqlarımı qoru!" deyib əllərini göyə tuturdu.

2

II fəsil Əlirza bəy, Babıali (Osmanlı hökuməti) yetirmələrindən olan mülki bir məmur idi. Otuz yaşına qədər Daxili İşlər Nazirliyinin katibliyində işləyib. Bəlkə ömrünün axırına kimi orada da işləyəcəkdi. Ancaq bacısı ilə anasının dalbadal iki ay ara ilə ölməyi onu İstabuldan soyutmuşdu. Bu hadisə onu Suriyada bir rayonun bələdiyə sədri vəzifəsinə gəlib, qürbətə getməyinə səbəb olmuşdu. Bəzi təcrübəsiz xəstələr kimi o da elə bilirdi ki, insanların əziyyətləri yatdığı yataqdan, yanındakı əşyalardandır və yer dəyişdirmək, onlardan xilas olmaq üçün ən yaxşı çarədir. Əlirza bəy o vaxtdan bəri İstanbula qayıtmayıb, iyirmi beş il müxtəlif məmurluqlarla Anadoluda gəzib. Çox bilikli, çalışqan bir adamdı. Ancaq, nə bildikləri, nə də çalışqanlığı bir işə yaramırdı. Ərəb və Fars dillindən başqa İngilis və Fransız dillərini də bilirdi. Gəncliyində ədəbiyyatla məşğul olmuş, jurnallarda təxəllüslə bir çox sanballı qəzəllər nəşr etdirmişdir. Sonra fəlsəfə və tarixlə də yaxından maraqlanıb. Yalnız boş vaxtlarında deyil, bir az da iş vaxtlarını da kitab oxumaqla keçirib. Uzun məmurluq fəaliyyətində dövlət xəzinəsindən o yalnız bunu mənimsəmişdi. Həddən artıq vasvası, gülünc dərəcədə də mərifətli və utancaq bir adam idi. Kiminsə malına yiyələnmə k, qanunsuz hərəkət etmək, birinin xətrmə dəyərəm qorxusuyla bir iş görməzdi. Gördüyü işi yalnız qanuna uyğun deyil, həm də adətənənəyə, insanlıq və nəzakət qaydalarına da uyğun, yəni qüsursuz, tam olsun... Ondan danışanlar, «yaxşı adamdı... Peyğəmbər kimi adamdı... Əlini öp... dua etdir... Elmdən danışdır... Şer oxut... nə eləyirsən elə, ancaq, iş istəmə» deyərlərdi. Qırx yaşına yaxın evlənmişdi. Bir ailə qurmaq onun nəzərində yeni bir dövlət qurmaq qədər böyük bir iş idi. Ona görə də, bəlkə də heç evlənməyəcəkdi. Ancaq yaxın bir dostu bir gecə, qohumlarından bir qızı göstərib, Əlirza bəy də «yox» deməyə utandığı üçün «yaxşı» deyib. Arvadı, bəxtindən ağıryana və namuslu qadındı. İyirmi yaşındadır deməyinə baxmayaraq, arxaym iyirmi beş yaşı vardı. Əlirza bəy, ailə məsələsi işində, dövlətin hələ heç bir şöbəsində göstərə bilmədiyi fəaliyyəti göstərib. Yeddi ildə dalbadal dörd uşağı dünyaya gəlib. Nəhayət, dörd illik bir istirahətdən sonra, əlli yaşı tamam olan günü doğulan sonuncu qızı ilə uşaqlarının sayı beş olub. Bəzi boş vaxtlarında şerlər, qəzəllər yazan Əlirza bəyin xoşuna gələn bir bənzətməsi vardı. Hadisələri coşğun bir səslə, özünü uzaqdan bu selə tamaşa edən bir insana oxşadırdı. Yüksəlmə ehtimalı olan bir məmur olmağına baxmayaraq, heç bir zaman bu selə qanşınayacaq, həyatda həmişə bir seyrçi kimi qalacaqdı... Ancaq onun fıkrincə bu seli əzəli yatağından dondərməyə çalışmaq mənasız bir zəhmətdir. Bu belə gəlib, belə də gedəcək. Ancaq bir-birinin ardınca doğulan uşaqlar, Əlirza bəyi bu vəziyyəti dəyişdirməyə məcbur etdi. Boyabaşa çatdırılası beş uşağı olan bir adam, həyatı laqeyd bir tamaşaçı kimi seyr edə bilməzdi. O vaxtdan etibarən əvvəlki laqeyd, həvəssiz məmur gedib, yerinə uşaqları üçün hər fədakarlığa hazır və çalışqan bir ailə başçısı gəlmişdi. Uşaqları üçün gecəligündüzlü əlləşibvuruşmaq onu yorınur, əksinə, sevindirirdi. Ancaq həmişə bir şeyi fıkirləşirdi, görəsən, çox gecikməmişdi ki? Bəzi yorğun və kefsiz vaxtlarında bu fıkir onu bir az narahat edirdi. Ancaq bu fıkirlə çox dərinə getməz: – Sağlam bədənim var... Bir qəza ilə ölməsəm, hələ arxayın iyirmi il yaşayar və işləyərəm, deyə özünə təsəlli verirdi. Bu iyirmi il həddən artıq planları üçün uzun bir müddət olaraq nəzərə alınmışdı. Ancaq çətin vəziyyətə düşsə, bu müddətin yarısı da ona bəs edərdi. Əslinə baxsan, sonuncu uşağı Ayşə dünyaya çox vaxtsız gəlmişdi. Ancaq bu o qədər də narahat olacaq bir şey deyildi. Lazım olsa, ona qarşı olan vəzifələrini arxayın böyüklərmə də buraxa bilərdi. Bircə onlar istədiyi kimi boya başa çatsınlar... Ancaq heç ağla gəlməyən bir hadisə Əlirza bəyin bu hesablarım altüst etdi, onu əlli beş yaşında dövlət məmuriyyətindən uzaqlaşmağa vadar etdi. O zaman Trabzonda inzibati idarələrinin birində müdir işləyirdi. Bir gün bir qadın qaçırına hadisəsi olmuş, qadının əri ilə onu qaçırmaq istəyən adam bıçaqla bir-birini yaralamışdı. Əri yiyəsiz bir əkinçi, o biri isə bütün qəsəbə camaatmın tərəfıni tutduğu bir varlının oğlu idi. Ona görə də əsl günahkarın ortalıqda sərbəstcə dolanışığına göz yumulası və namusuna toxunulan adam da bağrı yana-yana həbs ediləsi oldu. Əvvəldən bəri, heç nəyə heç cür qarışmayan Əlirza bəy bu hadisədə özünü saxlaya bilməyib, özünü işdən qovdurana kimi əlləşmişdi. Nə etsin? Bu bir haqq, bir vicdan, bir namus işi idi. Boynuna düşəni eləməsə, Allah onu uşaqlarıyla cəzalandırardı. Əlirza bəy İstanbulda bir vaxt işsiz qaldı. Ehtiyat pulu da yoxdu. Beş uşaq atası bir müdir, necə pul yığa bilərdi? Yaxşı ki, Bağlarbaşında atasından köhnə bir ev qalmışdı. Arvadının bir neçə qır-qızlını sataraq onu təmir etdirib uşaqlarını dolandırdı. Əlirza bəy, yenidən məmurluq üçün Babıali koridorlarında gəzişməyə başlamışdı. Bir gün Daxili İşlər Nazirnin otağından çıxan hündür boylu bir cavan ona yaxmlaşıb, öpmək üçün əlindən tutub: -Müəllim, məni tanımadınız? Keçmiş tələbəniz Müzəffərəm, dedi. 3

Əlirza bəy, diqqətlə baxdıqdan sonra yadına düşdü: Nə vaxtsa, vilayətlərin birindəki idarədə beşaltı ay xəstə bir tarix müəllimini əvəz etmişdi. Bu Müzəffər də o vaxt məktəbdə tələbə idi. Çox ağıllı və çalışqan bir uşaq olduğu üçün Əlirza bəyin yaddaşında yaxşı təəssürat buraxmışdı. Rahatca Daxili İşlər Nazirmin yanından çıxmağına, koridorlarda cəsarətlə gülüb danırmış ığmdan bu cavan adamın yüksəldiyi görünürdü. Bir az sonra Əlirza bəy ehtimallarının doğru olduğunu gördü. Müzəffər iki böyük şirkətdə məclisi idarə əzası (idarə heyətinin üzvü) və «Altın Yarpaq Anonim Şirkəti»nin ümumi müdiri idi. Keçmiş müəlliminin vəziyyətini görəndən sonra ona bir təklif etdi. Bu yaşdan sonra yenidən qürbətə getmək doğru deyildi. Xüsusilə də Misir və Ingiltərə ilə iş görən şirkətin ərəbcə və ingiliscə bilən bir məmura ehtiyacı vardı. Müəlliminin necə dəyərli bir insan olduğunu bilirdi. Əgər o istəsəydi dövlətdən aldığı pulu, hətta daha çox şirkətdən ala bilərdi. Əlirza bəy bu təklifı böyük bir sevinclə qəbul etdi. Şirkət ona dövlətdən alacağından çox yox, az da versə öpüb başına qoyacaqdı. Artıq İstanbuldan uzaqlaşmaq istəmirdi. Uşaqları böyümüşdü. Onları əvvəlki kimi oraya-buraya aparmaq istəmirdi. Köhnə müdir beş il idi ki, «Altın Yarpaq Anonim Şirkəti»nin ən yaxşı məmurlarından olmuşdu. Səhərdən-axşama qədər fasiləsiz çalışır, üç adamın işini görürdü. Bunun əsas iki səbəbi vardı: Birincisi ona elədiyi yaxşılığa görə Müzəffərin üzünü qara çıxarmamaq, o biri isə tərcümədən, «zavalsız bir elçilikdən» ibarət olması, yəni sözlərdən başqa heç kimi təhlükəyə salmaması....

III fəsil Yaşlı bir xadimə Əlirza bəyin yanına gəldi: – Bəy, bir qadın gəlib, səninlə görüşmək istəyir; Ləman xanımın anasıymış, dedi. Ləman şirkətin katibəsi idi. Əlirza bəyin on-on iki il bundan qabaq vilayətlərin birində tanış olduğu bir meşəçiliyin müdürünün qızı idi. O zaman yeddi-səkkiz yaşlarında bir uşaq idi. Bəzən qızları ilə oynamağa gələrdi. Bir il əvvəl Üsküdar körpüsündə Əlirza bəyin qarşısına gözəl və cavan bir qız çıxıb: «Mən qızlarının rəfıqəsi Ləmanam, Əlirza əmi» deyib əlini öpmüşdü. Ləmanın beş il əvvəl atası rəhmətə getmişdi. İndi anası ilə bərabər Fındıqlıda yaşayır. Dolanmaq üçün çox əziyyət çəkiblər. Gənc qızın açıq şəkildə vəziyyətindən danışığı Əlirza bəyə pis təsir etmişdi. Əslində atası ilə o qədər də səmimi dostluqları yoxdu, amma Ləmanın öz uşaqları yaşında kimsəsiz bir qız olmağı yaşlı adamda böyük bir yardım istəyi oyandırdı. Ləman tam təhsil almamışdı, amma oxuyub-yazırdı. Bir də makinada yazmaq öyrənmişdi. Əlirza bəy əlləşdi-vuruşdu onu 45 lirə maaşla şirkətə işə aldırdı. Yaşlı adamın bu gənc qıza eləmək istədiyi yaxşılıqlar təkcə bu deyildi. Ləmana atalıq etmək, onu təhlükələrdən qorumaq istəyirdi. Bu gün bu qızcığazın başına gələn hadisə, sabah öz uşaqlarının da başına gələ bilərdi. Əlirza bəy, bu atalıq və himayəçilik vəzifəsinə böyük bir həvəslə başlamışdı. Ancaq bir neçə həftə sonra təəssüflə gördü ki, bu işdə xeyli geçikib. Ləman bəlkə təmiz bir qızdı; ancaq çox yüngül və avamdı. Özünü apara bilmir, şirkətdəki işçilərlə yersiz zarafatlar edirdi. Əlirza bəy, bir neçə dəfə ona nəsihət verdi. Gənc qız ona qulaq asıb haqq verir, elədikləri hərəkətlərdən utanırmış kimi görünürdü. Ancaq yarım saat keçməmiş yenə də əvvəlki yersiz zarafatlara başlayırdı. Əlirza bəy bir gün dözə bilməyib ona təpindi. Gənc qız acıqlandı və gördü ki, kiminsə onun işmə qarışmağına dözə bilməyəcək. Əlirza bəy, onu şirkətə işə düzəltmişdi, Allah razı olsun, çox böyük yaxşılıq eləmişdi, ancaq, bu yaxşılığı hər dəqiqə başına qalxmağı, hər işmə qarınışığı da doğru deyildi. Yaşlı adam başını aşağı əyərək hirsihirsli gülümsədi: – Özün bilərsən, ay bala, küsmə, demişdi. Əlirza bəy o gündən bəri Ləmanın nə üzünə baxır, nə də adını anırdı. Ancaq onun bəzən biabırçı, yüngül hərəkətlərini gördükcə: – Görəsən, mən nə dedim ki, o buraya mənim vasitəmlə işə düzəldi? deyib, öz-özünə acıqlanırdı. Ləman səkkiz-on gündən bəri işdə görünmürdü. Deyəsən, xəstə idi. Ancaq nədənsə onu itiribaxtarmaq istəmirdi. Ləmanın anası, indiyə qədər heç üzünü də görmədiyi qadın, görəsən, ondan nə istəməyə gələ bilər? Əlirza bəy koridorda köhnə qara çadralı, qısa boylu bir qadın gördü. Əvvəla üzünə baxmağa çəkinərək: – Xoş gəlmişsiniz, bacı, bir əmriniz var? deyə soruşdu. Qadın birdən-birə cavab vermədi. Bədəni, əlləri qızdırmalı xəstə kimi titrəyirdi. Əlirza bəy təəccüblə başını qaldırdı. Ağlamaqdan gözləri şişmiş, solğun bir üz gördü. Ağlından bir pis fıkir keçdi. Ləmana olan bütün kinini unudaraq: –Uşaq necədir? dedi. Qadın, ağlayaraq cavab verdi: 4

– Ləman yaxşıdır, amma kaş ölsəydü... Əlirza bəy bir azdan həqiqəti öyrənəndən sonra yaşlı anaya haqq verdi. Doğrudur, Ləman bu fəlakəti yaşamaqdansa kaşki namusu ilə öləydi. Əhvalat belə olub. Müdir Müzəffər bəy, onu aldadıb... Ləman on gün əvvəl «Adada (İstanbuldakı ada nəzərdə tutulur) bir rəfıqəmin toyuna dəvətliyəm, üçdörd gün gəlməyəcəyəm» deyib anasmdan icazə alıb... Bir xəstəxanada uşaq sahb! Dünən bir dəribir sümük halında evə gətiriblər... Anasma hər şeyi olduğu kimi danışıb... Əlirza bəy elə bil iflic oldu. Durduğu yerdə əlləri, ayaqları keyləşdi, qızı aldadan özü imiş kimi dəhşətli bir qorxu və xəcalətlə üzünü tutub:»vay, vay, vay..» deyə çırpındı. Yaşlı qadın çarəsiz yalvarışlarla: -Sizdən başqa kimsəmiz yoxdu. Bizim halımız nə olacaq? Bizə bir yol göstərin. Sizin də Övladınız var... Əlirza bəyin üzüntüsü bir arvadbazın qızı bu hala salmağından deyil, bu işə onun səbəb olduğundandı. Hə də, bu qızı şirkətə gətirməsəydi, bu fəlakət də başına gəlməyəcəkdi? Yaşlı qadın heç kimi tanımadığı üçün köhnə ailə dostu kimi onun yanına imdada gəlmişdi. Ancaq Əlirza bəy onun sözlərində: «Səbəb olduğun işi yoluna qoy!» mənasını hiss edirdi. Əlirza bəy bir az özünə gələndən sonra qadına təsəlli verdi: – Bacı... Sizə «Narahat olmayın!» deyə bilmərəm. Bu işin nə ilə nəticələnəcəyini mən də bilmirəm. Ancaq əlimdən gələni edəcəyəm. Mənim tanıdığım Müzəffər bəy insan adamdır. Bir gənc qızın göz görə görə məhv olmağına vicdanı əl verməz. Umid edirəm ki, Ləmanla evlənər. Elədiyi səhvi düzəldər... Üzülməyin... Yaxşılıq eləmək insanlığın özündə var. Bu günə qədər dörd divar arasında yaşamış bu saf və avam qadın insanlığın özündəki yaxşılığa nədənsə bu dünyagörmüş, saçlısaqqallı adam qədər inanınaq istəmədi və gəldiyi kimi də ağlaya-ağlaya çıxıb getdi.

IV fəsil Bu işi təmizləmək onun boynuna düşmüşdü. Gec olmadan Müzəffər bəylə görüşməli, bu yazıq insanlarla bərabər öz namusunu da təmizləməli idi. Əlirza bəyin fıkrincə, müdir özünün gətirdiyi və himayəsinə aldığı bir qıza sataşmaqla bilavəsitə onun (Əlirza bəyin) namusuna qəsd etmişdi: Bir neçə ay əvvəl maaşım səkkizon lira artırılmışdı. O günlərdə şirkətin sərxoş və əxlaqsız bir məmurunun «Əlbəttə, vəlinemətləri qoyub, bizim maaşımızı artırası deyillər ki!» deyə deyindiyini eşitmişdi. Əlirza bəy o zaman bu sözə fikir verməmişdi; ancaq indi onu dəhşətlə xatırlayır, ona tamamən başqa məna verirdi. Hamı onun kimi laqeyd deyildi ki. Başqaları müdirlə Ləman arasındakı münasibəti şübhəsiz çoxdan hiss etmişdilər. Bu işdə də Əlirza bəyin əli olduğunu görüb nahaq yerə onu günahlandırınışlar. Üzünə qarşı ona hörmətlə yanaşanlar, kim bilir, arxasından nələr deyirdilər. Bu yaşdan və bu qədər təmiz həyatdan sonra başına bu da gələcəkdi? Bir ara Müzəffəri heç görmədən çıxıb getmək istədi. Atılacaq addımın ən düzgünü çox güman ki, elə bu idi. Ancaq bu fikirdən tez döndü. Viran olan evdə külfəti vardı. Bundan başqa da müdirin bu məsələni namuslu bir adama layiq şəkildə həll edəcəyindən şübhə etmirdi. Tərs kimi o gün şirkətin ən qarışıq günü idi. Müdirin otağı arı pətəyi kimi işləyirdi. Əlirza bəy vaxt ötürmədən Müzəffərlə görüşə bilməsə cəsarətini itirəcəyindən qorxurdu. Sonra tərəddüdlə keçirəcəyi gecənin dəhşəti gözünün önünə gəldi və lazım olsa, qaranlıq düşənə qədər gözləməyə qərar verdi. Yaşlı məmur o gün axşama qədər işləmədi, oturduğu yerdə Müzəffərə deyəcəyi sözlərə hazırlaşırdı. Ağlına elə şeylər gəlirdi ki, təsirmə özü də dözə bilməyib ağlayır, dəsmalın ucu ilə hər dəqiqə gözlərini silirdi. Əlirza bəy, yaz-qış işi olsa da, olmasa da, hər gün saat doqquzda işinin başında olurdu. Bundan başqa, axşam hamı ilə bərabər şirkətdən çıxmaz, qaranlıq düşənə qədər işləyirdi. Müdir onu bu saatda qarşısında görəndə: – Müəllim, yenə bu vaxta qədər çalışıbsınız, özünüzə yazığınız gəlmir... Bir işiniz varsa, sabaha saxlayım. Müzəffər bəy yaşlı məmurun nə qədər təriflənsə də lovğalanmayacağını bildiyi üçün ona hər kəsdən fərqli davranırdı. Həmişəki hörmətlə ayağa qalxaraq yanına oturtdu, siqaret uzatdı. Əlirza bəy sabahdan bəri hazırlaşıb deyəcəyi sözləri yadından çıxarmışdı. Düşüncələri bomboşdu. Buna baxmayaraq, mütləq danışmaq istəyir, ancaq özünü itirdiyindən təsadüfi sözlər mızıldanırdı. Müzəffər bəy onun nə dediyini, nə istədiyini birdən-birə başa düşmədi. Gülümsəyərək, qarşısındakı bir zərfın kənarına rəqəmlər yazaraq ona qulaq asırdı. Ancaq bir az sonra ayaqları suya dəyəndə birdən-birə irkindi, yavaş-yavaş üzünü və davramşlarını dəyişdirməyə başladı. Yaşlı kişi onun qızaracağını, utanacağını umurdu. O da əksinə, dalaşmağa hazırlanan bir adam kimi daha da qəzəblənir, gözlərini Əlirza bəyin gözlərinə dirəyib adamı tamamən təəccübləndirirdi. Yaşlı məmur, ürəyindəki sıxıntıya, fıkirlərindəki qarışıqlığa baxmayaraq, bir anda başa düşdü ki, qarşısındakı adam, illərdən bəri təsəvvür etdiyi adamdan tamamən fərqlidir, indiyə qədər yaxşı münasibət ancaq heç kiminlə 5

işi olmadığı, zərərsiz bir insan olduğuna görə idi. Bəli, bu bir aldanışdı. Yazıq adam, bu günə qədər uzaqdakı bir qayaya qarşıdan səslənırmış , ondan aldığı o şirin cavabların, öz yumşaq və nazlı səsinin əkssədasmdan başqa bir şey olmadığını başa düşməmişdi. Indi isə bu qayaya əlini vurur və onun nədən düzəldiyini görürdü. Şübhəsiz, mübahisədə məğlub olmuşdu. Müzəffər kiminsə onun işinə qarışmağa, həyatı, mənfəəti ilə oynamağa izin verənlərdən deyildi. Əlirza bəy bunu bildiyi halda, heç cür dözə bilmir, bir burulğana düşmüş kimi elə eyni yerdə dövrə vururdu. Müdir bəy bir az da gözləyəndən sonra Əlirza bəyin sözünü kəsib: – Başa düşürəm, icazə versəniz bir az da mən danışardım, dedi. Yəqin ki, sizə qarşı olan hörmətimin, istəyimin səmimiliyinə inanırsınız. Siz bu dövrdə tayıbərabəri olmayan, həddən artıq yaxşı insansınız. Yalan danışınayacağam, Ləmanla olan hadisə doğrudur. Belə bir şey olmamalıydı! Mən də istəməzdim. Ancaq nə edək, oldu. Həmçinin inanın ki, bu hadisə gözünüzdə böyütdüyünüz qədər dəhşətli bir şey deyil. Sözünüzdən belə çıxır ki, bu qızla evlənməyimi istəyirsiniz. Doğrusunu deyim, mümkün deyil. Çünki bu Ləman xanımı ilk yoldan çıxaran mən deyiləm. Bu söz Əlirza bəyə bir qamçı kimi dəydi. Yaşlı adam yerindən tərpənib: – Oğlum.... Günahdır... Ləman çox cavan bir qızdı ki... şəklində nə isə demək istədi. Ancaq Müzəffər yenə onun sözünü kəsib, onun sadəlövhlüyünə gülümsəyərək: – Əlirza bəy, inanın ki, sizə yalan danışmıram. Ləman bildiyiniz kimi məsum bir qız deyildi... Hamı ilə yaxınlığı vardı. İstəsəniz bunu sizə isbat da edə bilərəm. Hətta doğacağı uşağın atası olduğum da şübhəlidir. Ancaq nədənsə, bilmirəm, bəlkə də vəzifəmə görə atalıq adı mənə layiq görüldü. Ah, Əlirza bəy, dünya kaş ki, sizin təsəvvür etdiyiniz kimi olaydı! Müdirin israrlarına baxmayaraq, Əlirza bəy titrəyə-titrəyə ayağa qalxmışdı: – İndi bu yazıq qıza heç bir şey etməyəcəksiniz? Bu sualı hələ də vicdanınızın təmizliyindən şübhə etmədiyim üçün soruşuram. – Ona ancaq pul verib kömək edə bilərəm... Elə bu haqda özü ilə də danışdım. – Elə bu qədər? – Bu zamanda bir insana maddi köməkdən daha böyük bir kömək olarmı? Gənc adam bunu mərhəmət və istehza ilə dedi. Ancaq yenə davranışını dəyişdirərək ciddiyətlə soruşdu: – Müəllimimsiniz, bu mənada bir az atam sayılırsınız, mən də sizdən bir şey soruşmaq istəyirəm. Bu vəziyyətdə bir qadınla evlənməyimi siz uyğun görərdinizmi? Bir az əvvəl sizin mənə dediyiniz kimi mən də sizin vicdanınızdan, insanlığınızdan şübhə etmədiyim üçün soruşuram. Siz bir atasınız. Mənim elədiyimi oğlunuz eləsəydi bunu ona da tövsiyə edərdiniz? Ləman kimi macəralardan artıq qalmış qızı gəlin kimi evinizdə saxlayardınız? Əlirza bəy çox pis vəziyyətə düşmüşdü. Bir an gözlərini yumub düşündü. Bu işi edən həqiqətən onun oğlu olsaydı, Ləman kimi şübhəli bir qızı evinə, öz təmiz uşaqlarının arasında yaşamağa qoyardımı, ona gəlinim deyərdimi? Yaşlı adam «yox» deməklə bayaqdan bəri etdiyi mübarizədə məğlub olacaqdı. Ancaq buna baxmayaraq, onsuz da ümidsiz olduğu bu mübarizədə yalan danışmaqdansa, məğlub olmağı üstün tutdu. Məyus bir halda: -Haqlısınız, dedi, razı olmazdım. Müdir onu həssas tərəfindən yaxaladığına sevinir və tez məğlub etmək istəyərək: -Elə isə, dedi, xüsusilə, mənim bir tələbəniz, bir övladınız olduğumu nəzərə alaraq... Mütləq istədiyi kimi bir cavab gözləyərək yaşlı adamın gözlərmə baxırdı. Ancaq Əlirza bəy küskün bir inadla başını önə əydi: -Oğlum belə bir hərəkət etsəydi, onu övladlıqdan rədd edərdim, bir də üzüzə gəlməzdim. - Əlirza bəy, bir az səmimi olaq. Bu qız çox güman ki, mənfəət üçün mənə ərə gəlmək istəyirdi. Bu mümkün olmadı; ancaq bunun qarşılığında ona mümkün olduğu qədər kömək edəcəyəm. Maaşı artacaq, bundan başqa təzminat verəcəyəm. Onun da, anasının da bu əziyyətdən canı qurtaracaq. Müdir Əlirza bəyin yanına gəlmişdi. Yavaş-yavaş çiynini sığallayır, könlünü almağa çalışırdı: -Necə də incə qəlbiniz var. İnanın ki, bu qədər həssas olmaq həddən artıq... Əməlli-başlı üzülürsünüz. Yaşlı adam gözlərini yerdən qaldırınadan üzgünüzgün gülümsəyirdi: -Üzülürəm. Həqiqətən çox üzülürəm. Ancaq siz elə bilirsiniz ki, o qıza yazığım gəlir, yox, öz uşaqlarıma üzülürəm. - Öz uşaqlarınızamı? Nə dəxli var? -Çünki bu hadisədən sonra sizdən ayrılmağa məcburam. Uşaqlar bəlkədə ac qalacaqlar... Müzəffər bəy bunun bir naz, hədə-qorxu olmadığını dərhal başa düşdü. Ancaq başa düşməmiş, inanınamış kimi görünürdü: 6

-Nə deyirsiniz?, dedi, mən sizə nə elədim? Məndən nə pislik gördünüz? Əlirza bəy dəyişməsinə mümkün olmayan qərarlarını verdiyi sükunətlə və bir az əvvəlki çaşbaşlığın əksinə böyük bir təmkinlə danışmağa başladı: -Əksinə, sizdən çox yaxşılıq gördüm. Ən çətin anımda əlimdən tutdunuz. Mənimlə həmişə yaxşı rəftar elədiniz, hörmətlə yanaşdınız. Buna görə sizə çox minnətdaram. Ancaq bu hadisədən sonra burada necə qala bilərəm? Bir az əvvəlki sözlərimi yadınıza salın. «oğlum belə bir şey etsəydi, onu rədd edərdim və üzüzə gəlməzdim» demişdim, elə deyil? Siz də bir övladımsınız. Demək ki, sizi də rədd etməyə məcburam. Siz buraya mənim vasitəmlə işə girmiş bir qıza əl uzatdınız. Mən sizə qadın gətirmiş kimi oldum. Əslində belə olmasa da, bunu hamıya necə başa salarsınız? Ləmanın anası kimi mənim və mənim uşağımın da bu qapıdan yeyəcəyimiz çörək artıq təmiz çörək olmaz. Müzəffər bəy işin ciddiliyi qarşısında həqiqətən təlaşa düşmüşdü: -Müəllim, xahiş edirəm, icazə verm, mən də deyim, deyə sözünü kəsmək istədi. Ancaq Əlirza bəy inadla başını yelləyərək sözünə davam etdi: - Lazım deyil, nə deyəcəyini bilirəm. Bunlar bəlkə doğrudur... Ancaq bunlar mənim yaşlı zehnimin qəbul edəcəyi şeylər deyil. Müdir yaşlı məmurun inadını qıra bilmədiyini başa düşüb: -Müəllim, heç olmasa başqa cür kömək eləməyə icazə verin, dedi. Əlirza bəy bir uşaq sadəliyi ilə gülümsəyib: -Artıq sizdən heç bir şey qəbul etməməyə məcburam, dedi. Üzülməyin, nə edək? Ölməmişəm ki, yəqin bir çarəsini taparıq. -Yenə görüşəcəyik, elə deyil? -Əlbəttə, bala, şübhəsiz. Əlirza bəy belə deməklə bərabər, onunla bir daha üz-üzə gəlməyəcəyini çox yaxşı bilirdi.

V fəsil Əlirza bəy o axşam axırıncı paroxoda qaldığı üçün avtobus tapa bilməmişdi. Bu onun ilk dəfə başına gələn bir şey deyildi. Şirkətdə gecəyə qədər qaldığı günlərdə qırx, əlli quruşundan keçib faytona minərdi. Neyləsin, bu bir iş məcburiyyəti idi. O axşam da gəminin yan aldığı körpüdən çıxandan sonra fikirlifikirli arabaların dayandığı yerə tərəf getmişdi. Ancaq birdən-birə işsiz, pulsuz bir adam olduğu yadına düşdü. Daha bu cür xərcli şeylərə haqqı qalmamışdı. Yolundan döndü. Üçbeş küçə satıcısı piştaxtalarındakı son meyvə və tərəvəzlərini tez satıb getmək üçün avazlan çıxana qədər bağırırdılar. Əlirza bəy onların yanında bir az vaxt keçirdi, malların ən pisi və çürüyü qalmışdı, amma qiymətlər də sabahkına görə yarıya düşmüşdü. Bundan sonra bazarlığı bu saatlarda eləməli idi. Ah, görəsən, niyə əvvəlcədən bu cür haqhesab etmək ağlına gəlməmişdi? Getdikcə tənhalaşan Üsküdar küçələrini ağırağır keçdi. Qaraca Əhınəd məzarlığmın yoxuşunu dırınaşmağa başladı. Əlirza bəy elə çoxdan yol gedə bilmirdi. Ən çox da yoxuşları görən kimi ürəyi sıxılırdı. Bu vəziyyətdə olmağına baxmayaraq, ən çox yorğun olacağı bir gecədə bədənində qəribə bir güc hiss edirdi. Bir ara yolun kənarındakı daşlardan birmə oturmaq istədi. Ancaq buna cəsarət etmədi. Bu qorxu, yolun tənhalığmdan, ya da ətrafındakı məzarlara görə deyildi. Əksinə, hər zaman həddən artıq vahiməli bir adam olmasına baxmayaraq, bu gecə hər cür təhlükəyə qarşı daxilində böyük bir soyuqqanlılıq və casarət vardı. Ancaq oturub düşünməyə başlarsa, sərvlərin arasında, üstünə ətrafdakı gecənin dərinliyindən umulmaz bir ümidsizlik gəlib çökəcək və ona elə gəlirdi ki, bu ümidsizliyin pəncəsindən bir daha yaxasını qurtara bilməyəcək. Əlirza bəyin evi o gecə həmişəkindən daha işıqlı görünürdü. O, əvvəlcə elə bildi ki, bu işıq qaranlıqda xeyli gəzdiyi üçün onun gözünə daha parlaq görünür. Ancaq daha da yaxınlaşanda başa düşdü ki, ev həqiqətən də işıqlıdır. Evində bu gecə anlaşılmaz bir anorınallıq var. Bağça qapısı açıqdı. İçəridə ağaclann arasında fənərlər yanır. Birdən uzaqdan Ayşənin incə səsi ilə «gəlir!» deyə qışqırdığım eşitdi. Qızları, hətta daha qəribə olan, çox vacib bir iş olmadıqca bağçaya belə çıxmayan həyat yoldaşı onu qarşılamaq üçün küçəyə qaçırdılar. Görəsən, bunun səbəbi nəydi? Bu gecə bu ev onu hər zamankından daha qaranlıq və səssiz qarşılamalı deyildi? Həddən artıq təəccüblənmə sinə baxmayaraq, nə Əlirza bəy nəsə deyir, nə də onlar bir söz deyirdilər. Ayşə həyəcanla atasının əlindən tutub, sürətlə onu içəri aparırdı. Nəhayət, bağçasmdakı çardağm altında qurulmuş təmtaraqlı bir süfrə başında ona şad xəbəri verdilər. Böyük 7

oğlu Şevkət müsabiqəni qazanıb, yüz lirə maaşla bir banka məmur olaraq işə alımb. Əlirza bəy o gün ikinci dəfə başını qaldırıb gözlərini səmaya tutdu. Bu nə təsadüfdü, ya Rəbb! Yüz lirə... Bu məbləğ demək olar ki, özünün itirdiyi maaş qədərdi. Vuruşarkən vurulmuş bir əsgər kimi öz düşdüyü yerdən bir başqasının qalxdığını, çiyinlərindən ağırhğım, əlindən silahım alaraq vuruşmağa davam etdiyini görürdü. Əlirza bəy oğlunu kiçik yaşdan bəri:»Məndən sonra bu ailənin atası sənsən; mən öləndən sonra sən mənim yerimə kəçəcəksən!» deyə böyütmüşdü. Yaşlı adam oğlunun qumral başını sinəsinə yatırıb, gözlərindəki yaşları heç cür gizləyə bilmədi. Uşaqlar o günə kimi atalarının ağladığını görməmişdilər. Hamısı elə bilirdi ki, bu yaşlar sevincdən və qürurdandır.

VI fəsil Şevkət Əlirza bəyin böyük oğlu idi. İki ay əvvəl iyirmi yaşı tamam olmuşdu. Təhsilli idi. Xüsusilə də xarici dil bilirdi. Ancaq bunu səyyah ikiüç ildən artıq gedə bilmədiyi hər məktəbdən çox atasmın səyləri sayəsində əldə etmişdi. Əlirza bəy bu ilk Övladı ilə çiçək pərəstişkarının bağçayla necə vaxt keçirirsə eləcə məşğul olmuş, onu yalnız öz xəyalmda canlandırdığı mükəmınəl insan modelinə görə forınalaşdırınışdı. Böyük bir hissəsi bu günə, hətta dünyanın heç bir gününə yarayan şeylər olmamaqla bərabər, Şevkət çox şey öyrənmişdi. Əlirza bəyin fıkrinə görə o mükəmınəl bir insan olmaq üçün bir də ali təhsil almalı idi. Nə çarə ki, tale buna izin verməmişdi. Buna baxmayaraq, Şevkət natamam bir əsər də deyildi. Çünki bu həyatda deyil, İstanbulun, Avropanın ali məktəblərində təhsil almış gənclərlə bəhsəbəhs edib. Yaşlı atasının ən çətin vəziyyətində, sıxıldığı vaxtlarda köməyinə yetişib. Göydən enırmış bir kömək kimi son müvəffəqiyyəti də, bunun ən parlaq bir nümunəsi idi. Ancaq Əlirza bəyin əsl təsiri Şevkətin əqlindən çox, ürəyinə olmuşdur. Yaşlı adam dünyada hər şeydən şübhələnir, amma oğlunun əxlaqından şübhə etməzdi. Onun nəzərində Şevkət dünyadakı heç bir gücün qırıb, ləkələyə bilmədiyi bir almazdı. «Altın Yarpaq Anonim Şirketi»ni bu cür cəsarətlə rədd etməsinin əsl səbəbi də elə bu uşağa güvənmə si idi. Ancaq nə qədər də olsa, gözlədiyi köməyin bu qədər tez gələcəyi ağlma gəlməzdi. Şevkət atası kimi məğrurdu. Bəlkə müsabiqədən keçə bilmərəm, gözlərində alçalaram deyə müsabiqəyə girdiyini də ailəsinə deməmişdi. Evdəki işığa, bağçadakı süfrəyə gəlincə, bu, Şevkətin çoxdankı vədi idi. Əlirza bəy onu ilk dəfə məktəbə göndərdiyi gün: «Şevkət, böyüyüb məmuriyyətə keçdiyin gün səndən bir hinduşka qonaqlığı istəyirəm» demişdi. Aradan keçən uzun zamana baxmayaraq, vədini unutmayıb, o səhər müsabiqədə qalib gələnlərin ilk sırasında adını oxuyan kimi dərhal bazara qaçıb bir hinduşka almışdı. Bu qonaqlığın hazırlığında böyüklükiçikli bütün evdəkilərin payı vardı: Xeyriyyə xanım, böyük qızı Fikrət ilə yemək bişirmiş, Leyla ilə Necla süfrəni hazırlamış, Ayşə isə qonşu bağçalardan dəstədəstə gül yığıb gətirmişdi. Əlirza bəyin bayaqkı ümidsizliyi yox olmuşdu. Ancaq süfrədə onun üçün hazırlanan başdakı stula oturacağı vaxt nəsə fikirləşib dayandı. Sonra diqqətlə oğluna gülümsəyərək: -Şevkət, səninlə yerimizi dəyişdirəcəyik, dedi. Sən ata, mən ailənin böyük uşağı olacağam. Hamı məəttəl qaldı. Ancaq o inad edir, əmr edir; oğlunu qolundan çəkərək: -Elə istəyirəm... Mənim sözümə qulaq asmalısan... deyirdi. Əlirza bəy məcburiyyət qarşısında taxtını oğluna tərk edən bir hökmdar kimi Şevkəti yerinə oturtdu. Özü onun solunda həyat yoldaşının yanında keçdi.Ailədə onun yeri gectez ora olacaq, deyirdi. Uşaqlar, eşidirsiniz?.... Vaxt gələcək, mənim yerimə onu ata biləcəksiniz, onu sayacaqsınız. Ağsaqqal başına gələn hadisəni, bu son sözləri deyərkən səsindəki ağır mənadan başqa bir şey hiss etdirmədi. Elə bu gecədən uşaqları həyacanlandırmağın bir mənası yoxdu. Ən çox da, Şevkət boynuna düşən ağır məsuliyyəti eşitmədən axırıncı gününü rahat və xoşbəxt keçirməliydi.

VII fəsil Əlirza bəy arvadı və böyük oğlu ilə bərabər səhər tezdən oyanmağa adət eləmişdi. Üçünün də küçədə və evdə ayrı-ayrı öhdələrinə düşən iş olduğu üçün bu cür oyanırdılar. Ancaq qızların çiyinlərinə hələ dünyanın yükü çökməmişdi. Onlar bir neçə saat yataqda tənbəllik edə bilərdilər. Artıq o da evdəki bu tənbəllərin arasına qarışmışdı, amma o səhər yenə günəşin doğuşundan əvvəl qalxmışdı. Hərgünkü kimi əlinə bir kitab götürüb pəncərənin qarşısına keçdi. Ancaq heç cür oxuya bilmədi. Arvadı sobanı yandırıb səhər çayını hazırlayıncaya 8

qədər açıq bir vərəqin önündə düşündü. Sabah yeməyindən sonra Xeyriyyə xanım ərinin günorta yeməyini hazırlamağa başlamışdı. Əlirza bəy acıqlanıb: -İstəmirəm xanım, zəhmət çəkmə... dedi. Onun, paroxodun işləyə bilmədiyi fırtınalı günlərdə belə bir gün də işindən qalmadığını bilən Xeyriyyə xanım həyəcanla: -İşə getməyəcəksən? -Yox, getməyəcəyəm. Əlirza bəy bunu deyəndə müəllimə acıqlanıb məktəbə getmək istəməyən təqsirli uşaqlar kimiydi: -Niyə? Yaşlı adam, bayaq yanında oturduğu Şevkətin üzünü sığalladı. Həyəcanını hiss etdirməməyə çalışaraq: -Bir məsələ ilə əlaqədar Şevkətlə məsləhətləşəcəyəm, dedi. Oğlum mənə diqqətlə qulaq asdıqdan sonra qərarını verəcək... O nə desə, qəbul etməyə hazıram. Əlirza bəyin səsi elə müəmmalı və hərəkəti elə qəribə idi ki, arvadı və oğlu bu sözlərin zarafatmı, yoxsa ciddimi olduğunu başa düşə bilmirdilər, bir-birlərinə baxırdılar. Yaşlı kişi hadisəni olduğu kimi danışdı. Oğlu ilə açıqsaçıq şeylər danışmağa adət etmədiyi üçün hekayənin ayıb yerlərini danışdıqca gözlərini başqa tərəfə çevirir, səsini ağırlaşdırırdı. Xeyriyyə xanımın üzündə təəccüblü bir ifadə vardı. Ancaq Şevkət atasına qulaq asdıqca yavaş-yavaş həyəcanlanır, qara gözləri qəribə bir işıltı ilə parıldayırdı. Atası «bu vəziyyət qarşısında istefadan başqa nə edə bilərdim?» deyə sözünü başa çatdıranda, o heç tərəddüd etmədən: -Lap yaxşı elədin ata!... dedi. Bu səsdə elə bir üsyan vardı ki, Əlirza bəy ağlaya-ağlaya oğlunu qucaqlamamaq üçün özünü zorla saxladı. Xəcalətlə boynunu bükərək əsas sualı soruşdu: -Ancaq bir şey var, onu da danışınalıyam səninlə... Bu şirkət mənim üçün axırıncı qazanc qapısı idi... Məni tanıyırsan. Boşbekar oturmaq istəmirəm... Bəlkə artıq iş tapa bilməyəcəyəm.. Qardaşbacıların hələ ortaya çıxmayıblar... Mənim təqaüdüm çox azdır... Ailənin bütün ağırlığı sənin boynuna düşəcək... Bu sənə ağır gəlməyəcəkmi? Şevkət atasının bu tərəddüdünə sanki üsyan etdi. İyirmi bir yaşının hədsiz cəsarəti ilə sinəsini gərdi: -Bunu deməyə necə dilin gəlir? Məndən şübhə edirsən? Lazım olsa, başqa işdə də işləyərəm. Bacı-qardaşımı necə olsa boya-başa çatdıracayıq! deyirdi. Şevkət dünən axşam süfrədə atasının yerinə niyə oturduğunu indi başa düşmüşdü. Hadisədən təsirlənmə k bir tərəfə, hələ bir bu yaşda bir ailə başçısının yerinə keçdiyi üçün qürurlanırdı. Ata-oğul həyəcanla bir birlərini öpdülər. Əlirza bəy bir azdan arvadı ilə söhbət edəndə gülərək: -Bir ata üçün nə qədər də böyük səadətdir! dedi. Yavaş-yavaş süfrəni təmizləyən Xeyriyyə xamın başını qaldırınadan: -Düz deyirsən... elədir... dedi. Qadının üzü qaşqabaqlı idi, ağzından sözlər elə bil ki, kəlbətinlə çıxarılırdı. Əlirza bəy bu haldan şübhələnib: -Niyə elə candərdi cavab veririsən?... deyə soruşdu. Xeyriyyə xanım yavaşca: -Candərdi niyə? Düzdü, elədir deyirəm! dedi. -Yox, amma başqa cür deyirsən. Qadın əlindəki işi yarımçıq qoyub Əlirza bəyə tərəf dondü: - Xətrinə dəyməsin, sən qocaldıqca bir qəribə olursan. - Buna açıq-aydın başın xarab olur desənə! Bunu deyəndə arvadının etiraz edəcəyini gözləyirdi; ancaq o, cavab vermədən arxaya döndü. İş ciddiləşir, səbəbini bilmədiyi bir qorxu, Əlirza bəyin ürəyini sıxmağa başlayırdı. Əlirza bəy bəzən mərhəmət, ya da üzünün yumşaqlığından biri pulunu əlindən alanda, və ya evinə lazım olmayan, artıq bir şey alanda kefsizləşir, arvadı: -Eybi yoxdu... Üzülmə, nə edək. Olan oldu... deyə təsəlli edənə qədər özünü yaxşı hiss etməzdi. Ancaq Xeyriyyə xanım ailənin mənfəətinə zərər verən işlərdə ciddi, maddi, hesabınıkitabı bilən bir qadındı. Ərmi əməlli-başlı üzüb elədiyinə peşınan etmədikcə, ərinin ondan umduğu təsəllini verməyəcəkdi. Hətta buna görə aralarında dava elədikləri də olurdu. Əlirza bəy üzüzə dava etməyə cəsarət etdiyi yeganə adam arvadı olduğu üçün uşaq kimi xırçmlaşır: -Sən onsuz da beləsən... Adamın sevincini ürəyində qoyursan. İnşallah ölərəm, sənin də canın məndən qurtarar! deyə bağırırdı. Xeyriyyə xamın onu bir az üzüb bağırtdıqdan və elədiyini əməlli-başlı burnundan gətirdikdən sonra siyasətini 9

dəyişdirirdi. Yaşlı adam bu gün arvadında bir şey hiss etdi. Elədiyi hərəkətin doğru olduğuna onsuz da özü də inanmırdı. Ancaq arvadının bir-iki şirin sözü onu bir az sakitləşdirəcəkdi. Ancaq inadçı qadın, o gün Əlirza bəyin həyatda ən qəmli və kefsiz günü olduğunu başa düşmür, qaşqabaq eləyirdi. Əlirza bəy bir az susduqdan sonra: -Xanım, mənə bax! dedi; bu gün elə hərəkət edirsən ki, ölsəm də yadımdan çıxartmayacağam... Ayıb olsun sənə. Xeyriyyə xanım ikinci dəfə dönüb, ən şiddətli sözlərdən də təsirli olan bir hüzün və səmimiyyətlə: -Niyə belə deyirsən, Əlirza bəy? dedi, səni eşidən də elə bilər ki, bir rütbə filan alıbsan, ona sevinirsən. Şirkətdən aldığın yüz on beş lirə pulla onsuz da zorla keçinirdik. Bu gün onu da əlindən qaçırdığını dedin. Bu bizim üçün aclıq deməkdi... Sevinib boynunamı sarılmalıyam?... İnsafa gəl sən Allah!... Əlirza bəy bu vəziyyətə söz tapmayıb, bir neçə dəfə udqundu: -Hə, amma, namus... dedi, namusumun ləkələnmə sinə izin vermədim!... Namus sözü bu saf, təmiz evdar qadına hər zaman çox təsir edərdi. Ancaq aclığın qapının kandarına qədər gəlib çatdığı bir zamanda bu söz ona o dərəcədə də təsir etmirdi. -Əlirza bəy, insaflı ol. Neçə illik həyat yoldaşınam. Mənə əxlaqsız bir qadın gözüylə baxsan həm ayıb, həm də günaha girərsən. Mən də sənin kimi namuslu bir insanam. Ancaq mən sənin yerində olsam, uşaqlarımın xətri üçün buna göz yumardım. Əlirza bəy eşitdiyi bu sözlərə qəzəbləndi: - Nə dedin, nə dedin? Bir də de görüm... Belə bir şeyə gözmü yumardım? Heyf... Heyf olsun sənə! deyə bağırmağa başladı. Xeyriyyə xanım gözlərini tavana qaldırdı. Sonra sakitcə, qəmli qəmli davam etdi: -Hə, Əlirza bəy! Sən nə deyirsən, de. Onların xətri üçün mən hər şeyə dözərdim. Çünki pulsuz, çörəksiz qalsaq, onların namusu o zaman təhlükədə olar. Bu söz Əlirza bəyin başına sanki bir paya kimi zərbə ilə düşdü. Bir gün əvvəl şirkətdə bir başqasmdan eşitdiyi sözlər yadına düşdü: «Pulsuz namus ən çox bir, iki nəsil dözə bilər». Hansı qorxunc gücdür ki, bu iki ayrı dünya kimi fərqli insanı bir-birini tanımadan, eyni dildə danışmağa vadar edir? Əlirza bəy qarmaqarışıq fıkirləri ilə bu məchula cavab tapmağa çalışırkən, qadın davam edirdi: -Xətrinə dəyməsin Əlirza bəy... Ürəyimdə nə varsa, hamısını deyəcəyəm. Sən uşaqlarının mənfəətini həmişə vahimələrmə qurban verdin. Onlar on beş, iyirmi yaşlarında olduqları üçün atalıq vəzifəni, borcunu bitmiş hesab edirsən. Elə deyil. Əsl vəzifən indi başlayır. Onlar əvvəldən balaca uşaqlardı. Əllərmə hansı oyuncağı versən sevinərdilər, elə bilərdilər ki, dünyanı onlara bağışlayıbsan. Bu uşaqların hər biri indi böyük adamlardı. Hər şeyi başa düşürlər, istəyirlər... Hər birinin nə arzuları var? Bilmirəm, amma deyəsən, onları doğru tərbiyə etməmişik. -Dəli olubsan sən, mənim uşaqlarım elə mələk kimidir ki... -Onu mən də inkar etmirəm. Uşaqlarımız hələ ki mələk kimidirlər... Ancaq bir yandan da gözlərini çox açdıq. Dediyim kimi, hər şeyi görürlər, istəyirlər. Bu hal ilə gələcəkdə də mələk kimi qala biləcəklərini? Qalsalar da, üzülməyəcəklərini? Sən indiyə qədər işlədiyin üçün evin içindən xəbərin yoxdu, uşaqları o qədər də yaxından görmürdün. Bax, sənə deyirəm, uşaqlarımızı təhlükə gözləyir. Sonra "demədi" demə. Əlirza bəy bu məsələnin elə davadalaşla həll ediləcək bir iş olmayacağını görüb yalvarmağa başladı: -Qurban olum....Uşaq kimi hərəkət eləmə... Bunları mən də fikirləşmişəm. Ancaq oğlumuzu eşitdin. Uşaq bacıları üçün hər cür fədakarlığa hazırdır. Yəqin ki, ona şübhə etmirsən. -Düzünü desəm, şübhəm var. Nə qədər olmasa o da uşaqdır... Onun da özünə görə arzuları olacaq. Həm olmasa da, uşağa yük olmaq günah deyil? Bu ərarvad bir il mübahisə etsələr də, bu nöqtədə ortaq fıkrə gələ bilmirdilər. Əlirza bəy ataların ən mükəmınəli idi. Onun ucbatmdan uşaqlarının hansına isə zərər gəlməyinə razı olmazdı. Ancaq o uşağını öz yerinə ailə başçısı etməklə ona dünyanı bağışladığına inanırdı. Onun zənnincə Şevkətin ailənin ağırlığmdan şikayət etməsi kral olan bir insanın başına taxdığı tacın ağırlığmdan şikayət etməsi kimi bir şeydi. Ancaq Xeyriyyə xanım bu müdrikliyi başa düşmür, getdikcə artan qəzəbi ilə hər tərəfə alov saçırdı -Saçım ağarana qədər sənə uşaq kimi inandım. Nə bilim «saçlısaqqallı, təhsilli adamsan. Yəqin ki, bir bildiyin var» deyirdim. Daha bəsdir... Madam bu işdən çıxmaq namus üçündü, çıx işdən... Amma yadından çıxmasın ki, bahalılıq günü-gündən artır. Bax, daha gizlətmirəm. Mələk kimi uşaqların istədiklərmə etiraz edə bilmirsən. Yoxsulluq üzündən övladlarım hamısı bir-bir dağılmağa başlasa, iki əlim, on barmağım yaxanda olacaq. Ölüb getsən də, səni qəbrində də rahat yatmağa qoymayacağam... Xeyriyyə artıq uşaqlarına eşitdirməkdən çəkinmədən yüksək səslə ağlaya-ağlaya mətbəxə keçdi. Əlirza bəy oturduğu yerdə donub qaldı. Deməli, neçə illik arvadı da etiraz edib, üsyan bayrağını qaldırmağa başlamışdı. Əlində bir vedrə, bağçada gəzinir, çiçəklərin dibini belləyir, tərəvəzə, göy-göyərtiyə su verir, cavan ağacları 10

cücülərdən təmizləyirdi. Ancaq fikrində yalnız uşaqları vardı. Arvadı şübhəsiz ki, cahil bir qadındı. Ancaq narahatlığı səbəbsiz deyildi. Uşaqları həqiqətən təhlükədə idi? Bu bir yana, arvadının dediyi kimi, görəsən, onları doğru tərbiyə etməmişdilər? Birinci böyük qızı Fikrət gözünün önünə gəldi. Bu on doqquz yaşında xırda bir qızdı. Ancaq otuz yaşında bir insandan daha ağıryana idi. Evdə anası üçün ən böyük köməkçi, aralarındakı yaş fərqinə baxmayaraq, bacıları və qardaşına ikinci ana idi. Fikrət gözəl deyildi. Bundan başqa sağ gözündə bir ləkə vardı. Bu ləkə yazıq qızın İç Anadolunun rayonlarından birində uzun çəkən bir göz xəstəliyindən yadigardı. Əlirza bəy o vaxt bir yolunu tapıb uşağı İstanbula gətirsəydi, bəlkə də bir əlacı tapılardı. Heyf ki, xəstəlik işlərinin ən çətin və qarışıq vaxtmda başlarına gəlmişdi. Fikrətdə elə tayıbərabəri olmayan əxlaq gözəlliyi vardı ki, onun bütün zahiri qüsurlarını unutdururdu. Hətta, Əlirza bəyə görə o ləkə qüsur sayılmazdı. Əksinə, bu ləkə üzünə verdiyi fağırlıq, ürəyinə verdiyi şəfqətlə də başqa bir gözəllik daşıyırdı. Əfsus ki, hamı, xüsusilə də evlənəcək cavan oğlanlar onu atasmın gözü ilə görmürdülər. Əlirza bəy Fikrəti də oğlunu tərbiyə etdiyi kimi böyütmüşdü. Ancaq o qızdı; qardaşı kimi işləyib pul qazanınayacaqdı. Ona görə də Əlirza bəy ona daha çox evə uyğun, evə yarayan şeylər öyrətmişdi. Gənc qız xəstə gözünə zərər verəcək qədər çox mütaliə edirdi. Bunların çoxu romandı. Əlirza bəy qızının məşhur sənətkarlardan, məşhur əsərlərdən danışdığını , həyat haqqında ağırbaşlı mütaliələr elədiyini gördükcə çox iftixar hissi keçirirdi. Qızının üzündəki bütün qüsurları unutdura biləcək qədər ağıllı, dünyagörüşlü olmasını istəmişdi. Çox şükür bu arzusuna çatmışdı. Bundan başqa hələ o qızını anası qədər bacarıqlı ev qadını kimi də qabiliyyətli yetişdirmişdi. Uşağının heç bir əskik xüsusiyyəti yoxdu. İstənilən gənc oğlanı xoşbəxt edə bilərdi. Ancaq... Əlirza bəyin beynində üzücü şübhələr əmələ gəlməyə başlamışdı. Doğrudur, qızın demək olar ki, heç bir qüsuru yoxdu. Bəs onu başa düşə bilən adamı necə tapmaq olardı? Gündən-günə artmağa davam edən kasıbçılıqları bunu daha çox çətinləşdirməyəcəkdi? Əlirza bəy ətrafındakı bəzi gənclərin çoxunun sözbirliyi eləmişcəsinə evlənmə kdən qorxduğunu və yaxud evlənmə məsələsindən qeyriciddi şəkildə bəhs etdiyini, bir çoxunun da bunu mənfəəti üçün evlənmək istədiyini açıq-açıq dediklərinin şahidi olurdu. Həqiqətən də arvadı bu halda haqsız deyildi. Fikrət, deyəsən, doğru, həm də zəmanəyə görə tərbiyə edilməmişdi. Çirkin qəlbin içinə çox bilmiş bir ruh qoymaq nəyə lazımdı? Bəyənilmədiyini, hər yerdə, hər şeydə ona diqqət edilmədiyini daha tez başa düşməsi üçünınü? Çirkinin ağzından çıxan gözəl söz, acizin ağzından çıxan haqlı söz qədər boş faydasız bir şeydi. Bu çirkin qız nə qədər hər şeyi başa düşsə, o qədər də hər şeyi tələb edəcək və nəticədə o qədər də əziyyət çəkəcək. Kaş ki, onu da kişi kimi çalışıb, dişli, dırnaqlı, duyğusuz və laqeyd bir qız kimi yetişdirsəydi. Üşağı indiki kimi mükəmınəl bir qız olmazdı, o atasmın ağlına gələndə, qızım deyə fıkirləşəndə, indiki kimi bəlkə ürəyi açılmazdı, amma heç olmasa, o, xoşbəxt olardı. Əlirza bəy Fikrətdən sonra Leyla və Neclanı gözünün qabağına gətirdi. Onlar böyük bacıları kimi ağıllı deyildilər. Ancaq sözün əsl mənasında çox gözəldilər. Leyla on səkkiz yaşındaydı. Necla on altı yaşına yenicə qədəm qoymuşdu. Bu zəmanədə onlara ağıllıbaşlı, halal süd əmmiş bir ər tapmaq çox çətin məsələ idi. Həm də o qədər də çətin deyildi. Zəmanə gəncləri Fikrətdəki ruh gözəlliyinə dəyər verməyə bilərlər. Ancaq Leyla və Necla üzlərinin gözəlliyi sayəsində asanlıqla özlərmə bir gənc tapa bilərlər. Məsələ, bu günə qədər təmiz, saf, amma bütün cavanlar kimi yüngül hərəkət edən uşaqları, ətrafdakı gözə görünən və ya görünməyən hadisələrdən qorumaq idi. Ayşə isə, Əlirza bəy onu elə əwəldən bəri bacıqardaşının ayrılmaz bir parçası sayırdı. Özü olsa da, olmasa da Şevkət onu hər zaman himayəsində saxlayacaqdı. Yaşlı ata o gün bir yandan bağça işləri ilə məşğulkən, bir yandan da bunları düşünürdü.

VIII fəsil İlk təqaüddəki və işsiz günlərini yaşayırdı... Bu günün gectez gəlib çatacağmı, hər çalışqan insan kimi bir gün onun da işə yaramaz olacağmı bilirdi. Ancaq o, bu günləri tamamən başqa cür fıkirləşirdi. Təqaüdə çıxanda artıq uşaqları boyabaşa çatdırmış, yetişdirmiş, eveşik sahibi etmiş olacaqdı. Gözlərini yumub gələcəyi fıkirləşdikcə həmişə bu xəyallar gözünün önündə canlandı. Nəvələri bir-bir dünyaya gəlir, böyüyürlər, öz işləri ilə məşğul olan. təcrübəsiz övladları, bir küncdə büzülüb ölümünü gözləyən, «artıq bu dünyada işim qalmadı» deyən ata və anasma sizmisiniz bu fıkirdə olan demişcəsinə bu uşaqların yükünü də onların üstünə atırlar. Babanın artıq başını qaşımağa da vaxtı yoxdu. Gah uşaqları çəmənliklərə gəzməyə, oynamağa aparır, gah onlara ocaq başında nağıllar danışır. Sonra da bir az ailənin tarixini, keçmişini Öyrətmək, vaxtıyla analarına, atalarına olduğu kimi onalara da doğruluq, fəzilət dərsləri vermək lazımdır. Xülasə, elə başı qarışmış olur ki, əcəl gələndə onun ölüm döşəyinə yatmağa da vaxtı qalmır, uşaqların tütək səsləri, nağara, baraban səsləri, gurultuları 11

içində, bəlkə də heç hiss etmədən ölür. Bir insan üçün bundan xoşbəxt ölüm ola bilərini? Əlirza bəyin çoxdan teztez şikayət etdiyi şeylərdən biri də kitab oxumağa vaxt tapa bilməməsidir. Həmişə oxuduğu vərəqin ən maraqlı yerində bir iş çıxardı. Ən çox da səhərləri arvadının «Haydı Əlirza bəy, paroxoda gecikəcəksən» deyib əzrail kimi başının üstünü kəsdirməyi o qədər acıqlandırırdı ki... Əlirza bəy kitabı örtəndə həmişə:»Ah bir təqaüdə çıxsam» deyə deyinirdi. İstədiyi gün gəlmişdi. Artıq arvadı «Əlirza bəy kitabı bir kənara qoy» deyə onu narahat etmirdi. Ancaq tərs kimi kitablar da artıq ona o qədər də maraqlı gəlmirdi. Arvadı ilk günlərdəki kimi hələ də qaşqabaqlı, acıqlı idi. Əlirza bəy əwəla uzun müddət ondan küsmüşdü, amma arvadının onu heç diqqətə almadığını görəndə öz-özünə barışmişdı. Xeyriyyə xanımın bu hərəkəti qədər ona təsir edən heç nə olmamışdı. Bir gün ona: -Heyf olsun sənə, ay arvad. Deməli, sən mənə işimgücüm, qazandığım pullar üçün dəyər verirmişsən. dedi. Onun heç acıqlanınadan ağzını büzdüyünü görəndə yalvarırcasına: -Biz həyatda iki silahdaş kimi idik. Əlimdəki silahımı aldıqları bir vaxtda məni arxamdan vurmaq olarmı? Bu sözü uzun zamandan bəri hazırlamışdı. Elə bilirdi ki, arvadı bunu eşidən kimi ağlayaraq boynuna sarılacaq və aralarındakı inciklik bitəcəkdi. Ancaq ona görə çox təsirli olan bu söz təkcə Əlirza bəyin gözlərini yaşartdı. Xeyriyyə xanım, əksinə, çox hissiz, həyəcansız bir hərəkətlə çiynini çəkib: -Neynəyim, özü yıxılan ağlamaz!

IX fəsil Əlirza bəyin bütün təqaüdçülərə oxşaması üçün bir ay bəs oldu. Dönərkən köhnəliyi görünməyən araba təkərləri kimi onun da işlədiyi vaxt işlərə başı qarışdığı üçün görünməyən yaşlılığı birdən-birə indi, bütün xüsusiyyətlərilə meydana çıxdı. İki tərəfındə boş-boş yellənən qollarının ağırlığı çiyinlərini çökdürməyə, kürəyini qozbelləşdirməyə başlamışdı. Üstbaşının səliqəsi getdi. Şalvarının dizləri, qollarının dirsəkləri sallandı. Halbuki əvvəllər nə qədər gözəl və təmiz geymən bir adamdı. Üstündəki tozlar artıq çırpılmaqla getmir, paltarlarına sinməyə başlamışdı. Sabahlan yenə də günəşlə bərabər oyanırdı. Ancaq o saatlarda artıq əvvəlki kimi günəşin təravətini hiss etmir, əksinə, səmada günəşin o gün keçəcəyi yolların uzunluğuna baxdıqca bədənində dərin bir yorğunluq hiss edirdi. Daha nə kitablarında, nə bağçasında bir rəng qalmamışdı. Həm də adət etdiyindən yenə divanları qarışdırır, bağçadakı yabanı otları yolur, çiçəkləri sulayırdı. Ancaq aradan xeyli vaxt keçmiş hissi ilə başını yuxarı qaldıranda günəşin yenə də eyni yerdə durduğunu görəndə nə edəcəyini bilmirdi. Səhəraxşam paroxod saatlarında küçə qapısma çıxmağa adət etmişdi. Əlləri arxasında, bağça divarı boyunca ağırağır gedibgəlir, havada leylək sürülərinin uçuşuna baxan qırıq qanadlı bir leylək çarəsizliyi ilə məmurların dəstə halında işlərinə gedibgəlmələrini seyr edirdi. Əlirza bəy çoxdan bəri çayxananın, barların baş düşməni idi. Məmurluğu vaxtında həmişə: «Nədir bu tənbəllər, acizlər evi? Əlimdə əlacım olsa, bunların hamısını bağladaram!» deyə deyinmişdi. Onların işi, çörəyi, pulu və evində dincliyi olmayan yazıq təqəüdçülər üçün ən yaxşı təsəlli yerləri olduğunu ancaq indi başa düşürdü. İlk vaxtlar, Çamlıcaya, ya da Üsküdar bazarına tərəf gəzməyə çıxanda çayxanalarda dincəlməklə başlamışdı. Sonra yavaş-yavaş bazar və məhəllə çayxanalarına da getməyə adət elədi. İlk vaxtlarda öz-özünə bir küncə çəkilib qəzet oxuyurdu. Bunların daimi müştərilərmə qarşı hiss etdiyi diksinmə hələ də keçməmişdi. Qətiyyən onların aralarına qarışmaq istəmirdi. Özü buralarda yalnız tamaşaçı kimi qalacaqdı. Nələr görüb, nələr eşidirdi? Elə ağsaqqal adamlar vardı ki, evlərində baş verən bütün haqqhesabları utanınadan gəlib danışır, nə yediklərini, hətta bəzən yeməyə heç nə tapmayıb ac qaldıqlarım da danışırdılar. Bəziləri də davamlı nərdtaxta, kart oynayır, oyun aralarında da ağza alınınayacaq söyüşlərlə bir-birlərmə sataşır, sonra heç bir şey olmamış kimi oyunlarına davam edirdilər. Hətta bir gün, bir zamanlar böyük vəzifələrdə işləmiş bir təqaüdçünün döyüldüyünü də görmüşdü. Əlirza bəyə görə bu adam bu biabırçılıqdan sonra daha camaat içinə çıxmamalı, hətta ölməli idi. Halbuki ertəsi gün onun eyni çayxanada, heç bir olmamış kimi nərdtaxta oynadığını görmüşdü. Əvvəla, dərdləşmək üçün adam axtaran biriki çarəsiz adamın söhbətlərmə qulaq asdı. Sonra yavaş-yavaş yoldaşları çoxaldı. Ancaq hələ də tam səmimi olmamışdı, bir az özünü çəkirdi. Başqalarının söhbətlərmə həmişə qulaq asır, arama o özü haqqında heç bir şey demirdi. Nəhayət, başa düşdü ki, çayxana işsizlikdən və ailədəki əziyyətlərdən əmələ gələn narahatçılıqlara qarşı sığınacaq yeganə yerdi. O da olmasa, təqaüdçülərin ölməkdən başqa işləri qalmayacaqdı. 12

X fəsil Əlirza bəyin də bir çayxanası və səkkizon yaşlı təqaüdçüdən ibarət bir qrupu oldu. Nə eləsin, olana çarə yoxdu... Bunlar, çətinliklə dolanan yaşlı adamlardı. Aldıqları təqaüdləri gündəlik ehtiyacları ilə müqayisədə heç nə sayılırdı. Bir çoxu təmiz, namuslu adamdı. Bəziləri «Əlirnizə fürsət keçəndə niyə biz də çahbçapmadıq?» deyə heyfsilənirdilər; bəzisi də: «çahbçapa bilmədik; ancaq madam ki, axırı belə olacaqdı, heç olmasa, vaxtımızı xoş keçirə bilməzdik? Gecəligündüzlü işləyib, tər tökdük, əlləşibvuruşduq; bizi limon kimi sıxıb suyumuzu aldıqdan sonra qalan qabığımızı atdılar» deyirdilər. Əlirza bəy özünə olduğu kimi, onlara da çox yazığı gəlirdi; ancaq sözlərmə haqq verirdi. Hətta bu səbəbdən onlarla münaqişə də edirdi. Əlirza bəyin burda gördüyü ən böyük qazanc yeni dostlarından ucuz bazarlıq yollarını öyrənmək olmuşdu. Kömürü, əti, yağ və göy-göyərtini haradan, necə alacağım artıq bilirdi. Ancaq öyrəndiyi üsulların hamısmı icra edə bilməmişdi. Bunun üçün də satıcılara qarşı laübalı adam olmalı, onlara gah tərsliklər etməli, gah da yaltaqlıq eləmək lazımdı. Bunlar da heç bir vaxt Əlirza bəyin ağır təbiətinə uyğun hərəkətlər deyildi. Bir gün, uzun müddət .bələdiyyə sədri vəzifəsində işləmiş bir dostu ilə bazara getmişdi. Göygöyərti alacaqdı. Alver vaxtı qalmaqal düşüb, satıcı keçmiş bələdiyyə sədrmin əlindəki balqabaqları alıb: «Ay qoca, yeri get başımdan... Sən bazarlığa yox, əyləncəyə çıxıbsan... Pulun yoxdusa, otlaqlardan ot yığ, onları ye!» deyə yazıq kişini sinəsindən itələyib, göygöyərti səbətlərinin üstünə yıxmışdı. Əlirza bəy xəcalətindən elə bil yerin dibinə girmiş və bir də heç kimlə bazara çıxmayacağına tövbə etmişdi. Əlirza bəyin təqaüdçü yoldaşlarının çoxunun evlərindən şikayət etdikləri diqqətini cəlb etmişdi. Deməli, bu mənada tək deyildi. Davadalaş bu kasıb təqaüdçülərin evini, bir yoluxucu xəstəlik kimi əsarəti altına almışdı. Əlirza bəy bu kasıbçılığm ancaq bir səbəbdən «Şəriəti iqtisadiyyə» o lənətə gəlmişdən irəli gəldiyinə inanırdı. Yazıq qocalar, sabah olan kimi yanğmdan qaçan kimi özlərini evdən küçəyə zorla atırlar. Gecə yarısma kimi çayxanada oturur, dalaşır və mürgüləyirdilər. Halbuki, onların ailə ocağma indi həmişəkindən daha çox ehtiyacı var. Həmişə bu yaşlı vaxtlannı fikirləşdikləri üçün ailənin min cür əziyyətinə indiyə kimi heç narazılıq etmədən dözüblər. Nə umub, nə tapıblar!, Allah göstərməsin bu çayxana da olmasaydı! Ən təəccüblüsü də bu yaşlı adamların çoxu indiyə qədər ən çox nədən qorxublarsa, o da başlarına gəlmişdi. Məsələn, bu gün borca düşməkdən çox qorxan köhnə bir katib vardı ki, maaşını sərrafın əlindən qurtara bilmir, ödəyə bilmədiyi baqqal, qəssab borclarına görə həbsə girməyə hazırlaşır. Borclandığı satıcılar ilk dəfə qapısının qabağında qışqırıb bağırmağa başlayanda xəcalətindən öləcəkdi. Ancaq indi heç nəyi vecinə də almır, hətta həbs təhlükəsini belə filosofanə davranışla taleyinə boyun əyərək: «Neyləyim.... Adamların məndə haqqı qalmasın. Borcumuzu pulla ödəyə bilmədik, heç olmasa həbsə girməklə ödəyək.» Yenə keçmiş maliyyəçi vardı ki, cavanlığmda həddən artıq vasvasıhğı ilə məşhurdu. Ayağmdan çıxan bir corabı yuyulmadan təkrar geyməzdi. İndi bu yazıq adarınn üstündə bitlər gəzişir. Yoldaşının iki il bundan qabaq ayaqları tutulmuşdu. Evində başqa heç kimi yoxdu. Bütün işlər onun öhdəsinə düşmüşdü. Bundan başqa da gecəgündüz xəstə dərdi çəkirdi. Üçüncüsünu də neçə gündən bir gəlini, kürəkəni kötəkləyir. «Bir də mən o evə getsəm, mənə lənət olsun!» deyib əlində boğçası ilə çayxanaya gəlirdi. Gecə, müştərilərin dağılmasma yaxm yuxusu gələndə və gecənin ayazı revmatizmalı ayaqlarım sızıldatmağa başlayanda fikrindən dönər, yenə boğçası qolunda, korpeşınan evinə getmək üçün yola düzələrdi. Yoldaşları ona yazıqları gəlməkdən çox gülürdilər: «EIədiyi işlər başına gəlir!» deyirdilər. Əslində bu sözdə həqiqət payı vardı. Əvvəllər uzun müddət hərbi məktəbdə müəllimlik edən bu adam kim bilər neçə uşağı incidib!... Çayxananın müştəriləri arasında bir də Sərmət bəy adında keçmiş bir qubernator vardı. Ancaq bu.o biri təqaüdçülər kimi deyildi. Əksinə, əynindənbaşından, sözlərindən maddi vəziyyətinin yerində olduğu məlum olurdu. Sərmət bəy məmurluq həyatında doğruluğu və namusu ilə ad qazanmış bir kişi idi. Yetmiş yaşında olmağına baxmayaraq, çəhrayı üzü, qat-qat kəsilmiş saçları, tər-təmiz əyinbaşı ilə dim-dik durur, yüksək səslə danışırdı. Hamı kimi Əlirza bəy də o adama ilk başda yaxşı və yaxın münasibət göstərmiş, söhbətlərmə hörmətlə qulaq asmışdı. Ancaq sonralar Sərmət bəy haqqında pis şeylər eşitdikdən sonra bu təmtəraqlı paltarlı adamdan o biri bitlənən və döyülən adamlardan daha da çox iyrəndi. Deyilənə görə, bu kişinin qızları yüngül, əxlaqsız 13

qızlardı. O burada yenə əvvəlki kimi yüksək səslə əxlaqdan, namusdan danışanda evində tükləri ürpərdən şeylər olurdu. Onsuz da bu dərəcədə təmiz geyməyinin səbəbi də bundan başqa bir şey deyildi. Bəziləri Sərmət bəyin hec bir şeydən xəbəri olmadığını deyirdilər. Bəzilərinə görə də bu adam uşaqınuşağın da ağzına saqqız olan bu biabırçılıqlan hiss etməyəcək dərəcədə axmaq, evdə sel kimi axan pulun mənbəyini başa düşməyəcək dərəcədə başıboş deyildi. Hər şeyi tülkü kimi bilirdi. Əlirza bəy bu qeybətlərə qarışmaqdan çox çəkinirdi. Bir gün qorxa-qorxa dedi ki: -Bu ikinci ehtimal mənə inandırıcı gəlmir. Adam belə bir şeyi bilib buna necə dözər? Gülüşdülər, Allahın verdiyi hansı şeyə qul dözmür? Adamacığaz əvvəllər heç şübhəsiz bir az sıxılmışdı. Ancaq sonra yavaş-yavaş öyrəşmişdi. Xülasə, bu çayxananın hadisələri Əlirza bəyə qısa müddətə də olsa öz dərdlərini unutdururdu.

XI fəsil Kasıblıq Əlirza bəy üçün bir təcrübə məktəbi olmuşdu. Hər şeyi əsl rəngi ilə, hər şeyin əsl üzünü görməyə başladı. Artıq heç kim bu pulsuz adama özünü olduğundan fərqli göstərmək üçün incitmirdi. Hətta uşaqları da... Fikrətdə ona qarşı qəribə bir soyuqluq və uzaqlıq hiss edirdi. Bu uşağa nəsə bir gizli, başa düşülməyən şeylər olurdu. Artıq atasına yax;nlaşmır, ona əvvəlki kimi inanınadığını açıqca hiss etdirirdi. Halbuki Əlirza bəy bu sıxıntılı günlərində bu incə ruhlu və ağırbaşlı uşaqdan nələr umınuşdu! Leyla ilə Necla isə demək olar ki, elə eyni bacıları kimi davranırdılar. Görünürdə elə bir yersiz hərəkətləri yoxdu. Ancaq naməlum bir səbəbdən ona qarşı kinli kimi gözgözə gəlməkdən çəkinir, o ağzını açanda eşidəcəkləri sözlərə inanınamağı əvvəlcədən qərarlaşdırınışcasına inadla başlarını başqa tərəfə çevirirdilər. Əlirza bəy bu işə baş qoyanda ən çox uşaqlarına sözü keçəcəyinə və sözünün təsirmə güvənmişdi. Bu elə bir dalğadır ki, ancaq evin içində hamı atalarına inanarsa və tabe olarsa, o zaman bunun öhdəsindən gəlmək olardı. Halbuki onlar elə ilk sarsıntıda dağıldılar, böyük fəlakətin qarşısında onu tək qoyub, tərk edirdilər. Yaşlı adam əvvəlcə elə bilirdi ki, bu olanları Xeyriyyə xanım eləyir və «özü elədiyi bəs deyil, hələ uşaqları da ona qarşı qızışdırır!» deyə arvadına qarşı kin duyurdu. Ancaq sonradan başa düşdü ki, nahaq yerə o yazığı günahlandırır. Əksinə, o uşaqları deyil, uşaqlar onu bu vəziyyətə gətirb, xırçınlaşdırınışdılar. Bu fıkri dəqiqləşdirən başqa bir fakt da vardı. Xeyriyyə xanımın ərindən uzaq durınağı bir yana, heç ona etdiyi qulluqları da əskik etmirdi. Onsuz da çoxdan bəri qənaətlə hərəkət edən qadındı. İndi də lap həddini keçib, xəsislik dərəcəsinə gəlmişdi. Bir kişinin bu qədər xor görüldüyü bir vaxtda arvadından bundan artıq daha nə istəyə bilərdi? Oğlu Şevkət isə, yaşlı atasmı təsəlli edən və sevindirən yalnız o idi. Bu Şevkət elə etibarlı, elə yaxşı övlad idi ki... O, atasının gözündə yavaş-yavaş bir ilahi insan mərtəbəsinə ucalırdı. Əlirza bəyi yandıran dərdləri hələlik, yalnız o başa düşürdü. Ailənin bütün yükünü öz üzərinə aldığı, ən acı əziyyətlərə dözüb əsəbləşdiyi vaxtlarda da artıqəskik hərəkətlər etmir, bəzən atasının dizlərində oturub saqqalını oxşayıb onü təsəlli edirdi: -Qorxma ata... Mən heç bir vaxt ümidlərini boşa çıxarınayacağam... Görəcəksən, nə qədər yaxşı olacayıq, sonunda nə qədər rahat yaşayacayıq... Hər şeydən əvvəl bacılarımı yetişdirməliyik. Onlardan sonra daha asan olacaq. Səninlə anamı necə olursaolsun xoşbəxt edəcəyəm. Şevkət bacılarının hamısını ayrıayrı fıkirləşirdi; evdə bir tək özünə fıkir verrnir, özünü düşünınürdü. Əlirza bəy bir gün ondan söz almaq üçün: -Məndən gizlətmə Şevkət, dedi, yəqin ki, sən də bir şey olmaq istəyirdin... Bu fəlakət başımıza gəlməsəydi, nə edəcəkdin? -Yaxşı bir memar olmaq istərdim, ata... Böyümək, pul qazanınaq, şölırətli olmaq istərdim... Ancaq nə eləmək olar... Qismət deyilmiş... Bəlkə daha çox şey deyəcəkdi, amma atasının gözlərindəki kədəri görəndən sonra... Gülərək sözünü dəyişdirdi: -Ancaq elə bilmə ki, bu mənim üçün çox vacibdi. Mən indiki həyatımdan da çox razıyam. Həm də cavanam; işlərim düzəlsə, bəlkə bu arzularıma da vaxt qalar. Əlirza bəy oğluna inanırmış görünürdü. Söhbəti dəyişdirdilər; başqa şeylər danışmağa başladılar. Çayxanadakı təqaüdçü dostlarından bəziləri ibadətdə bir təsəlli kəşf etmişdilər. Bəzən daxilindəki ümidsizlik dözülməz dərəcəyə çatanda Şevkəti yadına salır, ürəyinə bir məbəd sərinliyinin çökdüyünü hiss edirdi. Bir gün bunu gözlərində gizlədə bilmədiyi yaşlarla ifadə etdi: -Oğulcuğum, mən özümü fəzilətli bir insan hesab edir, axmaqaxmaq qürurlamrdım. Sən demə sənin yanında 14

mən heç nə imişəm, dedi. Şevkət təəccübləndi: -Nə deyirsən, ay ata... Dünyada sənin kimi insan varmı? Uşaq kimi gülməyə başladı. Əlirza bəy inadla başını salladı: -Mən sənin yanında heçəm, oğlum, dedi. Əgər «niyə?» desən mən, ömrümdə onsuz da heç nə görmədim, istəmədim. Halbuki sən çox hissiyatlı, həssas uşaqsan. Hər şeyi başa düşürsən, istəyirsən... Belə olduğu halda istədiklərindən özünözünü məlırum etdin. Övladım, aramızdakı fərq budur. Buna görə də sən məndən ucasan.

XII fəsil Evdə uşaqların arasında yavaş-yavaş dava-dalaşlar başlamışdı. Bu əvvəlcə gizli olurdu və Əlirza bəy əsl səbəbləri başa düşmürdü. Bir gün Fikrət bacılarına acıqlanır, ikinci gün Leylanın otaqda ağladığı eşidilir, üçüncü günü Necla yeməyə gəlmirdi. Xeyriyyə xanımın artıq tamamən hövsələsi daralmışdı. Əlirza bəy daha tərs bir cavab alacağmı bildiyi üçün arvadından heç bir şey soruşmağa cəsarət etmirdi. Get-gedə səs-küy artdı. Evdə hamı bir-birini saymırdı. Yaşlı adam uşaqlarını iki tərəfə ayrılmış gördü: bir yanda Fikrət, bir yanda da Leyla ilə Necla. Bu, artıq evdə ata hörməti, sayılacaq bir ailə başçısı qalmadığını göstərən ən açıq bir sübutdu. Leyla ilə Necla ailənin yaşayış tərzini bəyənmir, yenilik, əyləncə və daha bir çox şey istəyirdilər. Bu iki qız o biri bacıqardaşına nisbətən daha şıltaq, nazlı və ərkəsöyün böyümüşdülər. Əlirza bəy onların tərbiyələri ilə çox məşğul ola bilməmişdi. Bu qədər gözəl qızları özbaşına qoymaq doğru deyildi. Bu evdə ən çox üç-beş illik qonaq sayılırdılar. Əlirza bəy «Leyla ilə Necla namuslu bir qadın kimi yetişsə bəsdir» deyərdi. Onları yalnız qapalı bir şəraitdə böyüdüb yetişdirmişdi. Qızların çox küçəyə çıxmağa, ağırbaşlı olmayan, tanımadıqları ailələrin qızları ilə səmimi olmalarına icazə verilmirdi. Arvadına həmişə: «Bu yaşda uşaqlar üçün gözəllik ən böyük təhlükədir. Gözünü yaxşı aç!» deyə tapşırardı. Ancaq qızların bu dərəcədə sıxılmaları əks təsir etməməsi üçün evdə onlar həddən artıq əzizlənmişdilər. Bir dedikləri iki olmamışdı. Son zamanlarda arvadı ilə çıxan davadalaşların səbəbinin çoxu bu məsələ ilə əlaqədardı. Xeyriyyə xanım Leyla ilə Necla üçün çox pul xərcləndiyindən şikayət etdikcə Əlirza bəy: «Sənin ağlın kəsməz, arvad! Uşaqları evdən çölə qoymuruq... İstədiklərini yedirdib, geydirməsək olmaz. Sonra evdən, ev həyatından nifrət edərlər. Kaş ki, onları evdə daha çox razı sala bilmək əlimizdən gəlsəydi !» deyərdi. İlk dava Xeyriyyə xanımla ortancıl qızı arasında oldu. Qızcığaz Leyla ilə Neclanın göz yaşlarına, hıçqırıqlarına xeyli dirənmişdi. Ağırbaşlı Fikrət səsküyün bu son dərəcəsində anasma gizligizli kömək edirdi. Sonra yaşh qadın artıq bezib yorğun düşmüşdü. İki yetişmiş övladın gecəligündüzlü ağladığını görmək dozüləcək bir şeymiydi? Xeyriyyə xanım Leyla və Neclanın paltarları üçün evin məsarifini azAltınağa başladı. Nəhayət, yavaş-yavaş hesabını qarışdırdı. Bu dəfə də Fikrət anasını danladı: «Onları razı salmaq üçün bizi ehtiyac içində qıvrandırmağa, evi fəlakətə aparmağa haqqın yoxdu, ay ana!...» deməyə başladı. Xeyriyyə xanım özünü müdəfiə etməyə məcbur oldu: «Onların da haqqı var... Hamının qızları kimi onlar da geyinmək istəyirlər, bəzənmək istəyirlər...» dedi. Fikrət o vaxta qədər balaca bacılarını öz uşağı kimi görürdü. Bu onda atasının təsiri ilə yaranırmış bir duyğu idi. Ancaq ən çox da anası Leyla ilə Neclanı bu cür qoruyanda Fikrət dözə bilmədi: -Yaxşı bəs biz? Biz insan övladı deyilik, ay ana? Yaxşı mən özümü heç dəməyim... Ayşəyə günah deyil? deyə üsyan etdi. O vaxta qədər olan qaşqabaqlar, özündən çıxmaqlar, ayılıb-bayılmalar, səssiz göz yaşlarıyla davam edən davadalaşlar, beləcə meydana çıxdı. Qruplara ayrıldılar. Qarşılıqlı atışmalar başladı. Bir yanda Leyla, Necla, Xeyriyyə xanım, o bir tərəfdə isə Fikrətlə Ayşə vardı. Ancaq iki tərəfin gücləri bərabər deyildi. Ayşə çox balaca olduğu üçün Fikrət tək qalmış sayılırdı. Gənc qız Şevkət ilə Əlirza bəyi öz tərəfinə çəkməyi fikirləşirdi. Şevkət bacısına uzunuzadı qulaq asdıqdan sonra: -Bu işlərə məni qarışdırmaq doğru olmaz. Fikrət, dedi, evə bir az faydam olduğu üçün elə bilərlər ki, onlara qarşı gəlirəm, qəlbləri qırılar. Ancaq gələcəyimiz üçün bir təhlükə görsəm, mən də müdaxilə edərəm. Əlirza bəy isə, onun artıq evində get-gedə sayılmamağa başladığını açıqca görürdü. Bu davaya qarışmaq uşaqlarla boş yerə üz-göz olmaqdan başqa bir nəticə verməyəcəkdi. Hələlik, "ata" deyə halını xəbər alırlar. Onda heç bunu da etməyəcəklər və yazıq kişi bunu görüb daha da üzüləcəkdi. Ona görə də Əlirza bəy evdə səslərin yüksəlməyə başladığını eşidəndə ya otağına çəkilir, ya da mətbəxin qapısından küçəyə qaçırdı. 15

XIII fəsil Yaşlı atanın heç bir şeydən xəbəri yoxdu. Ancaq uşaqlarını əvvəlki vaxtlardan daha çox görür və anlayırdı. Ağır bir xəstəlik bədəndəki başqa gizli ağrıları necə ortaya çıxarırsa, bu böhran da onların əskik tərəflərini eləcə meydana çıxarırdı. Fikrət də, o biri qızları da onun təsəvvür etdiyindən nə qədər də fərqliymiş. Dava-dalaşların mövzusu yavaşyavaş dəyişməyə başlamışdı. Leyla ilə Necla əsl istədikləri şeyi açıq-açıq deyirdilər: hansı haqla onları evə həbs ediblər? Hamının qızları istədikləri yerdə, istədikləri adamlarla gəzib, əylənəndə onlar nəyə görə bu cəhənnəmdə əzab çəkirdilər? Evin adı artıq cəhənnəm olmuşdu. Onlar da gənc deyildimi? Camaat içinə çıxmaq, əsilzadələrlə yaxınlıq edib, onların arasına qarışmaq, rəqs etmək istəməzdilərmi? Gənclikləri keçib gedirdi. Bu gedişlə axırları nə olcaqdı? Ataları onlar üçün nə hazırlamışdı? Ev dəlik-deşik bir gəmi kimi gündən-günə batırdı. Belə vaxtlarda niyə hamıya başının çarəsinə baxmaq haqqı verilmirdi? Onlara olunan təzyiqdən azad olma vaxtı gəlib çatmışdı. Öz başlarına buraxılsa bəlkə də yaxşı bir ər tapıb, canlarını qurtarardılar. Belə bir zamanda kimin qapısmı döyüb “ərə gedəsi qızınız varmı?” deyə soruşurdular. Əlirza bəydəki «Fikrəti səhv tərbiyə etmişəm» fıkri də artıq dəyişmişdi. Hər şey kimi uşaqların tərbiyəsinə verilən zəhmət də boş bir həvəs və səydi. Qanlarında, mayas;nda nə varsa vaxtı gələndə ortaya çıxır və heç bir güc onu dəyişdirə bilməzdi. Yaşlı atanın bu düşüncəsinə baxmayaraq, bəzi sakit və ümid verən vaxtlarında Necla ilə Leylanı yanına çağırıb, bütün ona əzab verən fikirləri onlara danışmağa başlayırdı. Ah bu uşaqlara bir az özünü ifadə edə bilsəydi! Heyf ki, buna nail ola bilmirdi. Nə qədər bağırsa da, səsini onlara eşitdirə bilməyəcəkdi. Əli ilə toxuna biləcəyi qədər yaxın olan bu başlar ona ulduzlardan daha uzaq, yad aləmdilər. Əlirza bəy belə vaxtlarda qızlarını qurbanlıq qoyun kimi görür, ürəyi qan ağlayırdı.

XIV fəsil Cəhənnəm!... İlk dəfə Leyla ilə Neclanın dediyi bu söz ağızlara düşmüşdü. Evdə indi balaca Ayşəyə qədər hamı evə «Cəhənnəm» deyirdi. Ancaq bu cəhənnəmdə hər gün yarım saatlıq bir atəşkəs olurdu: axşam yeməkləri... Yarım saat əsnasında boğuşmalar, göz yaşları durur, yemək otağında keçmiş zamanlardakı kimi bir sükut olur və xoş söhbətlər edilərdi. Bu möcüzənin səbəbi Şevkətdi. Nədənsə bütün ailə hələ onu çox istəyir və sayırdı. Bu onun davalara qarışmadığı üçündü. Ya da onlar üçün sabahdanaxşama qədər əlləşibvuruşduğu üçün yazıqları gəlirdi. O süfrəyə oturanda bütün üzlərin ifadəsi dəyişir, yemək yeyilib bitənə qədər hamı bir-biri ilə mehriban danışırdı. Ancaq yaxın zamandan bəri Şevkətdə də dəyişikliklər başlamışdı. Əvvəlki kimi üzü gülər, canlı deyildi. Süfrə arxasında əvvəlki kimi gülüb-danışmır, bəzən də əlini çənəsinə söykəyib fıkrə gedirdi. Əlirza bəy onun bənzindəki soluqluğunu, gözlərinin altındakı kölgənin əvvəlcə qaranlıqdan və çırağm zəif yanan işığından olduğu sanırmış dı. Ancaq oğlanın danışıq tərzi də dəyişmişdi. Həmişəki kimi canlı, şövqlü, həyəcanlı səsi ilə ümid verici şeylər deyən oğlu, indi birdən-birə yorğun görünür və səbəbsiz yerə bədbinləşirdi. Görəsən, oğlu çoxmu yorulurdu? Bir neçə dəfə bunu arvadından soruşmaq istədi, amma cəsarət edə bilmədi. Xeyriyyə xanımın yanına yaxmlaşmaq olmurdu. Ərinin narahathğını hiss etsə, acığma qıcıqlandırıcı bir şey deyər, onu əməlli-başlı təşvişə düşürərdi. Ancaq Xeyriyyə xanım ondan qabaq bu söhbəti açdı. Bir qış gecəsi Əlirza bəy əlində bir kitabla manqal başında mürgüləyirdi. Xeyriyyə xanım qapını aralayıb: -Hələ yatmayıbsan? deyə soruşdu; sonra içəri girdi. Riyakar bir ifadə ilə: -Otaq çox soyuqdu üşümürsən? dedi. Manqalı eşələyib, külək girən bir pəncərə aralığına kağız tıxadı. Sonra Əlirza bəyin paltarındakı sökükləri gördü: -Onu bir çıxart tikim... dedi. Ancaq ərinin paltarı verib mayka ilə qaldığını görəndə üşüməsindən qorxdu, döşəyin üstündəki yorğanı çəkərək çiyinlərini örtdü. Əlirza bəy bu hərəkətləri xeyrə yozmadı. Arvadının bu gecəki bic-bic ətrafında gəzişməyi, hər zamankı sərtliyin, tərsliyin yerinə yaltaqlanırcasına şirin-şirin davranması boş yerə deyildi. Ağlına vaxtı ilə evdə saxladıqları xidmətçilər gəldi. Xeyriyyə xanım bu qadınları daim danlayar, incidərdi. Bir gecə anidən hərəkətləri dəyişirdi. Bir yumşaqlıq, gözəl, ürəkaçan sözlər... O gecə xidmətçiyə hörmətli qonağa davranıldığı kimi münasibət göstərirdi. Həqiqətən də elə idi... Çünki ertəsi gün boxçasını əlinə 16

verib evdən qovacaqdı. Əlirza bəy elə başa düşürdü ki, bu gecə ondan böyük bir fadəkarlıq istəniləcək. Yaşlı qadın iki dəqiqə tikişlə məşğul olduqdan sonra: -Əlirza bəy, səninlə danışmaq istədiyim çox vacib bir məsələ var. Ağlım başımda deyil. İndi Şevkətin otağından gəlirəm. Xeyli söhbət elədik. Yaşlı adam əməliyyat masasına uzanan bir xəstə kimi təəccüblə sonunnə olacağını gözləyirdi. Arvadı sanki ona daha çox əziyyət vermək üçün uzunuzadı bir müqəddimədən sonra: -Oğlumuz bir qadını sevir, onunla mütləq evlənmək istəyir, dedi. Şevkət çox cavandı. İnsanların dünyada sevməkdən daha vacib və ciddi bir şeyi olmayacağına inandığı bir yaşda idi. Əlirza bəy bunu çox yaxşı bildiyi halda, arvadına inanmadı. Onun düşüncəsinə görə sevgi malı, pulu olan, işi-gücü yolunda gedən bəzi insanların bilə-bilə başlarına satın aldıqlan bir dərddi. Şevkət kimi işi başından aşmiş, ağır və ağıllı bir uşaq belə bir dəliliyi necə edə bilərdi? Əlirza bəy xeyli fikiriəşəndən sonra boynunu bükdü: -Madam ki elədir, evlənsin, nə edək? dedi. Haqqıdır... Heç kimdən zorla fədakarlıq istənilməz... Xeyriyyə xamın onun sözlərini təsdiq etdi: -Düzdür, dedi, ancaq bir şey var ki, məni bu məsələ bir az fıkrə salıb... Bilmirəm sən nə deyəcəksən? -Bundan başqa da nəsə varmı? Nəyə tərəddüd edirsən? Desənə... -Yaşlı adamsan, çox narahat etməkdən qorxuram. Əlirza bəy titrəməyə başladı. Arvadı onu birdən-birə daha çox həyəcanlandırmaqdan qorxurdu. O Xeyriyyə xanım ki, neçə vaxtdı onu hər yolla incitməkdən zövq alırdı. Demək ki, təsəvvür edilməyəcək qədər təhlükəli və qorxunc bir şey eşidəcəkdi. Yaşlı adam təlaşını gizləməyə çalışaraq: -Çəkinmə , söylə, dedi, mən artıq hər şeyə öyrəşmişəm. Qadın tikişini bitirmişdi; manqal başına, ərinin qarşısına çöməldi; maşa ilə külləri eşələyə-eşələyə dedi: -Şevkət bankda katibələrin biri ilə sevişirmiş... bu da ərli bir qadınmış ... Bir müddət gizli-gizli orda, burda görüşüblər. Nəhayət, işin üstü açılıb... Qadının əri onu evdən qovub... İndi də utandığından banka gələ bilmirmiş... Şevkətlə evlənməsə intihar edəcək, deyir. Əlirza bəy arvadının gözlədiyi kimi çırpmınmadı. Əksinə, halında, baxışlarında dərin bir sükunət vardı. Acıacı gülümsəyərək: -Şevkət bu qadınlamı evlənmək istəyir? dedi. -Sən razı olsan, evlənəcək. İki can xilas eləyəcəksən... -Şevkət daha böyük oğlandır... Necə istəsə, elə də hərəkət edər. Mən öz adıma bu evliliyə razı olmaram... -Nə deyirsən, Əlirza bəy. -Kişi kimi bir söz deyirəm, ay xanım... Oğlum belə bir şey eləsə onu ölmüş bilərəm. Bir övladım vardı; Allah əlimdən aldı, deyərəm, bağrıma daş basaram... Təəssüf ki, məncə bundan başqa əlimdən.... Xeyriyyə xanım ərini tanıyırdı. O, bu məsələdə nə desə də, ərini fikrindən döndərə bilməyəcəkdi. Ona görə də oturduğu yerdə səssiz-sədasız ağlamağa başladı. Əlirza bəy eyni sükunətlə: -Əbəs yerə ağlayırsan, xanım, dedi. Yenə də deyirəm: mən belə bir qadını evimə girməyə qoymaram. Şevkət mənə qulaq asmasa: «bu evə mən baxıram... sənin söz deməyə nə haqqın var?» desə, vəziyyət dəyişər. Mən bir daha heç birinizlə üz-üzə gəlməmək şərti ilə başımı götürüb, gedərəm. Bu dediklərimi oğluma da təkrar edərsən. Sənə yazığım gəlir. Ancaq nə çarə ki, mənim başqa cür hərəkət etməyə imkanım yoxdu. Xeyriyyə xanım ağlayaraq otaqdan çıxdı. Əlirza bəy o gecə yata bilməyəcəyini bildiyi üçün yatağa girmədi. Yorğanına bürünüb sabaha qədər boş manqalı qarışdıra-qarışdıra fikirlərə qərq oldu.

XV fəsil Evdə hamı yenidən iki tərəfə bölünmüşdü. Fikrət bu nikahın şiddətlə əleyhinə idi. Birincisi, gəlin kimi evlərinə girən qadın başına min cür əhvalat gəlmiş, şübhəli bir qadındı. Sonra, evdəki kasıblıq və pul azlığı da əməlli-başlı artacaqdı. Leyla ilə Necla isə Şevkətin evlənməyini dəlicə istəyirdilər. Nə olursa-olsun bu qadınla bərabər evə bir az yenilik və əyləncə gələcəkdi. Atası kimi köhnə fikirli adamı Şevkət bəlkə arvadının təsiri ilə dəyişəcəkdi. İki tərəf arasında şiddətli bir çarpışma başlamışdı. Əlirza bəy bu məsələdə bir qranit kimi sərt dururdu. Bundan başqa da Fikrət onunla ummadığı dərəcədə güclü bir silah yoldaşı olmuşdu. Ancaq Xeyriyyə xanım ərini məğlub edəcəyinə ümidini itirmir, açıq-açıq hücum etməklə bərabər, gizli mübarizələrlə onu yavaş-yavaş yolundan döndərmək üçün əlləşirdi. Madam ki, pul və güc onlarda idi, gec-tez bu 17

yaşlı adamın inadını qıracaqdılar. Ancaq bir şey vardı: «Şevkət çox yumşaq hərəkət edirdi. Ah, atasına bir az qarşı gələ bilsəydi. Heyf ki, o yaşda oğlanın gizli-gizli ağlamaqdan və hər gün bir az daha saralıb-solmaqdan başqa əlindən heç bir şey gəlmirdi. Görünüşdə ata ilə oğul arasında heç bir şey dəyişməmişdi. Şevkət atasına hər zamankından daha hörmətlə yanaşır, necə olursa-olsun, onu incitməyəcəyini davranışları və sözləri ilə ifadə edirdi. Xeyriyyə xanım bəzən oğluna: -Şevkət, atanın sözündən çıxmağına mən də razı olmaram, amma heç olmasa bir az qaşqabaq elə, deyə ağıl verirdi. - Bu adamı necə başa düşdüyümü və çox istədiyimi bilirsənmi, ay ana? Xətrinə dəyməsin... səni də çox istəyirəm. Ancaq onun sevgisi tamamən başqa, sanki ibadət kimi bir şeydi, deyirdi. Xeyriyyə xanım ərini əvvəlcə Şevkətə qarşı bəslədiyi böyük sevgidən istifadə edib yumşaltmağa çalışdı. Bu evlilik olmasa oğullarının ya öləcəyini, ya da intihar edəcəyini təsvirlərlə deyirdi. Onsuz da əsəbləri gərilmiş olan ata, oğlunun ölüm döşəyində yatdığını görür, əllərini gözlərini örtüb hönkürə-hönkürə ağlayır, ancaq sonunda heç sarsılmadan bir qənaətlə ölümünün bu evlilikdən daha xeyirli olacağını deyirdi. Şevkətin həddən artıq məyus göründüyü bir gecə ər-arvad arasında qorxunc bir hadisə baş verdi. Xeyriyyə xanım şiddətli bir əsəb krizi içində qıvranmağa: «Göz görə-görə uşağı sənə öldürtmərəm!» deyib fəryad etməyə başladı. -Yaxşı, üzülmə... Şevkət istədiyini eləsin. Məni fikirləşməyin. Mən aranızdan çəkilərəm. Bir də adımı da eşitməzsiniz... dedi. Qadın onun yaxasına sarılıb daha yüksəkdən bağırmağa başladı: -Bu sözü hansı üzlə deyirsən? Böyük bir ailəni, bir sürü uşağı aciz bir qadının üstünə yıxıb qaçmağın çalıbçapmaqdan fərqi nədir? Bu hadisədən sonra Xeyriyyə xanım başa düşdü ki, bütün bu şiddət əbəsdir. Bir az da güclü bir həyəcan bu yaşlı adamı öldürə bilər, ancaq fıkrindən döndərə bilməz. Onda siyasətini dəyişdirməyə qərar verdi. Madam ki, əri bu evliliyi namussuzluq kimi qələmə verir, o halda ona qadını bu vəziyyətdə tərk etməyin özü elə böyük namussuzluq olduğunu isbat etməli idi. Xeyriyyə xanım bir müddət də ona bu cür hücum etdi: -Oğlum bir ailənin namusunu məhv etdi, yazıq bir qadının küçələrə düşməyinə səbəb oldu. Canı canla ölç! O yazıq da sənin Fikrət kimi, Leyla ilə Necla kimi təcrübəsiz bir uşaqdır... Allah sonra bunu öz övladlarırınzm başına gətirər. Bu qadının namusunu təmizləmək oğlunun boynunun borcudur. Əlirza bəy əslində bir müddət bu məntiqə fikir verməmiş kimi göründü. Ancaq bu sarsılmaz görünən qayanın altında bəzi çöküntülər əmələ gəlmişdi. Bir gün birdən-birə arvadını çağırdı, fağır-fağır: -Xanım, mən uzun-uzadı fıkirləşdim-dedi. Oğlumuzun bu qadını üzüüstə qoyub tərk etməyi doğru olmayacaq. Mənim adımdan get Şevkətə de ki, istədiyi qadını qəbul etməyə, ona öz qızımız kimi qollarımızı açmağa hazırıq.

XVI fəsil Toy günü... Ev başdan-aşağı aydınlıq içində idi... Qapılar, pəncərələr, açılmış. Hər dəqiqə caz musiqisi səslənirdi. O susanda da nəşəli, qəhqəhələr, hayqırışlar... Küçədə güclü bir işığın ətrafina yığışan gecə böcəklərinin qaynaşmasına bənzəyən bir gizli həyat var. Ta uzaqlardan çalğıya və işığa doğru axıb gələn insan axını. Qadınlar, kişilər, uşaqlar. Bunların bir hissəsi toy evinin şənliyini küçədən tamaşa edir; bir hissəsi də içəridəki tünlükdən sonuna qədər açılmış qapılardan cəsarət alaraq yavaş-yavaş bağçaya yayılırdı. Əlirza bəyin həvəslə, zəhmətlə yetişdirdiyi çiçək ləklərinin kənarında otururdu. Əlirza yavaşca arxadakı mətbəx qapısından qaçıb, dörd-beş yüz addım uzaqlıqdakı bir təpəyə çıxdı. Böyük bir qayanın kənarında oturdu, əllərini gicgahlarına dirədi. Bu vəziyyətdə o, evinin yandığına uzaqdan baxan bir yazığa oxşayırdı. Artıq yüzdə bir ümid qalmamışdı. Bağlarbaşındakı uçuq ev, qaranlıq pəncərəsilə, bağlı qapıları ilə çöldəki fırtınanın gündən-günə artan çətinliyinə uzun illər boyunca dözmüşdü! Bu əbəs yerə dözümlər, boşboşuna edilən müqavimətlər, nə göz yaşları ilə, nə məlırumiyyətlərlə nəticələnmişdi. İndi bu gün, bərk külək əsişinə bənzəyən bir güc bir anda qapıları divara dirəyir, yaşlı atanın bütün qorxduğu varlıqlar evi birdən-birə bürüyür. Bəli, artıq heç ümid qalmamışdı. Şevkətlə bərabər ev ən güclü silahdaşını itirir, dünyada yapyalnız qalırdı. Əlirza bəy neçə həftə idi ki, üstünə ağırlıq çökmüş bir vəziyyətdə qalmışdı. Ancaq hər şeyin bitdiyi bu gecədə ayıq başla fıkirləşməyə və gördüklərini xatırlamağa vaxt tapırdı. Toyun söhbəti ortaya çıxanda hamı, hətta 18

ağırbaşlı Fikrət də paltar alın deyə üstünə düşmüşdülər. Arvadından kömək uma bilmirdi. Şevkətdən də xeyir yoxdu. Yazıq uşağın başında bir aləm iş vardı. Əlirza bəy bir müddət əlləşib-vuruşmaqdan çaşıb qalıb, uşaqlarının hamısına ayrı-ayılıqda başa salmağa çalışmışdı ki, bu toy təsəvvür etdikləri kimi fəxr ediləsi bir toy deyil, keçmişdə baş vermiş fəlakətin təmiridir. Onların boyunlarına düşən bu ayıbı çal-çağırla aləmə elan etməkdən çox olduqca səssiz-sədasız ötüşdürməkdi. Belə olmasa da, hansı pulla paltar alıb, toy edəcəkdilər? Əldə-ovucda bir şey qalmamışdı. Borc almaq istəsələr əməlli-başlı batacaq, bir neçə ay sonra ac qalıb, elaləmə biabır olacaqdılar. Yaşlı adam bir gün özünü elə itirmişdi ki, artıq on bir yaşındakı Ayşəni yanında oturdub, saatlarca pul haqqhesabı eləyib, baqqalın borc dəftərlərini, borc sənədlərini göstərmişdi. Ancaq artıq uşaqlar adi hörməti də aradan qaldırmışdılar. İndi onların hər biri balaca Xeyriyyə xanım olmuşdular. Acıqları tutanda eyniylə analarının üzlərinə bənzəyən üzlərlə qışqıraraq: «Bir düzlük, doğruluqdu deyib durursan. Bizi heç fıkirləşmədin. Dilənçi uşaqlarından betər olduq. Hamı uşaqlarının bir dediyini iki eləməyəndə, sən bizə qardaşımızın toyunda ortalıqda bir xidmətçi kimi gəzməyə necə rəva görürsən?» Əlirza bəy filosof kimi bir adam idi. Hər insanın başına hər şeyin gələ biləcəyini bilirdi. Ancaq doğruluq və namusunun bir gün uşaqlan tərəfındəu bir böyük ayıb, bağışlanmaz bir qəbahət kimi başına qaxılacağını heç ağlına gətirməmişdi. Dərd sadəcə paltar dərdindən ibarət deyildi. Ev əşyası, demək olar ki, başdan-ayağa dəyişirdi. Köhnə, qırılmış mebəlləri, taxtlar, stollar, stullar satılır, əvəzinə yeniləri gəlir, bəzi otaqların divarları divar kağızları ilə yenilənirdi. Bunlar pul ilə olan şeylərdi. Əlirza bəy Şevkətin bütün bu xərcləri qarşılamaq üçün nələr etdiyini, nələr çəkdiyini fıkirləşmək də istəmirdi. Bir neçə dəfə, nə yolla olursa-olsun oğlu ilə danışmaq istəmişdi. Ancaq atası ilə gözgözə gəlməkdən çəkmən Şevkət məyus və günahkar bir ifadə ilə başını önə əymiş: «Bilirəm, ata, ancaq lazımdır» deyib qaçmışdı. Xeyriyyə xanım sandığında, səbətində nə varsa, ortaya çıxarıb, son qalan biriki almas qaşdaşını da satmışdı. Bütün bunlara baxmayaraq, evdə heç kim razı qalmır, hər axşam davadalaş olur, əlinə xərcləməyə pul keçən kimi Əlirza bəyi adam yerinə qoymayan Xeyriyyə xanım pulsuz qalanda: «Ay kişi, ailə başçısı deyilsən? Mən aciz bir qadınam... Əlimdən nə gəlir?.. Bir çarə tap...» deyə ərinin üstünə cumurdu. Məsələnin əsl xoşa gəlməyən tərəfı Əlirza bəyin gəlini Fərhundədən gözünün su içməməsi idi. Yaşlı adam onu ilk gördüyü günü yaddan çıxara bilmirdi. O namusu təmizləndiyi, yaxşı bir ailəyə qəbul edildiyi üçün sevincindən ağlayan xəcalətli və mütəvazi bir qadınla qarşılaşacağını güman etmişdi. Halbuki, əməlli-başlı yekəxana, özünü bir şey sanan, yüngül xasiyyətli, sırtıq, həyasız bir məxluq ilə qarşılaşdı. Oğlunun xoşbəxtliyi və ailənin şərəfi naminə bu qadına demək istədiyi bəzi sözlər vardı. Ancaq bir baxışda onun danışılası insan olmadığını görəndə bu fıkirdən vaz keçdi və artıq hadisələrin gedişini gözləməkdən başqa çarəsi olmadığını gördü. Caz musiqisi davamlı çalır, iki gün əvvəl dəmirləri sökülmüş pəncərələrin arxasında bir yığın adamın mütəmadiyən hoppanıb-düşdüyü görünürdü. Əlirza bəy Xeyriyyə xanımı fikirləşirdi. O indi yəqin ki, aşağıda, zəif yanan çırağın işığında, kirli qabqacaq yığınlarının arasında didinir, sərxoşlara məzə, çərəz hazırlayırdı. Əlirza bəy ən çətin anında onu tək qoyan bu qadından çoxdandı küsmüşdü. Amma buna baxmayaraq bu gecə ona yazığı gəlirdi. Bu zəif qadın, bu beş uşağı böyüdüb boyabaşa çatdırana qədər nələr çəkmişdi? Vəzifəsini yerinə yetirmiş biri kimi sakitcə bir yerdə dincələcəyi, oturacağı bir vaxtda aqibətinin belə olmağı, bu cür mətbəx künclərində didinibdurınağı, hər gün bir sıxıntı içində özünü hədər etməyi çox üzücüydü. Bu olanlar yəqin ki, ona da xoş gəlmirdi, gəlməzdi də... Ömrünü dörd divar arasında keçirmiş, uşaqlarından başqa insan üzü görməmiş təmiz bir ev qadını birdən-birə dəyişə bilməzdi. Bu dəyişikliyin səbəbini bəlkə də onun bu uşaqlarına qarşı olan sevgisində axtarmaq lazımdı. Axı o çox saf və düşüncəsi dayaz bir qadındı. Gələcəyi görə bilməyən, ancaq hissləri ilə, uşaqlarının nə bahasına olursa-olsun ağlamalarının qarşısını almaq istəyən analıq hissləri ilə hərəkət etmişdi. İyrəndiyi bir çox şeyə sırf uşaqları istədiyi və onların ürəyini açmaq üçün dözür, neçə illik ərini incitməkdən çəkinmirdi. Bəli, ikisi də uşaqlarını eyni dərəcədə sevirdilər. Ancaq heyf ki, sevgiləri fərqli idi. Əlirza bəy Şevkətdən bir az incimişdi. Ancaq bu gecə onu da bağışlayır və uşağa həddən artıq yazığı gəlirdi. O gün bir neçə dəfə qarşılaşmişdı. Çox zənn ilə baxmamışdı, amma oğlunu çox məyus və təəccüblu görmüşdü. Yaraşıqlı və ağıllı başı qara bəy paltarının üstündə sanki bir şam kimi rəngsizdi. Bir ara tənha bir yerdə Əlirza bəyə yaxınlaşıb, «Ata, bir az mənə qulaq asa bilərsənmi?» demişdi. Ancaq birdən-birə gözü yaşarmış və yuxarıdan birinin «Şevkət... Şevkət...» deyə onu çağırmağını bəhanə edib qaçmışdı. 19

XVII fəsil Leyla ilə Neclanın düşündükləri gərçək çıxmışdı. Qardaşının arvadı çəkinməyən, cəsur bir qadındı. Elə toy günü onlarla söhbət edərkən ətrafı qoxlamış kimi: -Bu evdə türbə qoxusu var, demişdi, mənim fıkrimcə pəncərələri, qapıları açmaq, bir az otağın havasını dəyişdirmək lazımdı. Bilmirəm bəlkə siz öyrəşdiyiniz üçün bir şey hiss etmirsiniz. Qızlar ən məşhur kino ulduzunu qısqandıracaq qədər kədərli və gözəl hərəkətləri ilə başlarını qaldırmışdılar. Bir şey hiss etmirdilər? Siz bir də bunu onların daxilindən xəbər alın. Yazıq uşaqlar havasız qalmış bir butulkanın içindəki quşlar kimi sanki nəfəssizlikdən can verirdilər. Ancaq əllərində nə vardı? Ataları köhnə fikirli bir yaşlı, anaları aciz bir qadındı. Böyük bacıları Fikrət ağırbaşlılığından əl çəkmirdi. İyirmi yaşında bir cavan qız olmağına baxmayaraq köhnə fikirlilikdə atasından betər idi. Şevkət isə... nədənsə bu günə kimi o da çox yenilik və əyləncə tərəfdarı deyildi. İnşallah gəlinlərinin sayəsində o da bir az açılışar, öz yaşındakı «zəmanə gəncləri»nə bənzəyərdi. Ancaq o yazığın əlindən də ağlamaqdan başqa bir şey gəlmirdi. Baldızlarına elə ilk gündən bu cür arxayınlıqla açılıbsaçılmaları, yaşlı gözləıiə sanki ondan imdat diləmələri, Fərhundənin ürəyini sızlatmışdı. Gənc qadın Leyla ilə Neclanın saçlarını sığallayaraq: -Vay yazıqlar! dedi; bu gözəl gözləri bu cür ağlatmağa necə dözürlər? Siz heç narahat olmayın. İndi artıq üç nəfər olduq. Nə yolla olursaolsun dərdimizi başa salarıq. Fərhundənin «üç nəfər olduq» deməyi öz məziyyətlərini qəsdən gözə çarpdırınamaq idi. Əslində o, bu gündən etibarən evin diktatoru özü olduğunu çox yaxşı bilirdi. Bu cavan qadın ağıllı olduğu qədər də hiyləgər və cəsurdu. Bir neçə gündə evi idarə etməyi öz əlinə aldı və evə yalnız özü hökm etməyə başladı. Evin içində onsuz da bir kölgə kimi gəzən Əlirza bəy tamamən yoxa çəkildi. Sabahları erkəndən küçəyə çıxır, bütün gününü təkcə çöldəbayırda gəzməklə, ya da çayxanada oturmaqla keçirirdi. Fikrətin atası ilə arası soyumuşdu. Gənc qız heç cür gəlinləri və bacıları ilə razılaşmaq istəmir, bütün gün vəhşi bir inadla otağından çölə çıxmırdı. Onun fıkrincə bütün bu olan şeylərin məsuliyyəti Əlirza bəyə aiddi. O ailə başçılığında laqeydlik etməsəydi, evini güclü bir kişiyə yaraşan şəkildə mətanətlə idarə etsəydi, sözü yerə düşərdimi? Gənc qız düşündüklərini Əlirza bəyə deməkdən də çəkinınirdi. Bəzən yalnız qaldıqlarında atasını acıacı iynələyir: «Mənim üçün fərqi yoxdu. Mən artıq həyatı qırılmış bir qızam. Ancaq Ayşəyə yazığım gəlir... Uşaq bunların arasında əxlaqsız olacaq.» deyə yaşlı adamı əməlli-başlı əsəbiləşdirirdi. Əlirza bəyə görə Fikrət tamamən haqsız deyildi. Bu işlərə bir az da o səbəb olmuşdu. İki böyük qəbahəti vardı: Əvvəla zəif bir adam idi. Sonra da pulsuzdu ki, bu da hər halda daha bağışlanınaz bir cinayətdi. Yaşlı adam «Altın Yarpaq Anonim Şirkəti»ndən ayrıldığı vaxt arvadının dediyi sözlərə indi haqq verirdi: Şirkətdən ayrıldığın yaxşımı oldu? Başqalarının əxlaqsızlığından sənə nə var? Heç olmasa bir tək sən ləkələnər, uşaqları bu təhlükədən xilas etmiş olardın. Əlirza bəy bir axşam arvadına yalvararaq paltarlarını ütülətdi. Əvvəldər olduğu kimi səliqə ilə geyindi. Arvadı bu bəzənmə yin səbəbini öyrənmək istədi; o: -Heç. Köhnə bir dostumun ziyarətinə gedəcəyəm... deyə üstüörtülü bir cavab verdi. Məqsədi «Altın Yarpaq Anonim Şirkəti»nin müdiri Müzəffər bəydən kefini soruşmaq bəhanəsi ilə gözə görünməkdi. Keçmiş tələbəsi ona iş verərdi. Əslində Müzəffərlə bir daha üz-üzə gəlməmək üçün özünə söz vermişdi. Ancaq bu keçmiş zamanlara və köhnə Əlirza bəyə aid bir qərardı. O öz oğlunun elədiyi səhvə də göz yumınuşdu; artıq tənqid etməyə, yüksək səslə doğruluqdan danışmaq gülünc bir şey olardı. Əlirza bəy əvvəlcə şirkətdəki yazı işlərmə baş çəkdi. Köhnə iş yoldaşlarından çoxunun dəyişdiyini gördü. Qalanlar da onu zorla tanıdılar. Yaşlı adam koridorlarda mümkün olduğu qədər ləngidikdən, divarlarda asılı elanları sətirsətir oxuduqdan sonra müdirin otağına tərəf getdi, nədənsə çox ayıb bir hərəkət eləmiş kimi əlləri titrəyir, heç cür qapmı döyüb içəri girməyə cəsarət edə bilmirdi. Bəlkə də güc yiğmaq üçün koridorda yenə gəzib, elanları yenidən oxuyacaqdı. Ancaq birdən qapı açıldı. Müzəffər bəy əlində dolu bir çanta ilə çölə çıxdı. -Vay müəllim... Sizsiniz? Nə var, nə yox? Yaxşısınız?... Gənc adam onu belə qəbahətli vəziyyətdə qapısının qabağında görəndə sanki heç təəccüblənmədi. Əlirza bəyin ürəyi birdən-birə sıxıldı: -Sağ olun, dedi, sizi görmək istədim... Bu gün bu tərəflərdə bir işim vardı... -Müzəffər bəy Əlirza bəyin sözünü kəsib: -Kefımi soruşmamış getmək istəmədiniz elə deyil? Təşəkkür edirəm... Necəsiniz? Maşallah çox dəyişiməyibsiniz. Oğlunuz necədir? Qızlarınız da yaxşıdır, elə deyil? Yəqin ki, böyüyüblər! 20

Müzəffər bəy danışılası şeyləri əlindən gəldiyi qədər tez-tələsik soruşmaq üçün dalbadal suallar verir, bir yandan da çantasını aralayaraq içindəki kağızları yoxlayırdı. Əlində bir şapka ilə gözləyən xidmətçiyə: -Oğlum, stolun üstündə möhürlü bir zərf var; onu mənə gətir...dedi. Sonra Əlirza bəyin əlini sıxıb: -Müəllim, bağışlayın! Təcili bir işə gedirəm, dedi, yolunuz düşsə və mənə baş çəksəniz sevinərəm... Sağ olun. Yaşlı adamı koridorda tək qoyub sürətlə pilləkənlərdən düşməyə başladı. Bu son ümid yeri də beləcə puç oldu.

XVIII fəsil Leyla ilə Necla artıq arzularına çatmışdılar. İllərdən bəri həsrətində olduqları müasir həyata nəhayət qovuşmuşdular. Əlirza bəyin Bağlarbaşındakı özü kimi köhnə və çürük evi sanki bu günə kimi olan məhrumiyyətinin qisasını almışcasına çılğın bir sevinc və şənliklə qalxıb-otururdu. Həftədə iki dəfə dostlar evə rəqsə dəvət edilir, həftədə ən az iki-üç dəfə başqalarının evinə gedilirdi. Aşağıda koridor ilə həyət qapısı arasındakı aynabənd sökülüb, dəlik-deşik divarlar sarı zərli bir kağızla örtülmüşdü. Qonaqlıq axşamları həyətdəki su çəni, koridordakı yemək stolu və daha başqa xırda əşyalar mətbəxə daşınır, yuxarıdan kilimlər, stullar, bəzəkli yastıqlar gətirilərək bir qonaqlıq üçün uyğun şərait yaradılırdı. Bu təlaşlar arasında çox vaxt axşam yeməyi hazırlamağa və yeməyə vaxt qalmırdı. Hamı qonaqlar üçün hazırlanan süfrədən biriki biskvit, bir sandviç alır, ayaqüstü teztələsik yeyərdi. Bir az sonra qonaqlar bir-bir gəlməyə başlayanda Xeyriyyə xanım tez qollarını çırmalayaraq mətbəxdəki qabları yumaq üçün yerinə keçir, Əlirza bəy aşağıdakı səs-küyü mümkün olduğu qədər az eşitmək üçün bir əlində kitab, o biri əlində şam ilə dama çıxardı. Qrammofon bütün gecə çalar, çılğın qəlıqəhələr, bu dəlicəsinə çıxan səslər arasında fasiləsiz rəqs edilir, elə ki, evin xarab tavanlarından bu silkələnmələr nəticəsində tozlar yağardı... Çox vaxt oturduğu yerdə sönən şamın qabağında yuxuya gedən Əlirza bəy gün ağaranda gözlərini açdığı zaman evi hələ də səsküy içində sarsılan bir vəziyyətdə görürdü. Ailənin qonaqlığa getdiyi günlərdə isə, o zaman da bitibtükənməyən hazırlıqlara görə axşam yeməyinə vaxt qalmazdı. Qızlar gəlinlə bərabər saatlarca sökük tikərlər, köhnə paltarlarından kəsib bəzəklər hazırlayır, bədənlərinin görünən yerlərini odekolonla silir, güzgünün qabağında artist kimi boyanırdılar. Böyüklü-kiçikli evin bütün əhlinə yoluxan vasvasılıq və xırçınlıq elə bil ki, Əlirza bəyə də keçmişdi. Yaşlı adam bəzən çox əsəbiləşir, bu biabırçılığa dözə bilmədiyini bağıra-bağıra deyirdi. O anda Xeyriyyə xanım harada olursa-olsun tez gəlib: -Əlirza bəy, dəli olmusan? Nə edək, indi belə olur... Qızlara ər tapmaq lazımdı... Evdə saxlanılan bir qızı bu zəmanədə heç kim axtarıb tapmır.. Bu elədiklərimizin hamısı onlara yaxşı bir qismət tapmaq üçündü... Uşaqlarına evlər, saraylarmı verdin? Qoy heç olmasa, yazıqlar özlərinə bir çarə eləsinlər... deyə ona qarşı gəlirdi. İlk baxışda Şevkət də elə bu fıkirdə idi: -Ata, həyat dəyişib. Əmin ol ki, bu əyləncələrdə fikirləşdiyin kimi təhlükəli bir şey yoxdu... İndi bütün dünyada hamı belədir. Nə edək? Zamənəyə ayaq uydurmalıyıq. Sən başqa bir dövrün adamı olduğun üçün bunların nə qədər təbii və zəruri olduğunu görmürsən. Əlirza bəy əvvəlcə məəttəl qaldı. Elə bil ki, oğlu da o biri uşaqları kimi dəyişib, pozulub. Ancaq bir az sonra başa düşdü ki, Şevkət elə eyni Şevkətdi. Onun fıkirlərində və duyğularında heç bir şey dəyişinəyib. Bu gedişdən o da mənınun deyildi. Nə bu həyat tərzini, nə evlərinə girib-çıxan insanları, o da bəyənınir, ancaq nə çarə ki, iş cığırından çıxmış və arvadına qarşı olan zəifliyinə görə, ya da daha başqa səbəblərdən necə olubsa bu qorxunc selə qapılmışdır. Bu özünü müdafıə etmək yalnız bu çarəsizliyə bir bəhanə idi. Oğlunun danışanda düşdüyü məyus və günahkar üz ifadəsi də elə bunu göstərmirdimi? Bəli, Şevkət yenə əvvəlki Şevkətdi. Bu olanlan nə indi, nə də heç bir zaman təbii və vacib olaraq görmürdü. Amma nə çarə ki, artıq ox yaydan çıxmışdı. Əlirza bəy bunu başa düşdükdən sonra oğluna daha çox yazığı gəlirdi. Oğlunun gündən-günə süzüldüyünü və əridiyini görürdü. Bu öldürücü əyləncə gecələrindən sonra çox vaxt gecə yatmadan səhər açılan kimi çantasını alaraq küçəyə çıxır, axşama kimi kim bilir haralarda, necə əlləşibvuruşub, hava qaranlıqlaşanda yoğunluqdan halsız vəziyyətdə evə qayıdırdı. Ancaq onun yorğandöşəyə düşəcək vəziyyətdə xəstə olduğunu heç kim görüb başa düşmür, arvadı ilə bir rahat yemək yeməyə imkan vermədən önlərmə qatıb yenə gecə əyləncələrmə getməyə məcbur edirdilər. Evin idarəsi hələ Xeyriyyə xanımda idi. Ancaq artıq o yazıq arvad da başını itirmişdi. Evdə su kimi pul xərclənirdi. Bu pul haradan gəlirdi? Şevkət 21

ölənə qədər əlləşib-vuruşsa da bu qorxunc xərci qarşılayacaq qədər pul qazana bilərdimi? Yoxsa uşaq borcamı batırdı?

XIX fəsil Toydan bir neçə ay keçmişdi. İlk vaxtlarda hesabsız-kitabsız su kimi gedən pulun mənbəyi qurumağa başladı. Bundan sonra da yenidən davadalaşlar mövsümü gəldi. Şevkətin böyük bir çətinlikdə olduğu görünürdü. Bəzi sabahları, evdən anasına bazarlıq pulu vermədən çıxır, bəzən də qapıya gələn borclu olduğu adamlara özünü dandırırdı. Evdəkilər yenidən bir-birmə düşmən kəsilmişdi. Bəzən Fərhundə əsəbiləşib hayqırır, bəzən Leyla ilə Necla intihar etmək istəyir, bəzən də Ayşə ağlayırdı. Ərindən başqa hamıyla çox mülayim davranan və yaxşı rəftar edən Xeyriyyə xanım isə bu davalarda həmişə ondanbuna qaçar, yalvararaq ara düzəltməyə çalışardı. Səfalət son həddə çatmışdı. Bəzən evdə ocağın yanmadığı, yeməyin bişmədiyi olurdu. Şkafında hər zaman gizli mürəbbələri, balıq konservləri olan Fərhundədən başqa hamı əlinə keçən zeytun, pendir, kolbasa ilə bir kənarda qarnını doydurur, çox soyuq havalarda üzsüz yorğanlara bürünürdülər. Belə olduğu halda qonaqlıq günləri yenə hər şey dəyişirdi. Bütün ev xalqı bir-birləri ilə barışır, üzləri gülür, əlbir olub fəaliyyətlərə başlayırdılar. Biri yemək stolunu daşıyıb otağı düzəldir, biri sökükləri tikir, o biri sökülmüş corabların dabanlarını tikir, biri paltar ütüləyir, Ayşə isə bir deşikaçanla rəngli çərpələng kağızlarından konfetti kəsirdi. Xeyriyyə xanım isə, yenə qollarım çərmələyib mətbəxə keçir, bayat baton çörəklərini yarıb pendir qırıntıları və margarin yağı ilə sandviçlər düzəldirdi. Yazıq qadın bu işdə artıq bir qazinodakı bufetçilər kimi təcrübələnmişdi. Bir qaşıq qara kürünü zeytunla və balıq bağırsağı ilə qarışdınb kürülər düzəldir, əvvəlki qonaqlıqlardan qalan içki artıqlarını çürük meyvələrlə qaynadıb likörlər düzəldirdi. Bir gün əvvəl əlbəyaxa olanlar bir gün sonra gülüb, əylənib bir-birlərinin dırnaqlarını boyayır, maqqaşla qaş alırlar, tikişlərini tikirlər. Əlirza bəyin başa düşmədiyi şeylərdən biri də ən acı səfalət içində qıvranan və birbirlərini yeyən bu insanların əyləncə vaxtı gələndə birdən-birə hər şeyi yaddan çıxarınalan, heç bir şey olmamış kimi gülübəylənməyə başlamaları idi. Deməli, uşaqları hissiz, mənliksiz, qaraçı kimi bir şey olmuşdular. Əlirza bəy bir şey demək istəyəndə cavab hazırdı: – Nə eləyək, kefimizdən deyil ki... Qızlara ər tapmaq lazımdı... Xeyriyyə xamın bu bəhanə ilə Əlirza bəyi qonaqların arasına çıxarmağa başladı: -Porsuq kimi yuxarıda gəzişmək yerinə insan içinə çıx. Evə gələn-gedənlərin arasında Leyla ilə Neclanı istəyənlər də var. Ataları deyilsən? Son sözü deyən sənsən. Bu adamlarla danış, təlimini, tərbiyəsini gör. Atalıq vəzifələrindən heç birini yerinə yetirmədin, heç olmasa bunu elə... Əlirza bəy bunu haqsrz görmürdü. Küsüb bir kənara çəkilmək vaxtı deyildi. Leyla ilə Necla nə qədər olmasa övladiarı idi. Madam ki evə gəlib-gedənlər arasında onlarla evlənmək istəyənlər var, onların arasından iki namuslu adam seçməliydi. Onsuz da uşaqlarınının göz görə-görə məhv olmasının qarşısını almaq üçün hələlik bundan başqa çarə yoxdu. Artıq qonaqlıq olan günlər o da səhnəyə çıxan bir aktyor kimi bir kənarda hazırlaşırdı. Ayaqqabılarını boyayır, şalvarının ətəyindən sallanan sapları qayçı ilə kəsir, köynəyinin yırtıq hissələrini qalstukunun altına salır, saçınısaqqalını darayırdı. Əlirza bəy əvvəllər vəzifəli günlərində işdəki ciddi üz ifadəsi ilə evə girəndə bər-bəzəkli, muncuqlu paltarlı qızları qollarını qanad kimi açıb yelləyərək qaçıb, şıltaq səslərlə: -Atacan... mənim gözəl atam, əziz atam deyə boynuna sarılaraq bir kresloya oturdub, ona biskvitlər, peçenyelər, pirojnalar gətirib zorla yedirtməyə çalışırdılar. Qonaqlara qarşı bu nə qədər də iyrənc bir saxtakarlıqdı. Əlirza bəy qızlarını bir az əvvəl səhnə arxasında itələdikləri yaşlı bir aktyoru, pərdə açılanda rol xatirinə öpüb qucaqlamağa başlayan teatrdakı qızlara oxşadır, həm onlardan, həm özündən iyrənirdi. Nə çarə ki, bir çox şeyə olduğu kimi buna da dözmək məcburiyyətində idi. Bu xoşbəxt ailə komediyasını oynamaqla qonaqlar arasından qızlarına bəlkə də bir ər ovlayacaqdı. Ancaq evinə gəlibgedənlərin arasında düzəməlli bir üzə rast gəlmirdi. İyirmi, iyirmi iki yaşında tərbiyəsiz, cahil, yekəxana məhəllə uşaqları... Bəzisi qumardan, bəzisi qadından, bəzisi ticari işlərindən, bəzisi isə ona qalan mirasdan insanı heyrətləndirəcək üzsüzlüklə danışan cürbəcür avaralar... Kokainci, sərxoş, iyrənc sifətləri... ancaq və ancaq saf qız uşaqlarını aldatmaq üçün ailələr içinə girmiş tülkülər... Əlirza bəy heç bir şeyi başa düşməmiş kimi bir kənarda oturduğuna baxmayaraq bunların içüzünü görür, qızları onlarla şit-şit zarafatlaşdıqca utancından ölürdü. Şevkətin belə məclislərdə hamıdan tamamən fərqli bir halı vardı. Bu yazıq uşağın həmişə əzab və işgəncə içində yaşadığı 22

ortada idi. Ancaq nə çarə ki, düşdüyü bu bataqlıqdan heç cür özünü xilas edə bilmirdi. Şevkət Əlirza bəyin qonaqların yanına gətirildiyinə heç cür dözə bilmirdi. Bəzən göz-gözə gəldikləri zaman: «Səni bu vəziyyətə mən saldım, bağışla!» deyən baxışlarla boynunu bükürdü. Gənc adam bir gecə bir bəhanə ilə atasını çölə çıxardı: «Ata, mənə yazığın gəlirsə bunların içində durma!» dedi və cavab gözləmədən qaçdı.

XX fəsil Evin üst mərtəbəsində bir otaqda tək yaşayan, yalnız bəzən dalaşmaq üçün çölə çıxan Fikrət bir gecə atasını yanına çağırdı. Söhbətə başlıq vermədən mövzuya başlayaraq: - Mən ərə gedirəm, ata, dedi. Əlirza bəy çaşdı qaldı. Ancaq çox üzə vermədi: - Eləmi, övladım? Allah xoşbəxt eləsin, dedi. - Səninlə məsləhətləşmədən belə bir qərar verdiyim üçün bəlkə də mənə acıqlanırsan... Əlirza bəy acı bir gülümsəmə ilə: -Acıqlanmaqmı? Niyə acıqlanım ki, qızım? Mənim buna haqqım yoxdur ki... dedi. Fikrət qaşlarını çatdı: - Bu sitəmli sözlərin doğru deyil, ata... -Sitəm deyil.... həqiqətləri deyirəm... Mən artıq pulsuz qaldım... Bütün haqlarım kimi atalıq haqlarımı da itirdim... Madam ki səni xoşbəxt etməyə gücüm yoxdu, nə istəyirsənsə onu eləmək də haqqındır. Fikrət əvvəlcə bir az sarsıldı, atasına yazığı gəldi. Ancaq üz ifadəsi yenidən sərtləşdi, ağıryana: - Açıq danışaq, ata, dedi. Bilirsən ki, mən elə ağılsız bir qız deyiləm. Anam kimi, bacı-qardaşım kimi "kasıb olduq, pulsuz qaldıq" deyə səndən incimək heç bir zaman ağlımdan keçmədi. Ancaq onlara qarşı olan gücsüzlüyü bağışlaya bilmədim, bağışlaya bilməyəcəm də. Şevkət pis uşaq deyil. Ancaq nə çarə ki, ixtiyarı o soysuz qadına verib. Leyla ilə Necla hərəkətlərini bilməyən iki çılğın... Anam qoyun kimi haraya çəksən oraya gedən yazığın biri. O qədər çırpındım, çırpındım: «Ata, gözünü aç. Bunlar evi böyük fəlakətə aparırlar» dedim. Fikir vermədin; yad adam kimi kənara çəkildin, yalnız küsüb, qaş-qabaq elədin... Sən kişi kimi hərəkət etsəydin, bütün bunlar olmazdı. Bəlkə üzüləcəksən, amma göz qabağında olan bir həqiqəti gizlətməyə ehtiyac yoxdu... Bu gediş pis hadisə ilə nəticələnəcək. Əməlli-başlı uçuruma gedirik... Baxdım ki, heç kimdən kömək gəlmir... Mən heç olmasa, canımı qurtarım, dedim. Ona görə «nəyə görə bu qız soruşmamış belə bir iş görüb?» deyə acığın tutsa, mənə haqsızlıq etmiş olarsan... Əlirza bəy bir sandığın kənarına oturub, əlini ağappaq ağarmış saçlarına uzadıb: - Haqlısan Fikrət, dedi, bütün bunların səbəbi mənəm, qızım... Ata-bala bir müddət üzüzə oturdular. Sonra Əlirza bəy suallar verməyə başladı: -Ərə getdiyin adam heç olmasa yaxşı adamdı, Fikrət? -Təhsin bəy adında əlli yaşlarında bir adam..... -Sənə görə çox yaşlı deyilmi? -Mənim kimi birinə hələ artıqdı da.. - Nə ilə məşğuldu? - Adabazarında bağı, bağçası var, maddi vəziyyəti yaxşıdır... - Səni orayamı aparacaq? - Elə ən çox da buna görə istəyirəm də... - Bu günə kimi heç evlənməyibmi? - Arvadı keçən il ölüb... Üç uşağı var... - Necə adamdı? - Pis deyil deyirlər. Şəxsən mən heç şəklini də görmək istəmədim. - Bəs bəyənməsən? - Məni bu cəhənnəmdən xilas edən kim olsa, qəbul etməyə razıyam. - Səni birinin vasitəsi ilə istədi? Fikrət əsəbi halda kinayəli gülərək: 23

- Bəs nə, uzaqdan mədhimizi eşidib: «Aman bu tapılmayan Hind ipəyini mənim əvəzimdən siz istəyin!» deyə elçi göndərmədi. Bu adam qonşumuz Neyyir xanımın qohumu imiş... Bu yaxınlarda İstanbula gəlib... «Arvadımın ölümündən sonra ev alt-üst oldu... Uşaqlara analıq etməyə razı olacaq bir qız tapsam, evlənəcəyəm... deyib. Heç fikirləşmədən: «Məni alsın!» dedim, məktub yazdılar, dünən cavab gəlib... İki həftəyə Adabazarına gedəcəyəm. Fikrət acıqla bunları danışdıqca Əlirza bəy kiçik yaşlarından bəri qurduğu xəyalları düşünürdü. Özünü tuta bilməyib: - Eh, yazıq qızım, dedi. Gənc qız sərt bir hərəkətlə başını qaldırıb, gözlərini vəhşi bir kinlə açıb: - Ata, sən o mərhəmətini o biri uşaqlarına saxlasan daha yaxşı olar, baxaq onların sonu nə olacaq? Dedi. Fikrət dediyi kimi iki həftə sonra Adabazarına getdi. Xeyriyyə xanım otaqları son dəfə altüst edib qızına üçbeş dənə nə isə cehizlik bir şey tapmaga çalışdı. Ancaq Fikrət bunları təlıqir edərək rədd etdi. Həm də ailəsindən heç kimə Adabazarına qədər onu yola salmağa razı olmadı... - Mən bu evdən bir xidmətçi kimi çıxıram.. Təmtərağa ehtiyac yoxdu, dedi. Evdən çıxanda bacıları və qardaşına «sağ ol» demədən getdi. Ağlayaraq boynuna sarılmaq istəyən anasını acıqla sinəsindən itələdi... Ancaq qatar hərəkətə başlayanda atasının gözlərindəki dilsiz və ümidsiz üzündən bir az insafa gəldi. Vaqonun pəncərəsindən əyilərək: - Üzülmə, ata, dedi. Çox dara düşsən mənim yanıma gəl, sənə öz uşağım kimi baxaram. Ağacın yarpaqlarından biri beləcə qopub getmiş oldu.

XXI fəsil Əlirza bəyin tək ümidi qalmışdı: Gec olmadan Leyla və Neclaya yaxşı bir qismət tapıb başından eləmək. Qızlara ər tapmaq bəhanəsi də olmayanda bəlkə bu biabırçılığa da son verilərdi. Əslində əsl pis işlərin səbəbinin gəlini Fərhundə olduğunu bilirdi, ancaq o, köməkçilərini əldən buraxıb tək qalanda iş bir az daha asanlaşardı. Yaşlı adam Şevkətə deyəcəyi sözləri indidən hazırlamışdı: "Oğlum... Mən səni yenə də əvvəlki kimi sevirəm... Ancaq artıq çürük kimi bir kənara atılmış bir qoca da olsam, mən bu ailənin başçısı sayılıram. Vəzifələrim hələ bitməyib. Bu olanlar belə davam edə bilməz. Sən hər şeyə baxmayaraq yaxşı və çalışqan adamsan; bir az cəhd etsən yəqin ki, arvadına istəklərini başa sala bilərsən. Əgər ona qarşı iradən zəifdirsə, ya da hər hansı bir səbəbdənsə bunu edə bilməyəcəksənsə, evlərimizi ayırarıq. Səndən daha bir şey istəmərəm. Bir neçə qəpik təqaüdümlə necə olsa da ananla Ayşəyə baxa bilərəm." Əlirza bəy bunu dedikdən sonra qonaqlıqlara, əyləncələrə bir nöqtə qoyacaq, qapısını təkrar örtə biləcəkdi. Arvadı ona qarşı çıxsa, onu da fəda etməyi beyninə yeritmişdi. Xeyriyyə xanım onun sözünə baxmasa yaşamaq üçün uşaqlarından birinin yanına gedə bilərdi. Başına gələn bu fəlakət Əlirza bəyin əlindən çox şeyi almaqla bərabər onda yeni xüsusiyyətlər əmələ gətirmişdi. O, daha cəsarətli və arsız olmuşdu. O artıq incə düşünən, günlərcə fıkirləşib üzülmədən ən xırda bir işə girişinəyə xəcalət çəkən, utancaq, qorxaq Babıali (Osmanlı) əfəndisi deyildi. Küçədə satıcılarla boğazlanışığı öyrəndiyi kimi, evində də uşaqları ilə dalaşmağa öyrəşmişdi... Əvvəllər bir məsələdə, bir işdə özünü haqlı görməsə qışqırıb-bağırmazdı. İndi bəzən səbəbsiz yerə bir məsələni bəhanə edib dəfələrlə hay-küy edir, uşaq kimi tərslik edib hamını danlayırdı. Bunda gündən-günə ağırlaşan səhhətinin də böyük bir payı vardı. Bəli, hadisələr Əlirza bəyi bambaşqa bir insana döndərmişdi. Lazım olanda haqqını və fıkirlərini müdafıə etməyi, əvvəlki kimi aciz qalmayacağını çox yaxşı bilirdi. Yetər ki, Allah o günləri göstərsin... Ancaq evə gəlibgedən, hər zaman qızlarının ətrafında gəzən oğlanlardan o iki «halal süd əmmiş» kürəkəni tapmaq heç də asan iş deyildi. Əlirza bəy çağrılmadığı, istənmədiyi vaxtlarda da qonaqların arasına qarışır, səhər-səhər əlində fənərlə küçədə adam axtaranlar kimi tərbiyəsinə güvəndiyi o iki xilaskarı axtarırdı. Gəlib-gedənlərin arasında sözü-söhbəti yerində görünən bir neçə oğlanı diqqətlə izlədi. Onlarla danışmağa bəhanə axtardı. Həyat tərzləri ilə bağlı araşdırmalar apardı. Ancaq nəticədə heç birindən heç cür gözü su içmədi. Bu insanların daxillərinin görkəmlərindən nə qədər fərqli olduğunu görmək üçün çox əlləşməyə ehtiyac yoxdu. Barmağınızın ucu ilə bir az toxundunuzmu, üstlərindəki zərlər yavaş-yavaş tökülür, altındakı iyrənclik və əxlaqsızlıq üzə çıxırdı. Əslində qızların da onlardan əskik qalan yanları yoxdu. Qızlar günlərcə analarının cırıq jaketi, onun mətbəxə əski olası cındır və bir işə yaramayan köhnə palto və jaketlərində gəzirlər, kirdən rəngi dəyişmiş paltarlarının sökülən, cırılan yerlərini tikməyə ərinib sancaqlayırlar. Ancaq qonaqlığa gedəndə isə bərbəzəkli ipək paltarları ilə kəpənəklərə dönür, başqa bir insan olurdular. Qonaqlıqlarda bülbül kimi ötən, ətrafa gözəl, könül oxşayan sözlər saçan ağızların, bir neçə saat əvvəl vağzal hambalları kimi dalaşan və söyüş söyən 24

ağızlar olduğuna inanmaq üçün min şahid lazımdı. Əlirza bəy bu sürü-sürü, növ-növ insanlar arasından axtardığı adamları tapa bilmədikdən sonra, onlardan "hansı olursa-olsun" deyib, buna da razı oldu. "Qızlar bu gedişlə ya bu arvadbazlardan birinin toruna düşəcəklər, ya da adları çıxacaq" deyirdi. O halda onları ərə vermək heç mümkün olmayacaq. Madam öz uşaqlarımın çox da fərli bir şey olmadığını bilirəm, o zaman çox incələməyə ehtiyac yoxdu. Onlarda gözəl xüsusiyyətlər axtarmaqdan əl çəkməli, bir evi dolandırmağı bacaran, pul qazanan hər hansı biri ilə qarşılaşanda fıkirləşməməli... Əlirza bəy bir gecə Leyla ilə evlənmək fıkrində olduğunu deyən bir dəllal ilə danışdı. Təhsin bəy (tərslikdən bunun da adı Təhsin idi!) adındakı bu adam qırx yaşlarında idi. Əvvəlcə iki dəfə evlənib, ikisində də xoşbəxt ola bilməmişdi. Halbuki o çox yaxşı bir adam idi. Arvadlarını razı salmaq üçün çox fədakarlıqlar edib. Ancaq bu nankor qadınlar onu çox incidiblər. Hələ üstəlik adını da ləkələyib qaçıblar. Təhsin bəy dəllalıqda həddən artıq pul qazanırdı. Hələ bəzi elə işləri vardı ki, onu məmləkətin sayseçmə varlıları arasında olduğunu deyirdilər. Əlirza bəy bu sözlərə inanmırdı. Bu yaxşılıq, fədakarlıq və varlılıq hekayələrinin arxasında kim bilir nələr vardı. Ancaq eşitdiklərinin heç olmasa yüzdə səkkizinin, doğru olma ehtimalı vardı. Bu Təhsin bəy o qədər də biabırçı, fırıldaq bir adam olmasa da, evini dolandıra biləcək qədər pul qazanırsa çox yaxşı bir kürəkən ola bilərdi. Ona görə də yaşlı kişi qonağına axıra kimi qulaq asmış, bütün dediklərinə inanırmış kimi davranmışdı. Ancaq ertəsi günü Xeyriyyə xanım süfrəni təmizləyəndə yerə düşmüş bir kağız tapmışdı. Bu Təhsin bəyə yazılmış bir dərzi məktubu idi ki, bir il əvvəl tikdirdiyi iki paltarın pulunu bu ay da verməsə, dərzi fırıldaqçılığına görə onu məhkəməyə verəcəkdi. Bu cür bir qismət də Neclaya çıxdı və bu məsələ də Əlirza bəyin səkkiz-on gün başını qatdı. Bu iyirmi səkkiz yaşlarında ağırbaşlı, aristokrat görkəmində bir oğlandı. Poçtda katibdi. Maaşı çox azdı. Ancaq Avropada ölən bir əmisindən miras qaldığını deyərək çox pul xərcləyirdi. İş ciddiləşəndə Şevkət araşdırıb gördü ki, bu cavan adamın əlindəki pul Avropada ölən əmisindən deyil, Hisarda yaşayan altmış yaşlı məşuqəsindən gəlirmiş.

XXII fəsil Əlirza bəy Leyla ilə Neclanı evləndirmək fikrini əməlli-başlı beyninə yerləşdirmişdi. Əvvəllər qızlarının yad oğlanlarla rəqs etdiyini, onlarla ağızağıza danışıb gülüşdüyünü, tənha yerlərdə ələlə gəzdiyini görəndə hirsindən özünü yeyib-tökürdü. İndi bu zülmü və xəcaləti əvvəlki kimi hiss etmir, qızlarının bu sayədə bəlkə yaxşı bir qismət qapacağını ümid edib, bütün bunlara göz yumurdu. Necla ilə Leylanın ətrafında bəzən yeni üzlər, yeni adamlar ortaya çıxırdı. Bunların bəziləri tərbiyəli, mədəni, üstbaşı düzgün adamlardı. Əlirza bəy hər dəfə böyük ümidlərə qapılır, onların axşamları qızları ilə bərabər gəzməyə getdiklərini, gecə vaxtı da Usküdardan maşınla evə gətirdiklərini xəyal edirdi. Ancaq bu adamlar şübhəli kölgələr kimi bir müddət qızların ətrafında dolaşandan sonra geri çəkilir, dənizin ortasında başına bədbəxt hadisə gəlmiş bir çarəsizə uzaqdan görünən və onu xoş bir ümidlə qışqırdıb ağlatdıqdan sonra üfüqdə yox olan dumanlar kimi görünməz olurdular... Əlirza bəyə vəzifədə olduğu vaxtlarda bir qonaqlığa, bir əsilzadə məclisinə girəndə ortalıq birdən-birə durulurdu. O varkən qadınlar yüngüllük etməzdilər. Ancaq indi hər kəslə onunla üz-göz olmuşdu. Artıq heç kim ondan çəkinınirdi. Əvvəllər ona «bəyəfəndi həzrətləri» deyənlər, indi yanında açıqsaçıq söhbətlər edirdilər. Bəzi həddən artıq üzsüz qadınların «bəy əfəndi, ancaq sizinlə rəqs edəcəyəm» deyə üstünə hücura etdikləri, yaşlı adamı indi üzüb, kobudluq etdikləri də olurdu. Əlirza bəy gündən-günə çökən bədəni, xarab olan paltarları ilə gəzib kürəkən axtaranda nələr görürdü? Görünüşdə dəlicəsinə əylənirdi. Bir yanda evin qırıq döşəmələrini çökdürürcəsinə rəqs edilirkən, o bir tərəfdə salon oyunları oynanılır, saçlı-saqqallı adamlar stulların üstünə çıxıb xoruz kimi qanad çırpır, banlayırlar, ya da yerlərdə əlləri və ayaqları üstə yeriyərək ayaqlarını göyə qaldırıb, at kimi təpik atır, əl şaqqıltıları, qəh-qəhələr arasında eşşək kimi anqırırdılar. Ancaq Əlirza bəy bu cür əylənən və dəlilik etməkdən başqa heç bir şey istəməyən adamlar kimi görünməyə çalışan bu məxluqlar arasında hər cür intriqa və faciə görə bilirdi. Gizli-gizli, ya da həyasızca sevişənlər, bir-birini aldadanlar, qısqananlar, yoldan çıxarmağa çalışanlar... Bir gecə bir qadının birdənbirə bayıldığı görünür, bir başqa gecə iki sərxoş bir az hava almaq bəhanəsi ilə bağçaya çıxaraq bir-birlərinin başını yarırdı. Əlirza bəy bəzən arvadının kirli qabqacaq yığınları arasında gecə yarısına qədər işlədiyi mətbəxə qaçır, yuxarı dəhlizə çıxırdı. Ən balaca qızı Ayşə isə yorğunluqdan halsız düşəndə orada dəlik-deşik döşəyin üstünə qıvrılıb yatırdı. Əlirza bəy səssizcə, ayaqlarının ucunda gələrək uşağın başucuna çöməlir, onun yatanda daha da büzülən balaca, cansız bədəninə, incə boynuna, rəngsiz üzünə xeyli baxaraq: 25

«Ah, heç olmasa bunu xilas edə bilsəm!» deyə fıkirləşirdi. Bir gecə ona baxanda özünü saxlaya bilməyib ağlamış, gözlərindən axan yaşlarla uşağı oyatmışdı.

XXIII fəsil Yenə bir gecə Xeyriyyə xanım əlində bir sinidə qəhvə ilə Əlirza bəyin otağına gəldi: -Şevkət İstanbuldan təzə qəhvə gətirib... Fincanı Əlirza bəyin yanına qoyduqdan sonra otağı təftiş etməyə başladı: -Yataq çarşafın kirdən müşəmbəyə dönüb, Əlirza bəy. Sabah səhər yod alıb kürəyinə çəkim... Bir yorğanla üşümürsən? Böyük jaketimi gətirim üstünə ört... Xeyriyyə xanımın üzü bu gün mələk kimi idi. Ərinə əlləri ilə qəhvə hazırlamaq, yataq çarşaflarının kirdən müşəmbə kimi sərtləşdiyini görmək, sonra öskürdüyünə görə narahat olub kürəyini yodlamaq, qışlıq jaketi yorğanın üstünə örtmək. Bunlar nə qədər gözəl fövqəladə lütflər və iltifatlardı. Ancaq nankor Əlirza bəy artıq yadına da düşməyən, keçmiş zamana aid olan bu qulluqlara təşəkkür etmək əvəzinə üzünü turşudur, onu sığallayan əidən şübhələnırmış bir heyvan gözüylə yanyan, tərstərs arvadına baxırdı. Qadın otağı təftiş etdikdən və ərinin istirahəti üçün lazım olan şeyləri elədikdən sonra yanına oturdu: -Əlirza bəy, səninlə bir az dərdləşmək istəyirəm. Halımız nə olacaq? Qarşıdan qış gəür... Evdə bir qram odun, kömür yoxdu... Uşaqların paltarları yoxdu... EIə indidən titrəməyə başlayıblar... Nə edəcəyik? Sözün axırı nə ilə bitəcəyini elə arvadının əlində qəhvə fincanı ilə görəndə başa düşən Əlirza bəy cavab vermir, dalğındalğın fikirləşirdi. Xeyriyyə xanım bir az gözlədikdən sonra yenə soruşdu: -Heç bir şey demədin, Əlirza bəy? Yaşlı adam ağırağır çiyinlərini çəkdi, əllərini açdı: -Deyəsi sözüm yoxdu... Qadın yavaş-yavaş xırçınlaşdı: -Necə yəni deyəsi sözüm yoxdu?... Evin kişisi sən deyilsən? Əlirza bəy artıq üzündən əskik etmədiyi o acı gülümsəmə ilə: -Dar vaxtlarda əlbəttə mən, dedi, ancaq əlində xərclənməyə üç-beş manat olanda məndən başqa hamı. Başınız dara düşənə kimi məni adam yerinə qoyduğunuzmu var? Əlirza bəy qadının bu sözlərə acıqlanmağını, ağır, acı bir şey deməyini istəyirdi ki, arvadı bağırıb-çığırıb, planladığı fikirləri deyə bilmədən çıxıb getsin. Ancaq o nədənsə acıqlanmadı. Sadəcə az bir incikliklə: - Əlirza bəy, sən əvvəllər belə deyildin, dedi. Yaşlı adam onu təsdiq etdi: -Düz deyirsən. Əvvəllər başqa cür adam idim. İndi əxlaqım pozulub. Aldığımı arvadlara, qumara xərcləyirəm. Xeyriyyə xanım bir neçə dəfə udqundu, dodaqlarını dişlədi. Ancaq bu gecə dalaşmaq istəmədiyi üçün yenə də özünü saxladı. Eyni şirin səslə: -Əlirza bəy, insaflı ol, dedi. Dərdimi sənə deməyim, bəs kimə deyim? O birilər necə olsa uşaqdırlar. Bu ev ikimizin məsuliyyətindədir. Səninlə təkbətək danışaq. Yaşlı adam nə eləsə də bu hiss etdiyi təhlükədən qaça bilməyəcəyini başa düşdü və başdan hər şeyə razı olmuş bir ifadə ilə: -Yaxşı, dediyin kimi olsun, ay arvad, de görüm nə istəyirsən? Xeyriyyə xanımın istədiyi elə də mümkün olmayacaq bir şey deyildi. Son aylarda Şevkətin işi o qədər də yaxşı getmirdi. İndi ordanburdan sıxışdınldıqca çox üzülür və pərt olurdu. Bu boyda külfəti illərdi boynuna götürmüş bu fədakar uşağa bu dar günündə kömək etməli idilər. Əlirza bəy sözün sonunu tez eşitmək üçün səbrsizliklə: -Buna da yaxşı, xamın, dedi. Ancaq sən mənə əsl vacib olan şeyi demirsən. Bu lazım olan pulu haradan alacayıq? Xeyriyyə xanım ürkək və xəcalətli bir ifadə ilə başım önə əydi: -Çox ürəyini sıxacaq, amma mən belə bir şey fıkirləşdim: Bankdan bir az borc pul alaq. Şevkət deyir ki, bunu ən gec altı ayda ödəyəcək. -Deməli, bu işi Şevkətlə danışıb qərarlaşdırıbsınız? Qadın özünü itirdi: -Yox, dedi, sadəcə oğlumuzun çox sıxılıb, üzüldüyünü görürəm. Ah, sən ana ürəyinin nə olduğunu bilməzsən, Əlirza bəy. Yaşlı adam acıqla onun sözünü kəsdi: 26

-Yaxşı, yaxşı.. Başa düşdüm. Ancaq mənim bildiyimə görə banklar girovsuz pul verməz. - Evi girov qoyarıq, Əlirza bəy. Şevkət Allah qoysa bu borcu ən gec bir ildə verər. Oğluna güvənınirsən? Şevkətin nə qədər vicdanlı uşaq olduğunu bilmirsən? Cavab versənə. Niyə elə dikdik üzümə baxırsan? Əliza bəy gözlərini qısıb gülümsəyərək: -Dünya dəyişdi. Bununla uşaqlarımızın da dəyişinəyini müəyyən qədər başa düşürəm. Ancaq sənə nə olduğunu, sənin niyə bu qədər dəyişdiyini heç cür başa düşə bilmirəm. Xeyriyyə xanım gülməyə çalışdı: -Qəribə sözlər deyirsən, Əlirza bəy. Nə dəyişmişəm ki? Mən əvvəldən nə isəm, yenə də oyam. Əlirza bəy sərt və təhqiredici bir əl işarəti ilə arvadının sözünü kəsdi: -Qətiyyən!... Mənim ağırbaşlı mələk arvadım hara, sən hara?... Sən onun kəsilmiş dırnağı da deyilsən. Ağlımdan keçəni gizlətməyin mənası yoxdu. Sən iyrənc bir insan oldun, Xeyriyyə, iyrənc bir insan. Əlimizdə qalan bir qırıq-sökük ev qalıb. O da əlimizdən getsə nə edərik? Ölməyə qonşularamı gedəcəyik? Bunu mənə deməyə necə dilin gəldi? Xeyriyyə xanım hiddətlə yerindən sıçradı: -Başa düşürəm, Əlirza bəy, dedi, əvvəllər «ata oğluna bir bağ vermiş, oğul atasından bir salxım üzümü əsirgəmiş» deyə bir məsəl vardı. İndi dünya tərsinə döndü. Oğlu atasını hər tərəfə saçılmış, bir yığın uşağı ilə öhdəsinə götürür, atası qırıq bir evi oğlu üçün girov verməyə qıymır. Qayğıkeş, xeyirxah ata buna deyərlər. Özü də mənim kimi canından bezmiş bir qadını niyə təhqir edirsən? Ev sənin deyilmi, açıqca «olmaz» deyərsən, bu iş də burada nöqtələnər. Xeyriyyə xanım ağlaya-ağlaya otaqdan çıxanda, Əlirza bəy arxasınca səsləndi: -Gəl, sən məni səhv başa düşdün, mən sadəcə sənin insafını, düşüncəni yoxlayırıdın. Ev də əldən gedərsə axırımız nə olacaq? dedim. Yaxşı, istədiyinizə icazə verirəm. Bilirəm ki, bir şeyi pəncənizə taxdınızmı buraxmırsınız. Onu gec-tez nə yolla olursa-olsun qoparıb alacaqsınız. Bu halda niyə həm sizi, həm də özümü əbəs yerə yorum?.. Əlirza bəy bütün evdəkilərin ertəsi gündən etibarən onu od çənbərmə alacaqlarını bilir, «təslim!» deyə bağırmağa məcbur olana qədər intriqaları, hücumları və işgəncələri gözünün önündə canlanır və indidən yorulurdu. Bu selə qapılmış sürüklənirdilər. Buna qarşı gəlmək heç bir işə yaramazdı. Bu gün rədd etdiyi şeyə sabah qara qış, boran gələndə, uşaqlar aclıqdan, üstbaşsızlıqdan, soyuqdan fəryad etməyə başlayanda carəsiz razı olmayacaqdımı? Girov işləri bir neçə gündə tamamlandı. Bankdan dört yüz lirəyə yaxın pul alındı. Ancaq bu pul Əlirza bəyin fikirləşdiyi kimi evin xərclərinə heç olmasa iki-üç ay dözə bilmədi. Şevkətin ən vacib borcları ödəndikdən sonra qalan pul uşaqlar arasında dağıtmağa başladı. Bir çox gurultu, dava-dalaşdan sonra bazara gedərək bərbəzəkli yığın-yığın ipək parçalar, süni daş-qaş, qutuqutu, üz, göz, yanaq, dodaq, dırnaq, saç, diş boyaları, bəzəkli corablar, keyfıyyətsiz, geyilən kimi parçalana bilən, oyuncaq kimi ayaqqabılar alındı. Qonaq otağı üçün bir neçə boya, bəzəkli mütəkkə, kiçik mərmər heykəllər, oyuncaqlar, səkkiz-on dənə yeni Çarliston və Tanqo valı alındı. Dostlara-biri Camlıcada, biri də evdəiki qonaqlıq verildi. Əlirza bəy ancaq iki dəfə Üsküdar bazarına gedib iki səbət ərzaq, beş-altı eşşək yükü də odun ala bildi. Bankdan pul alınandan tam on bir gün keçmişdi. Evdə bu puldan bir lirə da qalmamışdı. Günortadan sonra başlayan bir payız yağışı gecə yarısına doğru şiddətlənırmış , evin damı bir neçə yerindən axmağa başlamışdı. Evin hər yerinə düzülmüş ləyənlər, qazanlar, boş konserv qutuları yağışın altında danqıldayır bir uşaq səsinin davamlı ağladığı eşidilirdi. Bu ağlayan uşaq Ayşə idi. Böyüklər pəncələrinin gücü ilə pulu aralarında bölüşmüşdülər, onun coxtdan bəri istədiyi ipək bir paltarla, lak ayaqqabı alınmamışdı. Əlirza bəy gah yağışın dəmirlərə dəydikcə çıxartdığı səsi, gah da Ayşənin boğuq sikayətlərini dinləyir və özözünə: Bu işdə yanan biz ikimiz olduq! Necə oldu ki, damın təmirə ehtiyacı olduğunu unutdum. Bu on gündə əriyən dörd yüz lirədən nə yolla olursa-olsun bir təmir pulu ayırmalıydıq.

XXIV fəsil 27

O il qış çox şiddətli keçdi. Yollar günlərcə qarlı qaldı. Bağlarbaşındakı evin ətrafına bir neçə dəfə canavarlar gəlib çıxmışdı. Payızda evin girov verilməsində əsl məqsəd guya bu qışı qarşılamaqdı. Ancaq alınan pul demək olar ki, hamısı işə yaramayan bəzək əşyalarına xərclənırmış , uşaqların üstbaşlarına bir yun mayka da alınınamışdı. Yaxşı ki, Xeyriyyə xanımın o saxlancları vardı... Yazıq qadın sandıq diblərində, şkaf künclərində qalmış nə qədər köhnə palto və jaket, döşəkcə və yataqların altına qoyulan nə qədər cırcındır varsa hamısını ortaya tökdü. Uşaqlar onları sanki matah kimi qapdılar. Xeyriyyə xanım soyuğa heç dözümü olmayan cılız Ayşəyə köhnə bir taxtın örtüsündən jilet tikdi. Necla güvə yediyinə görə dəlik-deşik olan yun süfrədən özünə şal düzəltdi. Kənarlarına rəngli yundan çiçəklər hördü. Bu əcaib əyin-başlarda ev əhli «Ağ qız» pyesini oynamağa hazırlanan artistlərə döndü. Bu köhnə evdə o xəstə bədənlər kimi çöldəki havaya görə hər gün bir başqa xəstəlik ortaya çıxırdı. Yağış yağanda, ya da qarlar əriməyə başlayanda damlar axır, külək əsəndə divarın suvaqları tökülür, evin dörd tərəfmdəki deşiklərdə, pəncərə kənarlarında, qapı aralarında hər cür fıt səslərmə bənzər vıyıltı, uğultular eşidilirdi. Bununla bərabər, uşaqlar artıq kasıbçılığa əməlli-başlı öyrəşmişdilər. Bə dəhşətli yoxsulluqdan çox da təsirlənınirlər, hətta bəzən evin halım və öz paltarlarını ələ salıb əylənirdilər. Əlirza bəyin həmişə dediyi kimi yazıqlar hissiz, qürursuz, qaraçı kimi məxluq olmuşdular. Qızlar bir gün yenə o əcaib paltarlarla əl-ələ verib yağışın dəmirlərə dəydikcə çıxartdığı səslərin tempini tutmağa çalışırdılar. Xeyriyyə xanım əlində bir mişarla pilləkəndən düşən Əlirza bəyin güldüyünü görüb acıqlı bir səslə: -Yaşasın sənin kimi ata. İnsan fəziləti və doğruluğu sayəsində uşaqlarını bu dərəcədə xoşbəxt yaşadıb necə gülməsin? deyə bağırmışdı. Bu sözlər yaşlı adama elə təsir eləmişdi ki, ayaqları iflic olmuş kimi pilləkənə çöməlib, mişarı əlindən salmışdı. Bu mişar bu uzun və amansız qaraqışda Əlirza bəyin ən böyük köməkçisi olmuşdu. Çox soyuq günlərdə bürünüb çölə çıxar və bağçadakı ağacları kəsərdi. Nə eləsin? İnsanın malına ixtiyarı çatır. Olsun. Yay gələndə o bağçasındakı kölgə salan ağac olmasa da olar. Əslində illərlə əllərilə yetişdirdiyi bu ağaclar da onun gözündə övladı kimi idi. Ancaq nə qədər də olsa o biriləri qədər deyildi. Qış qurtarana qədər evdən xəstə əskik olmadı. Uşaqlardan biri yatıb, o biri qalxırdı. Bir dəfə o da, Əlirza bəy də qrip olub bir həftə yorğandöşəyə düşmüşdü. Bu müddət ərzində ona baş çəkən olmadı. Ancaq arvadı bəzən ona şorba gətirirdi. «Maşallah bu gün yaxşısan. Amma özünü üşütmə. Ciddi bir şey deyil, keçib gedər. Mən də yorğandöşəkdə yatası qədər xəstəyəm, amma qoymurlar» deyirdi. Xeyriyyə xanım bəlkə də əri ilə çox maraqlanınadığı üçün belə deyirdi. Ancaq bəlkə də həqiqətən belə idi. Uşaqlarının bu laqeydliyi Əlirza bəyin çox xətrinə dəymişdi. Onun fikrincə övladı insan elə ancaq belə günlərdə yanında bir səs eşitmək, səmimi bir insan üzü görmək üçün istərdi. Deməli daha ağır xəstə olsa yenə də heç kim ona baş çəkməyəcək, maraqlanınayacaq, evdə bu qədər adam olduğu halda qürbətdə, çöldə xəstələnırmış kimi tək başına qalıb öləcəkdi. Ancaq bir gecə, gec saatlarda oğlu Şevkət yanına gəldi. Yorğun və xəcalətli bir ifadə ilə yatağının kənarına oturdu. Əlini yavaş-yavaş atasının üzündə gəzdirərək səmimi baxışlarla baxdı. Dərin bir nəfəs alaraq: -Ata, sənə baş çəkə bilmədim, dedi. Gənc adam nə elə də çox üzüldü, nə də bəhanə uydurdu. Günahını örtbasdır eləmək üçün nə desə üzsüz bir yalançıya oxşamaqdan qorxur, sərt bir üz ifadəsi ilə önünə baxırdı. Ata oğul beş-on dəqiqə söhbət elədilər. Şevkət bəzən xırıltılı öskürür, başında şiddətli ağrı varmış kimi barmaqları ilə gicgahlarını ovuşdururdu. Əlirza bəy: - Oğlum, sən xəstəsənmi? deyə soruşdu. Şevkət bir az tərəddüd etdikdən sonra: -Yox, ata... dedi. Əlirza bəy inanmadığını göstərən gülümsəmə ilə başını yırğaladı: -Elə bayaq əlini alnıma qoyanda ovuclarının içi məndən daha çox yanırdı. -Sənə elə gəlir, ata... -Ola bilər, oğlum... -İcazə versən yatmağa gedərdim, ata... -Yaxşı, get dincəl... Ata oğul beyinlərindən keçən şeyləri bir-birlərinə deməkdən qorxurmuş kimi göz-gözə gəlməkdən çəkinərək ayrıldılar. Əlirza bəy yatağının yanındakı şamı üfləyib, qaranlığa baxaraq fıkirləşməyə başladı: «Əminəm ki, oğlum xəstədir... Ancaq mən bunu başa düşməmiş kimi davrandım. Əslində isə ona üç-beş gün isti otaqda, isti yorğan-döşəkdə yatmağı tövsiyyə etməliydim. Halbuki yazıq uşaq bir neçə gün deyil, bir gün belə evində dincələcək halda deyildi. Sabah səhər küçəyə çıxıb axşama qədər xəstə-xəstə ora-bura qaçıb, işləməsə, çalışınasa, o biri gün evdəkilərin bir-birlərmə qarışacaqlarını bilirdi. O yazıq məndən daha pis və acınacaqlı vəziyyətdədir. Mənə heç olmasa bir kənarda oturmağa imkan verirlər, xəstə halımla "yemək-içmək" deyib üstümə hücum etmirlər. Yenə də halıma şükr etməliyəm.» Nə qaraqış, nə aclıq, nə xəstəlik evdəki qonaqlıqların axışını dəyişdirə 28

bilmişdi. Şiddətli qar fırtınasında paroxodlar, dəmiryolları işlərini dayandırır, Əlirza bəyin evindəki yığıncaqlar dayanmırdı. Dəvət gecələri gələn kimi evin nə qədər yığışdırılmış olur, yeməyə bir şey varsa ortaya qoyulur, üstlərindəki köhnə cırcındır jiletlər, dəlik-deşik yun paltarlar, süfrələrdən düzəldilmiş şallar atılır, əvəzinə güzgünün qarşısında ipəkdən tikilmiş dekolte paltarlar geyilir, soyuqdan çatlamış əllər vazelinli ilıq suda yumşaldılır, qripdən qızarrınş gözlər, şişmiş burunlar kremlərlə örtülür, daima kolbasa, sucuq yeməkdən qoxlayan ağızları təmizləmək üçün saqqızlar çeynənir, odekolonlu sulaıia ağızlar qarqara edilirdi. Çoxdan bəri gözlənən iflas günü, nəhayət, gəlib çatdı. Hər gün qapıda borc aldıqları adamlar bağırır, məhkəmələrdən kağızlar gəlirdi. Şevkət borclu olduqları adamlarla qarşılaşınaması üçün səhər tezdən evdən qaçır, gecə yarısı evə qayıdırdı. Ailədə artıq tərəflər arasında davadalaşlar bitmiş, hamı öz canının hayma qalmışdı. Üzsüzlük o dərəcəyə gəlmişdi ki, bəzən bağırabağıra bir şeyin oğurlandığından şikayət edənlər belə olurdu. Xüsusi ilə də, Fərhundə ağlını itirmişdi. Bir az əsəbləşən kimi hamını acılayır, cavab qaytaran olanda isə tamamən özündən çıxır, özünü yerə çırparaq «haradan düşdüm bu dilənçilərin içinə? Həm ərimin çörəyini yeyirlər, həm də mənə söz qaytarırlar. Siz olmasanız biz iki nəfər gül kimi dolanarıq!» deyə hayqırırdı. Bu vaxtlarda Əlirza bəy qulaqlarını tıxayıb küçəyə qaçar, Xeyriyyə xanım ağlaya-ağlaya gah onun yanına, gah da bunun yanına gedib aranı sakitləşdirməyə çahşırdı. Hər dəfə davadalaş düşəndə elə bil ki, ev yerindən qopur, gah Fərhundə əşyalarını yığır, gah Leyla «getməyə yer tapmasam xidınətçiliyə gedərəm, ya da yeməkxanada ofıtsiant işləyərəm» deyə qaçmağa çalışırdı. Ancaq bəlkə də Xeyriyyə xanımın çırpınmağı, Ayşənin ağlayıb-yalvarmağmdan sonra bu tərbiyəsizlik və həyasızlıq əsəbləri sakitləşdirdiyi üçün hər dəfə davalar kəsilir və sonunda hamısı barışıb, öpüşüb-görüşürdülər. Əvvəlki rahat, sakit günlərdə həmişə bir az xəstə olan Xeyriyyə xanıma inamlmaz bir güc gəlmişdi. Evin bütün iş və üzüntüsü onun çiyinlərmə düşsə də, zəif bədəni hər dəqiqə çökəcək kimi görünsə də, inanılmaz bir güclə, dözümlə hər fəlakətə qarşı gələ bilirdi. O artıq hər gün əlində bir boxça ilə Üsküdar bazarına gedirdi. Deyəsən, ev əşyalarından bəzilərini satır, ya bir qab yemək üçün, ya da borclu olduqlan insanlardan hansı daha çox hay-küy salırsa ona pul vermək üçün bir neçə quruşla geri qayıdırdı. Əlirza bəy bəzən Fikrətdən bir neçə sətirlik məktub alırdı. Bu sətirlər qızının o qədər xoşbəxt olmasa da, sağ-salamat olduğundan bəhs edir və yaşlı kişini az da olsa təsəlli edirdi. Ancaq üç-dörd ay əvvəl Fikrət bu məktublardan birində kobud bir ifadə ilə: «Buraya evimiz haqqında heyf ki, çox pis xəbərlər gəlir. Ərimin yanında xəcalət çəkirəm. Bu hərəkətlərə artıq nöqtə qoymağın vaxtı gəlməyibmi?» Fikrət haqsız deyildi. Hətta bu məktubu bəlkə də əri məcbur edib yazdırmışdı. Bu sözlər doğru olsa da bu danlamalar Əlirza bəyin çox xətrinə dəymiş, qızına yazdığı cavab məktubunda: «Hamı öz elədiyi hərəkətdən özü məsuliyyət daşıyır. Aramızda nə əlaqə qalıb ki, burada olan-bitəndən sənə bir ləkə gəlsin? Bəzən bir məktubla könlümüzü alırdın. Onu da çox görürsənsə özün bilərsən!» demişdi. Əlirza bəy hirsli bir anında yazdığı bu məktuba görə sonradan peşman olmuşdu. Ancaq nə çarə ki, iş-işdən keçmişdi. O gündən bəri nə Fikrət atasını axtarıb-itirir, nə Əlirza bəy ona məktub yazmağı qüruruna sığışdırırdı. Evdə pul ehtiyacının son həddə çatdığı günlərdən birində Xeyriyyə xanım ərinin yanına gəldi: -Əlirza bəy, borclular ətrafımızı bürüyüb. Hələlik Şevkətdən xeyir yoxdu. Uşaqlar acdır. Fikrətə məktub yaz. Halımızı başa sal. Övladımız deyilmi, bizə kömək eləsin. Gələcəkdə imkanımız olanda borcumuzu qaytararıq. Olmasa da heç nə olmaz... Hər halda əri olduqca varlı adamdır... Xeyriyyə xanım ərinin əvvəlcə yox desə də, sonra razı olacağını umurdu. Ancaq Əlirza bəy birdən-birə bağırmağa başladı; arvadını parçalayacaq kimi üstünə cumub hiddətlə: - Bir də onların adını ağzına aldığını eşitməyim... Səni boğaram. Uşaqlarımın biri canını bizdən qurtardı, indi də onamı pəncəni ilişdirirsən? Yad oğluna dilənçi kimi əl açıb Fikrətin üzünü qara edecəyik, eləmi? Bir də onun adını ağzma almayacaqsan, yoxsa səni boğaram! Yaşlı adam elə vəhşi bir fəryadla qışqırırdı ki, Xeyriyyə xanım qorxub bir daha qızından söz açmadı.

XXV fəsil Fevralın ilk həftəsində Şevkət üst-üstə iki gecə evə gəlmədi. Fərhundə bir həftədən bəri ərindən küsmüşdü: «Bunu ancaq mənim acığıma elədi. Mən ona göstərərəm. Sabaha qədər gəlməsə, vallah mən də gedərəm!» deyə hədə-qorxu gəlirdi. Xeyriyyə xanım başqa fıkirdə idi. Oğlu yəqin borclu olduğu adamlardan qaçmaq üçün dostlarından birigilə gedib. Necla ilə Leyla bəzən «Qardaşımıza nə oldu görəsən, Allah göstərməsin başına bir iş gəlməsin» deyə narahat olurdular, ancaq sonra çox vacib işlə məşğul olduqları, qonaqlıqlara paltarlar hazırladıqlarına görə bu narahatçılıq çox çəkmirdi. 29

Əlirza bəy isə dərsini əzbərləyən saf bir şagird kimi oturduğu yerdə davamlı o tərəfə, bu tərəfə silkələnir, dodaqlarını açıbörtür, ancaq heç nə demirdi. Yalnız bağçada bir səsküy olduğu, ya da qapı açıldığı vaxt «kımsə gəldi, gedin baxm» deyib qışqırırdı. İkinci gecənin sabahı qapıya bir sivil məmur gəldi. Şevkətin bir məsələyə görə həbsxanada olduğunu xəbər verdi. Evdə fəryadlar qopdu. Fərhundə özündən getdi, qızlar ağlaşmağa başladılar. Özünü itirən Xeyriyyə xanım sadəcə: «Xeyirdir, inşallah, xeyirdir inşallah» deyib, yenə də öz dərdini unudub bayılanlar, saçmıbaşını yolanlarla əlləşməyə məcbur oldu. Təkcə Əlirza bəyin üzündə böyük bir sıxıntıdan canını qurtarmış kimi bir ifadə vardı. Yaşlı adam sevincli bir xəbər almış kimi həyəcanla: «Çox şükür uşağım sağdı, Şevkət yaşayır!» deyə bayram edirdi. O, Şevkətin sağ olduğuna inanmırdı. Yaşlılıqdan əsəbləri tamamən pozulduğundanını, nədir, son zamanlarda onun canına qorxu düşmüşdü: «Şevkət mütləq özünü öldürəcək. Oğlum kimi namuslu bir adam bu biabırçılığa dözə bilməz» deyib, onun hər sözündən, hər hərəkətindən artıq ölmək istədiyi mənasını çıxardırdı. Bir gecə möhkəm örtülən qapının səsini tapanca səsinə oxşadıb otağından yüyürmüş, bir başqa gecə bağçadakı ağac budaqların birində yaddan çıxıb qalan paltarı asılmş bir adam kimi görüb bağırmışdı. Bəli, onun fıkrincə oğlu çox həssas bir uşaqdı. Bir müddət əlləşibvuruşduqdan sonra bu bataqlıqdan çıxa bilməyəcəyini görəndən sonra intihar edəcək. Bir neçə dəfə bu qorxusunu Şevkətə demək, onun bir az də səbirli və güclü olması üçün tövsiyə eləmək istəmişdi. Ancaq bunda da başqa bir təhlükə vardı. Şevkətdə hiss etdiyi bu hisslər bəlkə də öz narahatçılığı idi. Həddən artıq ümidsiz insanlar ağır xəstələr kimi olurlar. Ona ölümdən danışmaq, bütün bu dərdlərin son çarəsini zorla ağlına gətirmək deyildimi? Əlirza bəy sevinclə geyinib, əsasmı əlinə alıb evdən çıxdı. Yaşlı adam həbsxanaya çatana qədər axşam olmuşdu. Qapıda: -İndi görüşmə vaxtı keçdi... Sabah səhər gəl... deyə onu başlarından eləmək istədilər. Əlirza bəy artıq əvvəlki kimi yalvarmaqdan və təhqir olunmaqdan qorxan bir adam olmadığı üçün dirənməyə başladı. Bir az daha inad etsə bəlkə zorla çölə atacaqdılar. Ancaq yaxşı ki, qarşısına bir tanış, vilayətlərdən birində işçisi olmuş yazı işləri katibi çıxdı. Onu tanıyan kimi dərhal yanına gəldi, hörmətlə əlini öpdükdən sonra nə istədiyini soruşdu. Yaşlı adam: -Oğlum içəridədi. Görüşmə vaxtı keçdiyi üçün yanına buraxmaq istəmirlər. Mümkünsə mənə bir az kömək edin, dedi. Kişi bir addım geri çəkilib gözlərini təəccüblə açaraq Əlirza bəyi süzdü. Çox yaxından tanıdığı bu fəzilətli və qürurlu adamın kim bilir hansı cinayətdən həbsə düşmüş bir oğuldan danışdığını başa düşmədi. Bu adam hər halda həbsxananın vəzifəli məmurlarındandı. Çünki onun bir sözü ilə Əlirza bəyi dərhal Şevkətin yanına apardılar. Yaşlı oğlunun bir taxtın üstündə xor-xor yatdığını gördü. Qeyri-xtiyari gözündə bir xatirə canlandı. Oğlu vaxtı ilə sabahları yuxudan gec oyanmağı xoşlayırdı. Məktəb vaxtı gələndə Əlirza bəy yavaşca onun otağına girər, yerə bir kitab ataraq, ya da əllərini bir-birinə çırparaq şiddətli bir səs çıxarardı. Hətta bir dəfə yatağının baş tərəfındə duran bir tütəyi çalaraq uşağı əməlli-başlı səksəndirmişdi. Şevkətin yuxulu gözlərini iricə açaraq: «Ata, ürəyim düşdü!» deyə bağırınası onun doyulmaz bir əyləncəsiydi. Aradan bu qədər zaman, bu qədər hadisə keçmişdi. O uşaqla bu həbs olunınuş adam arasında bir az dizlərini bükərək yatmalarından və yatarkən sağ əlini başının altına qoyaraq uzun saçlarının bir tutamının üstündən aşırınalarından başqa bənzər bir yerləri qalmamışdı. Belə olduğu halda Əlirza bəyin fıkri yenə o günlərə gedirdi və nə qəribədir ki, heç bir üzüntü hiss etmirdi. Yaşlı adam oğlunun başına toxundu: -Şevkət, oyan, oğlum. Gəldim, oğlum, dedi. Şevkət yavaşca gözlərini açdı, yerində doğruldu. O da atası kimi bu vəziyyətdə normal hərəkət edirdi. Əlinin tərsi ilə ağzını tutub əsnəyərək: -Mən də səni gözləyirdim, dedi. Axşam olanda ümidimi kəsdim. Yatıb qalmışam. İki gündür mənə bir şey olur. Durduğum yerdə yatıb qalıram. Şevkət başını divara söykəyib, önündə ayaq üstə duran atasına yuxuluyuxulu gülümsəyirdi. Əliylə yanında yer göstərərək: -Otur, ata, dedi. Gənc adamın üzündəki yorğunluq və gərginlik keçmişdi. Yanaqlarında bir ağır xəstəlikdən yenicə ayağa qalxmış insanlardakı yüngülvarı bir qırmızılıq vardı. Əlirza bəy əsasının köməyi ilə çətinliklə oturduqdan sonra: Şevkət çiyinlərini çəkib: Gec-tez belə olacağını sən də hər halda bilirdin... Nə edək, alnımızın yazısı... -Borclarına görəmi bu hadisə başına gəldi? Şevkət əvvəlcə tərəddüd edərək, durduğu yerdə özünü düzəltdi. Sonra yenidən sərbəstləşdi. Atasının əllərini 30

tutdu. Gözləri pəncərənin üstündən tavana dirəndi, sakit-sakit danışmağa başladı: - Təəssüf ki, vəziyyətim sənin ehtimalından bir az da pisdir... Banka aid xeyli pul götürüb xərcləmişdim. Yenidən yerinə qaytarmadan müfəttişlər gəldilər. Əslində bu gedişlə bu pulu beş ildə də yerinə qoya bilməyəcəyimi bilirdim. İnsan bir dəfə yolunu azdımı... Nəticədə pis vəziyyətə düşdüm... Şevkət hadisəni atasına bütün incəliklərmə qədər danışmaq niyyətində idi. Ancaq nədənsə birdən-birə əsəbləşdi. Əlirza bəy onun hələ əlinin tutan barmaqlarının gərildiyini hiss edərək: -Üzülmə, Şevkət, dedi, insan olanın başına hər şey gələr. Söhbəti dəyişdilər. Şevkət anasını, bacılarını soruşdu. Xüsusi ilə də Ayşə haqqında xeyli danışdı. Sonra illərdən bəri zaman-zaman atasına demək istəyib, ancaq cəsarətsizliyindən danışa bilmədiyi mövzular haqqında söhbət etməyə başladı: -Uşaqlarının arasında ən çox mənə güvənirdin. Halbuki ən böyük zərbəni məndən aldın, yazıq atam. Yaşlı vaxtında sənə kömək etməyi nə qədər istərdim. Heyf ki, olmadı. Bir dəfə ayağım necə büdrədisə eləcə də ayağa galxa bilmədim. Evlənmə k mənim harama yaraşırdı? İşin qəribə tərəfı də hamımızın sürətlə uçuruma getdiyini gördüyümə baxmayaraq, heç bir şey edə bilmirdim. Insanı ağırlıq basanda silkinib qalxmaq istədiyi halda barmağım da tərpədə bilmədiyi kimi. Bax mən də eynilə elə oldum. Ata, inanırsanını? Sanki heç bir şeyi görmür, hiss etmirdim. Ancaq hər bir şeyi anlayır, bütün biabırçılığı görürdüm. Öz-özümü necə lənətləyirdim, bir bilsən... Əlirza bəy oğlunun əlini sığallayaraq: -Bilirdim Şevkət, dedi, sənin əxlaqından bir an da şübhə etmədim. Çox gec olduğu üçün Əlirza bəy oğlunun yanında çox qala bilmədi. Ətrafına baxıb, Şevkətin nələrə ehtiyacı olduğunu gördükdən sonra ertəsi gün yenə gəlmək üçün yola düzəldi. Hava qaralrınşdı. Günün, ən xoşbəxt insanlarını belə qəmləndirən bir vaxtdıydı. Öz qanındancanından bir parça olan bir insanı həbsxanada qoyub getmək asan deyildi. Bütün bu olanların ağırlığı altında bu yaşlı adam ağlını itirə bilərdi. Halbuki o, bu an çox da əzab çəkmir, hətta əksinə bir az rahatlıq hiss edirdi. Oğlundan ayrılanda onun əsnədiyini görüb, bir az sonra yenidən taxta uzanıb yatacağını bilirdi. Sanki uzun bir yorğunluqdan, ya da çətin bir imtahandan sonra yuxuya gedən bir uşağm yatağının yanından uzaqlaşmiş kimi gülümsəyir, öz-özünə: Neyləyək, deyirdi, burada heç olmasa doya-doya yatır, əvvəlki yorğunluqlarının əvəzini çıxarır. Evdəki kimi «pul!» deyə sinəsindən yapışan yoxdu. Ayaq üstə durmağa halı yox ikən: «Gəl düş önümüzə... Rəqsə gedirik» deyə məcbur edən yoxdu.

XXVI fəsil Qısa bir mühakimədən sonra Şevkəti bir il yarımlıq müddətə azadlıqdan məhrum etdilər. Beləliklə, ağac öz budaqlarından birini də itirdi. Xeyriyyə xanım bəzən ərini çox fıkirli gördükcə: -Üzülmə, bir il yarım çox uzun zaman deyil, göz açıb-yumana qədər gəlib-keçər, deyirdi. Əlirza bəy ağır-ağır başını sallayaraq «hə» deyir, ancaq başqa cür düşünürdü. Bir il yarım həqiqətən də göz açıb-yumana qədər gəlib çatacaqdı. Ancaq itirdikləri mənlik və namus bir daha geri qayıtmayacaqdı. Oğlunun həbsdən çıxandan sonra vəziyyətini düzəldə bilməyəcəyi məlum məsələ idi. Bu xəcalətlə haraya müraciət edib, kimdən nə istəyə bilərdi? Nəticədə Şevkət bundan sonra qolu, ya da ayağı qopmuş bir adam kimi ömrü boyu sürünəsi əlildi. Yaşlı adam bunu bildiyi halda çox da üzülmür: «Nə edək bir işdi oldu, Allah eləsin ki, uşağımın canı sağ olsun. Mənə bundan başqa heç nə lazım deyil» deyib öz-özünü təsəlli edirdi. Köhnə paltarlarından birini təmizləyib, ütüləyib, ayaqqabılarından bir cütünü də təmir etdirib şkafda saxlamışdı. Bu onun ancaq Şevkətin yanına gedəndə geyindiyi bayramlıq paltarı idi. Həbsxana məmurlarının nədənsə oğlunun xətrini istədiklərini, hörmətlə yanaşdıqlarını, ona başqalarından daha fərqli davrandıqlarını görürdü. Cırcmdır bir paltarda həbsxanaya gedərək onu alçAltınaq istəmirdi. Şevkət həbsə düşəndən sonra evdəki altı nəfərin xərci Əlirza bəyin otuz lirədən ibarət olan təqaüdünün umuduna qalmışdı. Qızlardan heç olmasa birmə, necə olursaolsun ər tapmaq üçün yalvarırdı. Ancaq dəvətlərdə, gəzməklərdə, uşaqların ətrafmda pərvanə kimi dönən oğlanlar ən pisi də evlənmə söhbəti düşən kimi ya özünü naza çəkir, ya da bir daha ortalıqda görünınürdü. Əlirza bəyə demirdilər, amma deyəsən, qızların həyat tərzləri dilə düşdüyü üçün oğlanlar onlardan uzaq dururdular. Yaşlı adam bunu bəzən arvadının: «Uşaqlarımıza nə olub ki? Bu zəmanədə dəvətlərə, rəqsə getməyən qız var?...» sözləri kimi şübhəli, şikayətlərindən başa düşürdü. Bu arada Leylanın bir qisməti çıxdı. Bu onu mağazasına gələndə tanımış qırxqırx beş yaşlarında manifakturaçı idi. Maddi vəziyyəti yerində və olduqca yaxşı adam olduğunu deyirdilər. Əlirza bəy adətdəndir deyə, bu kişinin bir iki dükkan qonşusundan onu araşdırdı. Sonra «yaxşı» dedi. Evdə hamı bu işdən mənınun görünürdü. Ancaq elçilikdən sonra Leyla ortalığa vəlvələ salmışdı. O: «Gör nə günə 31

qalmışam. Atam yaşında bu kişini mən neyləyim? Sizin kasıblığınızın üzündən özümü bilə-bilə qəbrə qoyuram. Bir az daha gözləyə bilsəydim bəlkə istədiyim, kimi birini tapa bilərdim» deyə ağlayıb çırpınmağa başladı. Necla da onunla bərabər saçını-başını yolurdu. Bu iş Əlirza bəyi çətin vəziyyətdən qurtaracaqdı. Buna baxmayaraq yaşlı adam Leylaya haqq verdi. Aylardan, bəlkə də ilərdən bəri qızlarından küsmüşdü; bu müddətdə bir dəfə də olsun onların üzlərinə baxmaq da istəməmişdi. Ancaq bu axşam yan-yana ağlaşırkən diqqətlə onlara baxır, qızlarının fövqəladə gözəl olduğunu görürdü. Onlardan küsmək nə qədər də ağılsızca bir haqsızlıqdı. Ən nəhayət, bunlar uşaqdılar. Hadisələrin axışı onu haraya sürüklədi isə oraya doğru axıb getmişdi, ona görə bu yazıq qızın vəziyyətini başa düşürdü. Əlirza bəy gözlənilməyən bir yumşaqlıqla: -Yaxşı, qızım, ağlama. Madam ki, sən istəmirsən, biz də istəmərik. Baxaqgörək, bir az da gözləyək, dedi. Əlirza bəy elə ilk gündən bəri bütün pisliklərin gəlinləri Fərhundədən gəldiyini bilirdi. O, olmasaydı, evi bu hala düşməz, uşaqları bu qədər pozulmazdı. Sonra Şevkətin oğurluq etməyinin, həbsə düşməyinin səbəbi də o idi. Yaşlı adam buna baxmayaraq, oğlunun həbsindən sonra ona qarşı əvvəlkindən daha mülayim davranmağa başlamışdı. Bəzən arvadına:-Sən də Fərhundəyə daha yaxşı davran, deyirdi, nə qədər də olsa, gəlinimizdir, oğlumuzun əmanəti sayılır. Hələ ki bizdən başqa heç kimi yoxdur. Yazıqdır. Hər şey ona təsir edir. Bundan başqa da oğlumuz bu qadını sevir... O yazığm əliqolu bağlı olduğu vaxtda bizə görə məsələ çıxmasın. Bu haqda Xeyriyyə xanım da Əlirza bəylə eyni fıkirdə idi. Ancaq bir şey vardı ki, ər-arvad nə qədər sakit davranırdısa, Fərhundə də o qədər tərsliklər edir, yersiz səs-küy çıxarırdı. Gənc qadın əvvəllər Əlirza bəyə bir az da olsa hörmət edirdi. Amma indi onunla tamamən üz-göz olmuşdu. Qayınanasına olduğu kimi, onu da hər cür təhqir edir, ya da tərbiyəsiz-tərbiyəsiz əylənirdi. Bəzən Xeyriyyə xanımın səbri daşanda yaşlı adam: -Aman, Xeyriyyə... döz, nə olar... Məqsədini tam başa düşmürəm, amma bu qadın bir dava çıxartmaq istəyir... Ağzını açıb bir şey desən, bütün günahları bizim boynumuzda qalar, deyirdi. Fərhundə tez-tez şəhərə çıxır və axşamları da çox gec gəlməyə başlamışdı. Hətta Boğazdakı bir qohumugilə getmək bəhanəsi ilə bir neçə gün də evə gəlməmişdi. Nəhayət, onun yenə Boğaziçindəki qohumlangildə keçirdiyi bir neçə gecədən sonra bir məktubunu aldılar: «İllərdən bəri səbr etdim; ancaq daha bu kasıbçılığa dözə bilmirəm. Bir daha evinizə qayıda bilmərəm. Şevkətə deyin məni bağışlasın. Bir insanlıq edib məsələ çıxartmadan ayağımın bağını açsa çox minnətdar olar və başımın çarəsinə baxaram...» deyirdi. Fərhundəylə əvvəllər çox səmimi olan, indi isə düşmən olan Necla ilə Leyla: «Onsuz da o qadından qardaşımıza bir xeyir gəlməzdi. Biz nələri bilirdik, amma səsimizi çıxartmırdıq. Yaxşı oldu. Cəhənnəmə getsin!» dedilər. Xeyriyyə xanım da eyni fıkirdə idi. Əlirza bəy isə yenə fıkirlərə qərq olmuşdu. Fərhundənin qaçmağı evi bir yükdən və bir bəladan qurtarınışdı. Bəs görəsən, Şevkətə bu hadisə necə təsir edəcəkdi? Oğlunun bu qadını sevdiyini bilirdi. Elə bu fəlakətlərin səbəbi o uğursuz sevgi deyildimi? Yaşlı adamı fıkrə salan ikinci bir məsələ də bu idi ki, hadisəni Şevkətə kim xəbər verəcəkdi? Bu həssas məsələni ondan başqa heç kim deyə bilməzdi. Birincisi, o an uşağının yanında olmalıydı. Sonra, öz atalıq hissləri ilə bu xəbəri bir başqa həssaslıqla, şəfqətlə çatdırmalıydı. Hətta bu işdə tələsmək, Şevkətin hadisəni bir başqasından öyrənməsinə imkan verməmək lazımdı. Əlirza bəy o həftə oğlunu bir az xəstə və kefsiz gördü. Bu onu əvvəla narahat elədi. Ancaq sonra fikirləşdi ki, nə olacaqsa olsun. Xüsusilə də Şevkətdən «Belə bir məsələni gizlətməyə haqqınız yoxdu. Həmən xəbər versəydiniz bəlkə də bir şey fıkirləşərdim» deyə inciyə də bilərdi. Yaşlı adam ordan-burdan söhbət açandan sonra sözü Fərhundəyə gətirdi: «Allah şahiddir, Şevkət, arvadına sənin yoxluğunu hiss etdirməmək üçün anan da, mən də əlimizdən gələni eləyirik. Ona bacılarından yaxşı davranırıq. Ancaq heç cür razı qalmır. Həmişə bizdən, evimizdən, kasıblığımızdan şikayət edir. Hətta daha da həddini aşır: «Kaş ki sərbəst olsam, başımın çarəsinə baxsam...» deyir. Əlirza bəy bu son sözlərdən sonra Şevkətə baxaraq bu dediklərinin ona necə təsir bağışladığını görmək istədi. Şevkət sərt və əsəbi bir hərəkətlə: -O halda nə gözləyir? Qapı açıqdı... Onu zorla saxlayan yoxdu. Kaş ki, elə bir şey eləsə həm özünü, həm də bizi böyük bir dərddən azad etsə... Əlirza bəy çaşdı. Ürəyi sevinclə, həyəcanla atmağa başladı. Oğlu, görəsən, həqiqətən də elə düşünürdümü? Yoxsa bir yerdən nə isə eşitmişdi, onumu smayırdı? Arvadının şikayəti qüruruna toxunduğuna görə bu cür demiş ola bilərdi. Yaşlı adam birdən-birə çəkinərək soruşdu: Şevkət oğlum, dedi, mənimlə açıq danış. Bu dediklərin həqiqətdirmi? O, gülümsəyərək başım salladı: -Əfsus ki, doğrudur, ata, dedi. Bu qadından yaxamızı qurtarmaq bizim üçün ən böyük xoşbəxtlik olar. Əlirza bəy artıq heç nə deyə bilməzdi; üzü ağappaq ağarmış, nəfəsi kəsilmiş, titrəyən əlləri ilə jiletinin cibindən 32

Fərhundənin məktubunu çıxardı, oğluna uzatdı. Oda qaranlıq olduğu üçün Şevkət məktubu oxumaq üçün pəncərəyə yaxmlaşdı. Yaşlı adam böyük bir həyəcan içində olmağına baxmayaraq gözlərini oğlunun üzündən çəkmirdi. Bu ən böyük bir imtahan anı idi. Şevkətin bu qadını nə dərəcədə sevdiyini indi görəcəkdi. Gənc adam məktubu diqqətlə oxudu... Bir neçə dəqiqə yerindən tərpənmədi. Sonra atasına tərəf döndü. Üzü saralmış olsa da, gülümsəyirdi. -Bu işin gec-tez belə olacağını bilirdim, dedi. Ancaq bu qədər tez azad olacağımızı çox umınurdum. Şevkət Əlirza bəyi qucaqlayıb, iki yanağından öpdü. Yaşlı adam özünü saxlaya bilməyib ağladı: -Doğrumu deyirsən, Şevkət? Bunları bizi təsəlli etmək üçün demirsən, elə deyilmi? deyirdi. O, sevinclə gülərək and içdi: -Nə danışırsan, ay ata!... Zindanların ən böyüyündən azad oldum. Məni bu saat buradan çıxarıb səninlə bərabər evə göndərsəydilər, bu qədər sevinməzdim. Ancaq atasının hələ də inanmadığım görüb daha çox başa salmağa başladı: -İlk vaxtlarda sevirdim. Ancaq gündən-günə bir pis xasiyyətini görüb soyumağa, diksinməyə başladım. Onsuz da o qarışıqlıqda, o böhranda sevdiyim bir insan da olsa, gözüm görməyəcəkdi ki!.. Hər şey kimi sevmək də pulu, halı yerində olan insanlara məxsus bir üstünlükmüş, ata. Nəticədə, elə vəziyyətə gəldim ki, artıq bu qadının yanımda nəfəs almağına da dözə bilmirdim. «Belə olduğu halda niyə illərcə dözdün? Niyə bizi və özünü bu vəziyyətə gətirənə qədər dözdün?» deyəcəksəu. Bunu başqalarına başa salmaq çətindir, amma sən çox güman ki, başa düşərsən. Borcumdur deyib, boynuma götürdüyüm bir işi asanlıqla silkinib ata bilən bir insan deyildim... Ümid olsa da, olmasa da sonuna qədər dözməyə məcburdum. Nə edim ki, bizi belə yetişdirdin. «Gəmisini xilas edən kapitan» kimi bir adam olsaydım, bu olanlar olmazdı. Ata, narahat olma, arxayın evə qayıt. Fərhundənin başımızdan aralanması bizim üçün nadir bir xoşbəxtlikdir.... Əsla: «Boynumuza götürdüyümüz vəzifəni yerinə yetirə bilmədik... Bir evin yıxılmağına, bir insanın uçurumdan aşmağına səbəb olduq!» deyə öz-özünü üzmə. Onsuz da belə evlərin ev deyiləsi nəyi vardı ki? Nəticədə, insan olmağa çalışmaq sənə də, mənə də zərərdən başqa heç nə qazandırmadı. Görək bir az da heyvanlığı təcrübədən keçirək.

XXVII fəsil Fərhundənin qaçmağı evdə yenə bir hakimiyyət inqilabına səbəb oldu. Leyla ilə Neclanın başçıları getdikdən sonra iqtidarda qala bilmədilər. Hökumət yenə də müvəqqəti olaraq Əlirza bəyin əlinə keçdi. Şevkətin həbsi onsuz da əyləncələrini dayandırmış, evin keçmiş qonaqlarını uzaqlaşdırmışdı. Bunlardan bir hissəsi ləkəli bir məhkum ailəsi ilə görüşməyi şərəfısizlik bilir, bir hissəsi belə fıkirləşmir, amma evdəki kefsizlikdən narahat olurdular. Qalan bir neçə nəfərin də Əlirza bəyin həmişəki soyuq davranışları nəticəsində evdən bir-bir ayaq kəsilmişdi. Bir-iki ay Bağlarbaşındakı evin qapısını çalan olmadı. Əlirza bəy artıq qızlarına hər gün küçəyə çıxmağa, onunla-bununla danışmağa izin vermir, bir yerdə bir az geciksələr qiyamətlər qopardırdı. Leyla ilə Neclanın bu vəziyyətə nə qədər dözə biləcəkləri bilinmirdi. Ancaq Neclanın ərə getməyi ilə bitən bir hadisə onlara bir dörd ay dünyanı unutdurmuşdu. O yay Leylaya üs-tüstə üç qismət birdən çıxmışdı. Bunlardan ən yaxşısı Nəzmi bəy adında gənc bir həkimdi. Leyla bu gəncin xarici görünüşünü, Xeyriyyə xanım işini və mədəni bir ailənin oğlu olmağını, Əlirza bəy də ağırbaşlı olduğunu bəyənmişdi. Ev başdanbaşa sevinc içində idi. Ancaq nişana bir neçə gün qalmış Nəzmi bəy bu işin olmayacağını bir neçə sətirlə Əlirza bəyə bildirmiş və həmən İzmirə getmişdi. Səbəbi heç cür başa düşülmədi. Əvvəlcə, düşmənlərin Leyla haqqında yeni bir iftira uydurduqları sandılar. Ancaq sonradan başqa bir rəvayət ortaya çıxdı. Nəzmi bəyin atası bir oğrunun bacısını gəlini kimi qəbul etmək istəməmiş, bu qızdan əl çəkməzsə, oğlunu rədd edəcəyini deyibmiş... Leylanın ikinci müştərisi bir maliyyə məmuru idi... O da pis adam deyildi. Hətta üzü-gözü həkimdən daha gözəldi. Buna baxmayaraq, Leyla onu heç düşünmədən üçüncü müştərisinə fəda etdi. Bu Çamlıcada yay tətili üçün bir ailəyə qonaq gələn qırx beş yaşlarında bir suriyalı idi. Bir gün Leylanı Üsküdar vaporunda görüb bəyənıniş və dərhal onunla evlənmək istəmişdi. Bir çox gənc qız üçün də misirli, suriyah demək, bütün səadətləri nəsib edən xoşbəxtlik quşu deməkdi. Gənc qız varlı bir ərəbin onu istədiyini eşidən kimi sevincdən dəliyə döndü. Deməli, mində bir insana nəsib olmayan böyük şans onun üzünə gülmüşdü. Leyla bu kişinin üzünü heç düzəməlli görməmişdi. Kim olduğunu da bilmirdi. Ancaq özünü fılmlərdə o alnının ortasında fındıq böyüklüyündə brilyantların parıldadığı Hind Raclarından biri ilə evlənırmış kimi təsəvvür edir, anasına, atasma, bacılarına bolbol vədlər verirdi. Artıq kasıbcıhğa nöqtə qoyulmuşdu. Bütün ailə bu Suriyah kürəkənin sayəsində şahzadə kimi yaşayacaqdı. Gənc qızın çılğın ümidi bacılarına, sonra anasına, nəhayət, uçan 33

quşdan imdad diləyən atası Əlirza bəyə keçdi. Ev günlərcə bayram etdi. Əbdülvəhhab bəy varlı olduğu qədər də yaxşı insana bənzəyirdi. Əlirza bəyin kasıblığını qınamırdı. «Mənə lazım olan pul deyil, namusdur... Mən bir Leyla xanımdan razı qalım, onu almazlara, qızıllara qərq edərəm, vallahi» deyirdi. Əlirza bəyin evi artıq çox pis vəziyyətdə olduğu üçün kürəkənin qonaq qaldığı evdə sadə bir nişan mərasimi keçirildi. Əbdülvəhhab bəy bu münasibətlə Leylaya gözəl bir paltar hədiyyə etdi. Nişanlılar sentyabr ayının axırına qədər İstanbulda qalacaq, sadə bir nikahdan sonra Suriyaya gedəcəkdilər. Əbdülvəhhab bəy Bağlarbaşındakı evə teztez gəlməyə başlamışdı. Hər dəfə də: «Heç sıxılmayın... Mənim üçün zəhmət çəkməyin» deyir, ona süfrə açanda xərcə düşməyimizi istəmirdi. Xeyriyyə xanım necə də olsa belə bir kübar insana süfrə açmaq üçün imkanlarının olmadığını bilirdi. Amma nə qədər olmasa, evin də bir qüruru vardı. Əvvəldən gecə dəvətlərinə məxsus olaraq hollda qurulan dekor bu əşyalardan bir çoxu satıldığı üçün indi daha kasıb bir şəkildə qonaq otağına qurulmuşdu. Kürəkən gələndə o otağa aparılır, ona qəhvə, çay, küçədən dondurınaçı keçdiyi zaman da dondurına verilirdi. Əbdülvəhhab bəy köhnəpərəst bir adam kimi göründüyü, daima dindən, əxlaqdan danışdığı üçün Xeyriyyə xanım artıq başqa siyasətlə hərəkət edirdi. Qızlar bir az yüngül hərəkət edəndə, bir az gülübhəngamələrin bir yerdən Əbdülvəhhab bəyin qulağına çatacağından qorxurdu. Hətta bir ara Neclanı yeznəsinin yanına çadra ilə çıxmağa məcbur da etmişdi. Leyla anasının bu fıkri ilə razılaşır, hələlik artıq bəzəkdə, əyləncədə gözü olmayan bir köhnəpərəst qız rolunu oynayırdı. Tələsmək lazım deyil. Özündən iyirmi beş yaş böyük olan ərini necə olsa ovcunun içinə alacaq, istədiyini etdirəcəkdi. Təsəvvür etdiyi kimi xoşbəxt olmaq üçün də önündə uzun bir həyat vardı. Əbdülvəhhab bəy gələcəkdə baldızlarına da özü kimi bir varlı tapacağma söz vermişdi. Buna görə Necla ilə Ayşə onu yerəgöyə sığdırmırlar, «yeznə» deyə pərvanə kimi ətrafmda dönürdülər. Əlirza bəy isə, Allahın uşaqlarını bir fəlakətdən xilas etmək üçün göydən endirdiyi bu dəvə dodaqlı, uzun ərəb şəklindəki mələyə minnətdardı. Ancaq nədənsə ona qarşı içində o qədər də güvən hiss etmir, bəzən bəzi sözlərindən və hərəkətlərindən şübhələnirdi. Ancaq bu çətin vəziyyətində kiməsə inanmağa o qədər ehtiyacı vardı ki, ağlmdan belə bir fıkir keçirdi: «Mən çox pis və haqsız bir adam olmuşam... Yazıq kişini günahlandırıram» deyirdi: Sonra, «əxlaq, fəzilət, doğruluq» kimi sözlərə o qədər həsrət qalrınşdı ki, kimiu ağzından bu sözlər çıxsa qulağına elə xoş gələcəkdi. Əbdülvəhhab bəy bir neçə dəfə Leylanı gəzməyə aparır və axşamları əlində böyükkiçik paketlərlə geri gətirirdi. Xüsusilə də, qara məxmər palto gənc qızı çox sevindirmişdi. Əbdülvəhhab bəyin yanında ağıryana durmaq üçün özünü zorla saxlayan Leyla, o getdikdən sonra anasının, atasının, bacılarının boynuna sarılır, sonra da otağında dəqiqələrcə rəqs edirdi. O, yanağmı məxmər paltosunun yaxasına söykəyib, gözləri yumulu, qramafondan öyrəndiyi bir valsı təkrar edərək xəyallara dalarkən, Əlirza bəyin özündən asılı olmayaraq gözləri yaşarınışdı. Xasiyyətcə nə yaxşı, nə də pis idilər. Hansı tərəfdən bir külək əssə yarpaq kimi önünə düşüb o yana, bu yana sürüklənirdilər. Artıq sözə qulaq asmayan, yola gəlməyən qızını bir ümid və pul nə qədər dəyişdirmişdi. Leyla oynadıqdan sonra Neclanın qarşısında dayandı, əllərini bacısının çiyninə qoyub: «Kürküm gələndə bunu sənə verərəm, yaxşımı, Necla?» dedi. Əlirza bəy Neclanın birdən-birə ürpəndiyini, kin və nifrət dolu gözlə bir an bacısına baxdığını gördü. Birdən-birə ürəyi sızıldadı. Necla bacısını qısqanırdı. Yaşlı adam öz-özünə gülümsəyərək otaqdan çıxarkən fikirləşirdi: «İnsanın səadətini uşaqlarından ummağı nə qədər də boş bir xəyaldır, Ya Rəbb! Uşaqlarımızın hamısını xoşbəxt eləməyə gücümüz çatsa yəqin ki, hansısa birinin həyatında bir çətinlik olsa, yenə də yerdə qalanları unudacayıq. Övladlarımızın arasında hansı bədbəxtdirsə, ancaq onu fikirləşib, üzüləcəyik. Bəli, uşaqdan, övladdan xoşbəxtlik gözləmək boş bir xəyaldır.» Leylanın Suriyaya gedəcəyi günlər yaxınlaşırdı. Əbdülvəhhab bəy nişanlısından çox razı idi. Ancaq bir gün aralarında səbəbsiz bir mübahisə çıxmışdı. Leyla paroxodda, bazarda köhnə tanışları ilə qarşılaşanda görməzlik edir, sonradan ondan nə isə danışılanda da fikir vermirdi. Ancaq bir axşam nişanlısıyla Çamlıca yolunda gəzərkən bunlardan qızlı-oğlanlı səkkiz-on nəfərə rast gəlib. Vəziyyət uyğun olmadığı üçün qaça bilməyib. Çarəsiz dayanıb söhbət edib, hətta Əbdülvəhhab bəyi də tanış etməyə məcbur olub. Nişanlısı buna çox acıqlanıb. Leylanın qüruruna toxunan sözlər deyib. Gənc qız həddən artıq sərt bir dillə cavab qaytarıb və o axşam küskün ayrılıblar. Əbdülvəhhab bəy bir həftəyə yaxın oniara heç gəlmədi. Xeyriyyə xanım başda olmaqla bütün ailə çox qorxdu... Nəhayət, nişanlıdan Əlirza bəyə bir xəbər gəldi: Leyla küçədə bəzi səviyyəsiz adamlarla söhbət edib və hətta nişanlısı ilə çıxan mübahisədə onların tərəfini tutub. Namuslu bir kişi bu hala dözə bilməzmiş. Əlirza bəyi xətrini çox istədiyi üçün də əgər kiçik qızı Necla xanımı verirsə sevinclə qəbul edərimiş! Əlirza bəylə Xeyriyyə xanım tam bir həftə: «Çox pis hərəkət etdin, nişanlını əsəbləşdirdin» deyə Leylanın beynini aparmışdılar. Ancaq Əbdülvəhhab bəydən bu xəbər gələndən sonra həqiqəti başa düşmüşdülər. Bəzən Əlirza bəyin ağlına gələn fıkir doğru çıxmışdı. Kim olduğunu əməlli-başlı araşdırmadıqları bu adam düz yolun yolçusu deyildi. Bəlkə də bir-iki ay yanında gəzdirdiyi Leyladan bezdiyi, bəlkə də bacısından iki yaş balaca olan Neclanı daha gözəl gördüyü üçün 34

bunu buraxıb, o birini almaq istəmişdi. Onlar son hadisədə Leylanı nahaq yerə günahlandırmışdılar. Yazıq qızın heç günahı yoxdu. Bu küskünlük yalnız Leylanı başından atıb, Neclanı almaq üçün ortaya atılmış bir bəhanə idi. Həm də heyvancasına və ibtidai bir bəhanə! Evdə bir üsyan hay-küy qopdu. Əlirza bəyin fıkrincə ən doğru hərəkət bu adamın nişan üzüyünü və gətirdiyi bir neçə hədiyyəsini xəbər gətirən adama verib göndərməkdi. Ancaq o əsnada Əbdülvəhhab bəyin təklifındən daha təəccüblü bir şey oldu. Necla yaşından gözlənilməyən bir çoxbilmişliklə Əlirza bəyin yolunu kəsib, utanmadan-çəkinmədən: -Nə edirsən, ata... Dəli olubsan? dedi. Qismətimə nə haqla mane olursan? Madam ki, Əbdülvəhhab bəy məni istəyir... bacımın yerinə məni verərsən... dedi. Əlirza bəy üzsüzlüyün bu dərəcəsini ağlına gətirməmişdi. Yaşlı adamın bir anda dili tutuldu. Leyla bayıldı. Ancaq Xeyriyyə xanım keçirdiyi üzüntüyə baxmayaraq soyuqqanlılığını itirmədi: - Neclanın dedikləri boş, mənasız sözlər deyil... Bir dəfə də fıkirləşək, Əlirza bəy... dedi. O gecə evdə uzun və səs-küylü bir müzakirə oldu. Əlirza bəy bu evliliyə heç cür razı olmaq istəmirdi. Elə ilk addımda bu əxlaqsızlığı edən adamdan nələr gözlənirdi? İnsan belə bir avaraya qızını yox, evindəki pişiyi də etibar edə bilməzdi. Onun fıkrincə küçə dilənçiləri də bu üzsüz və vicdansız adamdan min qat yaxşı idi. Sonra Neclanın bacısına bu ağır təlıqiri rəva gördüyü insanla evlənmə yi doğru deyildi. Xeyriyyə xanım ərinin bütün sözlərinə haqq verirdi. Əbdülvəhhab bəy həqiqətən də əxlaqsız bir adamdı. Adam belə birinə evindəki pişiyi də etibar etməzdi. Ancaq nə çarə ki, zaman o zaman deyildi. Uşaqlar pişik balasından daha xor, alçaq olmuşdular. Sandığın borcu olduğu kimi dururdu. Yaxında ev satılacaq, uşaqlar küçə ortasında qalacaqdı. Heç bir yerdən bir şey uma, gözləyə də bilməzdilər. Bütün yardım qapıları bağlı idi. Əri bütün bu şeyləri yaxşıca fıkirləşmədən «yox» deməməliydi. Onsuz da onun verəcəyi qərarın da o qədər də əhəmiyyəti yoxdu ki... Bu məsələdə son söz Neclanındı. Son sözmü? Qərarını vermiş insanlara məxsus bir səssizliklə bu mübahisəyə qulaq asan Necla özündən asılı olmayaraq gülümsədi. Necla ondan gözlənilən bu son sözü elə xəbər aldıqları an deməmişdimi? İndi anası ilə atasının yersiz davalarına, qımıldamadan nağıl kimi qulaq asır, bəzən pəncərədən qaranlığa baxaraq xoş xəyallara dalırdı. Həqiqətən də həyatda nələr olarınış? Bacısının başına qonan xoşbəxtlik quşunun uçub onun başına qonacağını yuxusunda görsə inanınazdı. İndi onun üçün fikirləşməyə dəyər bir tək məsələ vardı. Bu da Suriyalı dövlət quşunun bacısma oynadığı oyunu ona da oynamasına imkan verməmək, onu tez bir vaxtda ələ keçirməkdi. Leyla bacısmın bu hərəkətindən günortadan bəri incimişdi. Nəhayət, dözə bilməyib, atası ilə danışanda ona sataşmağa başladı. Birdən-birə bütün ümidini itirmiş bir insan üçün bundan təbii bir şey ola bilməzdi. Bağırmaq, acıqlanırmış insanın ən təbii haqqı idi. Həm də Neclanın borcu da bütün ümidini əlindən aldığı bacısına haqq vermək, heç olmasa bu gecəlik o nə desə, nə etsə xoş qarşılamaqdı. Onsuz da bu onun üçün çox da çətin bir fədakarlıq da sayılmazdı. Qalib gəlmiş insanlar üçün yaxşı və mərhəmətli olmaq nə qədər asan və yerində davranışdır. Ancaq Necla nədənsə bu böyüklüyü göstərmədi. Hətta bacısını yavaş-yavaş ələ salmağa başladı. Onda Leyla tamamən əsəbləşdi və evdə qiyamət qopdu. Gənc qız həyasız küçə arvadlarının səsiylə: - Fahişə.... Əxlaqsız... Fahişə... Nişanlımı sən yoldan çıxartdın... deyib Neclaya hücum edir, o qorxub çəkinmədən: -Yaxşı elədim, gözünü açsaydın, əlindən qaçırmasaydın, möhkəm yapışsaydın... deyə cavab verirdi. Xeyriyyə xanım saçıbaşı qarışmış Leylanın öhdəsindən gəlməyə, Ayşə isə zorla Neclanı otaqdan çıxartmağa çalışırdı. Əlirza bəy isə yerə, divarın dibinə çöməlmiş, iki əli ilə başını tutub, baş verən hadisələrdən çox uşaqlarının bu qədər alçalmış, səviyyəsizləşmiş olduqlarına görə hıçqıra-hıçqıra ağlayırdı. Ayşə Neclanın əlindən tutub zorla həyətə çıxarır, ancaq Necla dəfələrlə geri dönüb, ağza alınmayacaq sözlərlə içindəki bütün zəhəri püskürürdü: -Əyninə iki manatlıq bir palto geyinən kimi ağlın başından çıxdı? Utanmadan mənə qarşı övladlıq qız kimi davrandın. Allah sənin kimiləri bax bu günə qoyar.... Qışda kürk alanda mənə köhnə paltonu verəcəkdin hə...? İndi mən onu başımın sadağası kimi sənə bağışlayıram.

XXVIII fəsil On beş gün sonra Necla Əbdülvəhhab bəylə bərabər Suriyaya getdi. Beləliklə, ağacın üçüncü yarpağı da qopmuş oldu. Necla ilə Leylanın arasında bacılıqdan daha çox başqa yaxınlıq vardı. Yaş fərqləri azdı. Üzləri, əxlaqları bir-birinə oxşayırdı. Bir yataqda yatıb, birlikdə böyümüşdülər, bərabər gülüb-əylənmişdilər. Əlirza bəyin fikrincə onlar birb-birlərindən ayrı yaşaya bilməzdilər, qan və ailə bağlarının ən mükəmməl nümunələri idilər. 35

Halbuki bir daha üz-üzə gəlməməklə qanlı iki düşmən kimi ayrıldılar. Ailə artıq kiçilmişdi. Evdə Leyla ilə Ayşədən başqa uşaq qalmamışdı. Əlirza bəy qışa yaxın Bağlarbaşındakı evi satdı. Bütün borclarını ödədi. Əlində qalan pulla Dolab küçəsində bir ev aldı. Bura iki böyük otaqlı, qaranlıq, xaraba bir yerdi. Uşaqların hamısının bir ağızdan «cəhənnəm» adını qoyduqları köhnə evləri bunun yanında Cənnət bağının sarayları kimi idi. Ancaq əldə qalan pul ilə daha yaxşısını almaq mümkün deyildi. Xeyriyyə xanım evi ilk gördüyü zaman bəyənməmiş: «Bir az da gözləsək, bəlkə daha yaxşı bir şey taparıq» demişdi. Ancaq əvvəlkindən tamamən fərqli adam olan Əlirza bəy kinayə ilə gülərək: «Gözləyəkmi? Haranı talan edəcəksən? Əldəki beş-on manatı keçənilki pul kimi dağıdıb məni küçədəmi qoyacaqsan?» demişdi. Uşaqlar evə bir məzara girmiş kimi ağlaya-ağlaya girdilər. Əlirza bəy də demək olar ki, qızların keçirdiyi hissləri keçirirdi. Ancaq buna baxmayaraq, qapıdan ilk addımını atarkən qeyri-ixtiyari əlindəki açarı dodağına yaxınlaşdırıb: «Allah yoxluğunu göstərməsin...» dua etdi. Leyla son hadisədən bəri hələ düzəlməmişdi. Evə girdiklərinin ikinci günü «Başım... başım...» deyə qışqıraraq yorğandöşəyə düşdü. Qırx beş gün dilsizağızsız yatdı. Yaxşı ki, xəstəliyi təhlükəli bir şey deyildi. Yaxmlarında yaşayan bir həkim: «Əsəb... yaxşı yediribiçirin. Əsəbləşdirməyin, keçibgedər...» deyirdi. Həkimin dediyi kimi Leyla bir ay yarımdan sonra ayağa qalxdı. Ancaq tamamən başqa Leyla olaraq... Xəstəlik əsnasında bir gecə sanki onu yataqdan alıb, yerinə başqasını qoymuşdular. Çox zəifdi. Yeni yeriməyə başlayan uşaq kimi zorla gəzir, teztez gözlərinə qaranlıq çökür, əlləri ilə üzünü tuturdu. Üzü dəyişmiş olsa da yenə də gözəldi. Xəstəlik bu üzə yazıqlıq, fağırlığa bənzər bir ifadə verdiyi ücün Əlirza bəy onu hətta əwəlkindən daha gözəl görürdü. Leylanın üzü kimi tərbiyəsi də dəyişmişdi. Artıq əvvəlki kimi varayoxa əsəbləşınir, taleyinə boyun əymiş görünürdü. Əlirza bəy qızının gözlərinin buğlu olduğuna diqqət etdi. Yaşlı adama elə gəldi ki, uşaq qarşısındakılara bir şey deyəndə, gülümsəyəndə daxilində gizligizli ağlayır, ancaq göz yaşları elə incədir ki, damcı şəklində düşmədən buxar olub havada dağılırdı. Bu bəlkə əsəbləri boşalmış bir yaşhnın təşvişi idi. Ancaq nə olursaolsun Leylaya qarşı ürəyində qəribə bir mərhəmət oyanrınşdı. Sonra əvvəlki kimi ata sevgisi canlanmağa başladı. Qızına qarşı olan bütün acığı, küskünlüyü yavaş-yavaş yox olurdu. Leyla bir az yaxşılaşdıqdan sonra küçəyə çıxmağa başladı. Həkim onu gəzdirib əyləndirmələrini, hətta mümkünsə hava dəyişiminə ehtiyacı olduğu üçün başqa yerə aparınalarını deyirdi. Bu isə mümkün deyildi. Yaşlı adam ətli, südlü bir xəstə yeməyi tədarük edənə qədər əldən düşürdü. Ancaq bunun müqabilində Leyla gəzməyəgedə bilirdi. İlk dəfə Xeyriyyə xanım qızını yaxşıca geyindirib ucuz bir faytona mindirərək dəniz kənarına hava almağa apardı. O gün çöl qapısının yanındakı balaca otaqda baş verən hadisə Əlirza bəyin ürəyini yenə dağladı. Xeyriyyə xamın bir pis iş görmüş kimi sıxıla-sıxıla Leylanın yanına bir boxça qoymuşdu. Bu Neclanın «Başımın sadağası olsun» deyə bacısına qoyub getdiyi o məşhur palto idi. Neclanın o dava gecəsi bir qudurğanlıqla bağırabağıra dediyi sözlər yəqin ki, hamısmın qulağında cingildəyirdi. Ancaq orada heç kimin bunu yada saldığını deməyə cəsarəti çatmırdı. Çünki bu halda paltonu atmalıydılar. Xeyriyyə xanım Leylanın oturduğu yerdə səssizsədasız düşünmə sindən cəsarətlənərək: -Gəl, qızım... Bunu kürəyinə sal gedək, dedi. Yaşlı qadın əlində palto ilə ayaq üstə gözləyir, əri ilə göz-gözə gəlməməsi üçün başını başqa tərəfə çevirirdi. Əlirza bəy qızının yenə gözləri qaralmış kimi əlini üzünə uzatdıqdan sonra yavaş-yavaş yerindən qalxdığını gördü, boğazına bir şey tıxandı. Leyla artıq məxmər paltosunu geyinir, özbaşına küçə-küçə gəzirdi. Əlirza bəy ilk günlərdə bu gəzintilərə heç bir şey demirdi. Nə eləsin, uşaq dərdli idi. Küçələrdə gəzmək başındakı fıkirlərdən, dərdlərdən uzaqlaşmağın ən yaxşı yolu olduğunu bilirdi. Elə olmasa, Dolab küçəsindəki evdə durulası deyildi. Ən çox da qısa qış günlərində günortadan iki saat sonra ev elə qaranlıqlaşırdı ki, otaqlarda çıraqsız qalmaq mümkün deyildi. Bununla bərabər, zaman keçdikcə Əlirza bəyin beynində fikirlər, qorxular oyanırdı: bir gənc qızın bu qədər çox gəzməyi yaxşı deyildi. Hələ bəzən də çox gecikirdi. Sonra keçmiş yoldaşları ilə yenidən yaxınlıq etməyə başlamışdı. Leylanın əvvəlki sağlığı və nəşəsi yerinə gəlmişdi. Ancaq Əlirza bəy ona hələ bir xəstə gözü ilə baxdığı üçün xətrinə dəyəcək bir şey deməyə dili gəlmirdi. Bir müddət sonra, bu gizli qorxu təhlükəyə çevrildi. Yaşlı adamın qulağına bəzi xoş olmayan xəbərlər çatdı. Ancaq heyf ki, onda da Leylanın həddən artıq kobudluğu bir adət hal;na gəlmişdi. Əlirza bəy buna baxmayaraq, Leylaya bəzi nəsihətlər vermək istəsə də o qulaq asmadı. Daha doğrusu, özü də bu işin çox üstünə düşməmişdi. İllərdən bəri davam edən bu mübarizə yaşlı adamı çox yormuşdu. Bundan başqa da Leylaya nə söz, nə də nəsihət təsir etmirdi. Nəticə olaraq, Leyla istədiyi kimi gəzib-dolaşmağa davam etdi.

36

XXIX fəsil Necladan get-gedə pis xəbərlər gəlirdi. Gənc qız ərəbdə umduğu varın və kefin olmayacağını elə yoldaca başa düşmüşdü. Əbdülvəhhab bəy İstanbulda dediyi kimi milyonlar sahibi bir varlı deyil, başa düşülməyən bəzi qaranlıq işlərlə məşğul olan, zorla dolanan bir adam idi. Necla Beyrutda xəyalındakı sarayın yanında toyuq hini kimi görünən bir balaca evə gəldi. Filmlərdəki kimi mərmər pilləkənlərə düzülmüş xidmətçilərin yerinə bir uzun ağ köynəkli qayınata ilə iki günü və bir alay uşaq tərəfındən qarşılandı. Üçüncü günü doqquz ay əvvəl ölmüşdü. Necla bu qadının yerinə gəldiyi üçün ondan qalan iki uşağa da analıq etmək vəzifəsi də təbii ki, ona düşürdü. Gənc qadın Molla Nəsrəddinin ağacı kimi, görəcəyi qiymətli əşyaların elə yalnız İstanbuldan alınmış bir-iki əşyadan ibarət olduğunu başa düşəndə bir az xırçınlıq etmək istəmişdi. Ancaq elə ilk davada uzun köynəkli qayınatasının yoğun səsi ilə üstünə hücum etdiyini görüncə çox qorxmuş, bir daha ağzını da açmağa cəsarət etməmişdi. İki günü və altı-yeddi uşaq arasındakı bu həyat, dözüləsi deyildi. Ancaq Necla ilk günlərdə bunları ailəsinə yazmağa utanırmış, xüsusilə də Leylanı sevindirməkdən qorxmuşdu. Bir neçə ay keçdikdən sonra dözə bilmədi; utanıb-sıxılmaqdan əl çəkib yavaş-yavaş bəzi şikayətlərə başladı. Sonra bunlar dərəcə-dərəcə artdı. Son məktubunda deyirdi ki: «Ata, dözə bilməyəcəyəm. Bir yolunu tapsam, hər şeyi qoyub İstanbula qaçacağam. Sənin bir loxma çörəyinə də razıyam. Anamdan və bacılarımdan ötrü çox darıxmışam. Ən çox da Leyla bacım heç ağlımdan çıxmır. Bacım vaxtıyla bu adamla evlənmədiyinə görə çox üzülmüşdü. İndi burada nələr çəkdiyimi görsə, onu bu dərddən qurtardığım üçün mənə sağ ol deyərdi». Leyla bu məktubu oxuduqdan sonra bacısına qarşı hiss etdiyi bütün kinini unutmuş: «Ata, Neclanı oradan gətirək» deyə Əlirza bəyə yalvarmışdı. Xeyriyyə xanım da azçox bu fikirdə idi. Ancaq yaşlı adam bu yalvarınalara qulaq asmamış, Neclaya yazdığı məktubda: «O yazdığın şeylər mənə də çox təsir elədi. Ancaq nə çarə ki, heç cür sənə kömək edəsi imkanımız yoxdu. Biz indi əvvəlkindən daha çox kasıbıq. Buraya gəlib nə edəcəksən? Ora nə qədər olmasa evindir, ərin çox da qabiliyyətli olmasa da, namuslu bir adamdır və səni yadlara möhtac etmir. Başqa yolu yoxdur, canını dişinə tutacaqsan, qızım.» Əlirza bu məktubla artıq qapısının Neclaya bağlı olduğunu açıqca göstərirdi. Ancaq gənc qız o qədər dərdli, bezgin idi ki, bu sözlərə acıqlanmır, üst-üstə göndərdiyi məktublarda «məni buradan qurtar, yoxsa özümü öldürəcəyəm, qanıma girəcəksən!» deyə fəryad edirdi. Neclanın bu «özümü öldürəcəyəm» sözü yəqin ki, boş bir hədə idi. Ancaq belə olmaya da bilərdi. Bu hər an dəyişən, qarmaqarışıq ruhlu, əsəbi uşaqlardan nə desən gözləmək olardı? Yaşlı adam daim qulaqlarında cingildəyən bir səsə cavab verirmiş kimi yavaşca və həyəcanla: «Anladım ki, uşaqlarım üçün bu bir yarpaq tökümü.... Ancaq beş uşaqdan heç olmasa biri xoşbəxt olmayacaqmı, Ya Rəbb?» deyə söylənirdi.

XXX fəsil Əlirza bəyin çayxanadakı dostlarından təqaüdçü bir mayor bir gün onu Üsküdardakı çayxanalardan birində bir kənara çəkib: -Əlirza bəy qardaşım, sizinlə çox vacib bir məsələ haqqında danışacağam, dedi... Bir müddət tərəddüd etdim... Ancaq sizi çox istədiyim və namuslu bir insan olaraq tanıdığım üçün... Mayor yaşlı adamın saralmağa, titrəməyə başladığını görüb dayandı. Qısa bir müddət sonra: -Deyəsən, üzüləcəksiniz, dedi. Əlirza bəy həmən özünü düzəltdi. Yersiz bir hərəkət edib yoldaşını ürkütməyin mənası yoxdu. Söhbətə belə başladığına görə eşidəcəyi sözlərin ürək dağlayacağından əmindi. Ancaq nə olursaolsun həqiqəti mütləq öyrənməliydi. Yaşlı adam əlindən gəldiyi qədər sakitləşməyə çalışdı: -Narahat olmayın, dedi, mən çox dözümlü bir adamam... -Ancaq üzülməyəcəyinizə söz verərsinizmi? -Od bir yerə düşsün və oranı yandırmasın, bu mümkün deyil. Ancaq çalışaram. -Həm də, o qədər də böyük bir məsələ deyil. Demək istədiyim şey budur: böyük qızının çox gəzməyinə icazə verməyin, hətta mümkünsə bir müddət heç evdən çölə çıxmasın! -Nə var? Nə olub? -Heç... Mənə elə gəlir ki, o yaşda bir gənc qızı çox sərbəst buraxmaq olmaz... -Sözünüzü dəyişdirməyin. Siz, nə isə bilirsiniz, həqiqəti mənə olduğu kimi deyin. 37

-Yaxşı, nə bilirəmsə, deyəcəyəm. Qızınızı bir həftə bundan qabaq əynibaşı səliqəli, geyimkeçimli bir cavan oğlanla maşına minəndə gördüm. Nə qədər üzüldüm, təsəvvür edə bilməzsiniz. Üç gün əvvəl də bizim uşaqlar başqa bir şey dedilər. Bəlkə də şişirdilmiş bir xəbərdir, amma... Mayor bu başqa şeylərin nə olduğunu danışmaq üçün Əlirza bəyin «danış» deməyini gözləyirdi. Ancaq artıq o bu adamın üzünə baxası, yeni bir sual sorası halda deyildi. Sadəcə: «Bu da mı başıma gələcəkdi?» deyərək ayağa qalxdı, küçədə birdən-birə gecə vaxtı addımladığı yerləri görməyən adamlar kimi başını önünə əyərək, əsası ilə səkinin daşlarını yoxlayayoxlaya ağırağır yeriməyə davam edirdi: -Bu da mı başıma gələcəkdi? Ac qaldım, biabır oldum, hər cür təhqir olundum. Hamısına dözdüm. Ancaq namussuzluğa dözə bilmərəm. Mütləq nə isə eləməliyəm... Qabaqda evini görəndə birdən-birə ağlına bir şey gəldi: -Mayor daha başqa şeylər deyəcəkdi. Yazıq adamın sözünü ağzında qoydum. Nə var nə yox hamısını öyrənməliyəm. Bir şey edə bilmək üçün daha çox şey bilməliyəm. Əlirza bəy dərhal geri döndü. Yoldaşını əldən qaçırmamaq üçün tez-tez yoxuşu endi. Yaxşı ki, tez gəlib çatdı. Çünki nəfəsi kəsilə-kəsilə çayxanaya girəndə, elə dostu da çıxmağa hazırlaşırdı. Əlirza bəy artıq utanıbçəkinmədən nə bilirsə hər şeyi danışması üçün ona yalvardı və bu xəbərləri aldı: "Leyla iki aya yaxındır ki, ailəli, uşaqlı bir vəkilin məşuqəsidir. Həftədə iki gün Üsküdarda görüşüb, maşınla Heydərpaşadakı fahişəxanaya gedirlər. Bu sözlərdə bir yalan varsa, günahı deyənlərin boynuna. Ancaq bu hamının ağzına düşmüş bir söhbətdi." Əlirza bəy yenidən evə qayıdanda artıq gecə idi. Xeyriyyə xanım onu görən kimi: -Leyla hələ gəlməyib, görəsən, harada qaldı? dedi. Yaşlı adam yorğunluqdan Leylanı düşünməyə vaxtı yoxmuş kimi hərəkət edib, qapının yanındakı bir qırıq kresloda oturdu. Qızını yenə də bir sorğu suala tutmadan əvvəl Xeyriyyə xanıma bu hadisədən danışmaq istəmirdi. Çünkü ona artıq inanmırdı. Xeyriyyə xamın çoxdan bəzi şeylər eşidib, ondan gizlətmiş ola bilərdi. Belə olmasa da, ərini çox əsəbləşdirməkdən qorxaraq Leylanı qorumağa başlayacaq, qızı gələndə qaş-göz işarəti ilə ona nə isə başa salmağa çalışacaqdı. Əlirza bəy oturduğu yerdə Leyladan soruşacağı sualları fikirləşərkən, Xeyriyyə xanım mətbəxdə Ayşə ilə bərabər axşam yeməyi hazırlayırdı. On dəqiqə sonra küçənin başında bir maşının siqnal səsi gəldi, bir az sonra evdə bir ayaq səsi eşidildi. Küçə qapısı aralıydı. Leyla səs etməkdən qorxmuş kimi içəri girdi və mətbəxdən gələn işığa doğru getdi. Atasının qaranlıqda oturduğu kreslodan qalxdığını görüncə yüksək səslə: -Ata, sənsən? Ürəyim düşdü! Ayşə bacısının səsini eşidən kimi əlində çıraqla mətbəxdən çıxdı. Onun arxasınca çırmalanmış qolları ilə Xeyriyyə xanım göründü. Yaşlı qadın: -Bu vaxta qədər haradaydın, Leyla? Çox qorxdum, dedi. -Heç... Bir dostumla birlikdəydim... Gözlə, bir nəfəs alım, deyəcəyəm də... Leyla hələ düz-əməlli yalan hazırlamamışdı. Vaxt qazanmaq üçün Ayşədən su istəyib içdi. Əlirza bəy pilləkənin yanında ayaq üstə durur, qaranlıqda üzü görünmürdü. Sakit və ağır bir səslə: -Sən maşınlamı gəldın? deyə soruşdu. Leyla bir az tərəddüd etdikdən sonra: -Hə, dedi, bir dostumgilə qonaq getmişdim. Əlirza bəy qızına bir şey hiss etdirməməyinə baxmayaraq birdənbirə özünü saxlaya bilmədi: -Bunlar nə yaxşı ev sahibidirlər belə?... Qonaqları evinə kimi maşınla gətirirlər... Kim imiş bu dostun hə...? -Tanımazsan ki... Leyla anasına dönərək sözünə davam etdi: -Rəfıqəm Haydarpaşadakı dərzisinə gedirdi. Məni də aparmaq üçün dirəndi... Müftə maşın olanda sözsüz ki, yox dəməzsiniz. Ancaq bir az gecikdik... Bu Haydarpaşa sözü Əlirza bəyə bütün ehtiyatını unutdurdu: -Rəfıqənlə Haydarpaşaya ilk dəfəmi gedirsən? Gənc qız təəccüblə: -Hə... dedi. -Ancaq mənə elə gəlmir... Bu dərzi Haydarpaşanın hansı küçəsindədir? Leyla yenə atasına tərəf döndü, qaranlıqda onun üzünü-gözünü görməyə çalışdı. Yaşlı adamın nəsə hiss etdiyini başa düşmüşdü. Ancaq bir az əvvəl qapıdan içəri girdiyi an göstərdiyi çəkingənliyi bu dəfə nədənsə yox olmuş, atasını qorxutmaq istədiyi vaxtlardakı səsilə: -Ay, ata, yaxşı sən də. Nə yaman suallar soruşursan, dedi. 38

Bu yekəbaşlıq Əlirza bəyi hövsələdən çıxartdı. Yaşlı adam qorxunc bir hiddətlə qızın üstünə hücum edib bütün eşitdiklərini bağıra-bağıra deməyə başladı. Xeyriyyə xanım: -Əlirza bəy, özünü ələ al... Yalan, iftira... deyə araya girmək istədi. Leyla da anası kimi etsəydi, səsini çıxartmasaydı bəlkə də yaşlı adam tərəddüd edərdi. Ancaq o əllərini yanına dirəyib, saçaqlı şallara bürünınüş bədənini bir az yana çevirərək meydan oxuyan İspan artistləri kimi məxmər paltosuna bürünüb: -Lap elə belədir, sonra? Adam olaydın, qızını bu hala düşürməyəydin!.. dedi. Ayşənin əlindəki işıq Leylanın üzünə düşür, onun təhqirlə, ələ salırcasına danışan boyalı ağzını, ətraflarındakı qara çənbərdə nifrətlə kiçilən gözlərini Əlirza bəyə bir öldürmə hissi vermiş kimi parıldadırdı. Yaşlı adam birdən-birə əsasını əlinə alıb: -Cəhənnəm ol!.. Dərhal evimdən çıx! deyə bağırdı. Leyla bu dəfə bir az ürkək, qapıya tərəf gerilədi: - Onsuz da qal desən də qalmaram. Lənət olsun sənin evinə! deyə cavab verdi. Üsyan yaşlı adama canavar gücü vermişdi. Qollarına, ayaqlarına sarılan Xeyriyyə xanım ilə Ayşəni iki paltar boxçası kimi silkələyib ataraq Leylaya tərəf cumdu. Bu hücum o qədər gözlənilməzdi ki, qız tez qaçmasa orada, qapının dibində ölməsə də mütləq bir yerindən ağır xəsarət alacaqdı. Ancaq birdən-birə Əlirza bəyin ayağı bir yerə ilişib üzü-üstə yerə düşdü. Əsası əlindən başqa tərəfə uçdu.

XXXI fəsil Əlirza bəy yüngül şəkildə iflic olmuşdu. O gecədən sonra çənəsi bir az yana əyilmişdi. Dili pəltəkləşmişdi. Yeriyəndə sol ayağmı bir az sürüməyə başlamışdı. Ancaq o bunu sanki hiss etmirdi. Onu incidən əsl xəstəlik, daxilipdə idi. İnsan içinə çıxası üzü qalmadığı üçün vaxtının çoxunu kiçik bir otaqda keçirirdi. Pəncərənin qarşısında yarı dağılmış bir divar vardı. Yaşlı adam bütün gün bu divarın oyuqlarındakı seyrək yaşıllığı, daşların arasında kərtənkələ yaxalayan pişikləri seyr edirdi. Bir başqa məşğuliyyəti də günortaya yaxm divarın ortasından başlayıb, ağırağır yuxarı çıxan işığa baxaraq yeni bir günəş saatı icadına çalışınasrydı. Leyla getdikdən sonra ev, tamamən səssiz qalmışdı. Zəif bədəninin haradan gəldiyi bilinməyən bir güclə illərcə əlləşibvuruşan Xeyriyyə xanım bu hadisədən sonra özünü tamamən buraxmışdı. İki gündə bir qab yumaq, bəzən ocaqda yemək asmaq, Ayşənin başına bir daraq vurmaq ona ürək bulandırıcı bir iş kimi görünür və o bu işləri zorla edirdi. Yaşlı qadın uzun və qanlı bir çarpışınadan qayıdan bir əsgər kimiydi. Aldığı yaraların ağrısını və sonsuz yorğunluğunu hələ indi hiss edir, hər gün bir yerində bir xəstəlik, şikəstlik kəşf edirdi. Leyla məsələsi Əlirza bəyi də çökdürmüşdü. Bu namus məsələsi olduğu üçün ərinin elədiyi şiddəti haqlı görür, ancaq eyni zamanda nədənsə ondan küsmüş və ona nifrət edirdi. Bu başlarına gələn hadisələr Əlirza bəyə bəzən müəmınalı görünürdü: "Uşaqlarımızı bir-bir itirdik... İlk evləndiyimiz vaxtlardakı kimi tək qaldıq...Bu fəlakətlərdən sonra bir-birimizə daha yaxın olmamalıydıq? Halbuki biz elə bil bir-birimizə nifrət edirik... Bu insanlıq nə qəribə bir müəmmadır, ya Rəbb!" Əlirza bəy bu müəmmanın bir azını həm özünün, həm arvadının Ayşəyə qarşı olan münasibətində görürdü. Beş uşaqdan əllərində yalnız bu qızcığaz qalmışdı. Bu halda o biri uşaqlara göstəriləcək bütün nəvazişi də Ayşəyə göstərmək, onu beş qat daha çox istəməli deyildimi? Halbuki uşağa evdə gəzən, hətta ayaq altında gəzdikcə itələnən bir pişik kimi davranırdılar. Deyəsən, uşaqlarla fıncan dəsti arasında çox fərq yoxdu. Qırılaqırıla sonunda tək qalanda işə yaramırlar, bir küncə atılırlar. Ayşə indi on dörd yaşındadır. Bacıları kimi gözəlləşməyə başlayıb. Ancaq onun bu gözəlliyini kim görürdü? Əvvəlki şən, danışıb-gülən Ayşə qorxaq bir qız olmuşdu. Yüksək səslə danışmağa, sürətlə yeriməyə cəsarət etmir, elə bil evin bir tərəfındə bir ölü, ya da xəstə birisi vardı. O, bəzən də bağçaya, ya da qonşulara gedirdi. Bir neçə ay sonra Əlirza bəy bu fəlakətə də öyrəşdi. Bəzən əsasını alaraq küçəyə çıxmağa başladı. Nəhayət çayxananın qarşısına gəlib çıxdı. Yoldaşları pəncərədən onu səslədilər. Bir az özünü çəkdikdən sonra içəri keçdi. Ona qarşı olan münasibətləri dəyişməmişdi. Əslində yaxşı fıkirləşsələr doğrusu da elə bu deyilmiydi? Leylanın pis yola düşdüyünü öyrəndikdən sonra göz yumub, evdə saxlasaydı ona namussuz deməyə haqları olardı. Ancaq madam ki, həqiqəti öyrəndikdən dərhal sonra onu evdən qovmuş və bir daha adını da anmamışdı, belə halda onu uşağı ölmüş bir atadan fərqli görməmək, hətta ona ürəkyanğısı ilə baxmalı idilər.

XXXII fəsil 39

Bəzən evdə o biri uşaqlardan söhbət düşsə də, Leylanın adı heç çəkilmirdi. Ancaq bir gün Xeyriyyə xanım fikirlifikirli Ayşəyə Leyla deyə səslənmişdi. Bəzən arxasıüstə uzanaraq yatmış kimi gözlərini yumduğu zaman elə onu fikirləşdiyini Əlirza bəyə demişdi. Divarda Əlirza bəyin uşaqlarını ətrafına toplayaraq çəkdirdiyi köhnə bir şəkil vardı. Yaşlı adam bu şəkildə ayaqlarının yanına çömələn Leylanı qayçı ilə kəsib çıxartmış, onun yalnız atasının dizlərinə sarılmış əlləri qalmışdı. Uşaqlar bəzən anlaşılmayan hörmətsizlik edərlər. Bir gün Ayşə də şəklə baxıb: -Bu əllərə bax... Leyla bacım dizlərmə sarılıb elə bil yalvarır, elə deyil? demişdi. Uşağın səmimiyyətlə, yoxsa biclikləmi dediyi çox da anlaşılmayan bu sözdən sonra Xeyriyyə xanım birdən-birə hıçqırmağa başladı. Əlirza bəy titrəyən yumruğu ilə uşağa hədə qorxu gələrək: -Ay qız!... Bir daha onun adını ağzına aldığını eşitməyim, deyə bağırmışdı. Ancaq nədənsə o gündən bəri tilsim qırılmışdı. Xeyriyyə xanım ərinin acıqlandığını saymayıb tez-tez Leyladan danışmağa başlamışdı. Əvvəlcə hər söhbət düşəndə onun uşaqlıq vaxtlarından danışardı. Sonra indi nə halda olduğunu, ordan-burdan eşitdikləri xəbərlərə keçirdi: -Deyirlər bizim qızı yoldan çıxaran vəkil yaxşı adamdı. Taksimdə kirələdiyi evdə Leylaya çox yaxşı baxır. Hətta onunla evlənmək istəyir, amma heyf ki, hələ arvadından boşana bilmir. Hər halda bu adam tərbiyəsiz deyil, sadəcə Leylanı çox sevdiyi üçün belə hərəkət etmişdi... Əlirza bəy: -Allah eşqinə sus, Xeyriyyə... Xəcalətimdən öləcəyəm- deyə qulaqlarını tıxayır, ancaq bir tərəfdən də eşitdiyi bu xəbərlər onun xoşuna gəlirdi. Neyləyəsən, nə qədər də olsa övladdı. Xeyriyyə xanım evin içində olaola çöldəki xəbərləri necə öyrənirdi? Yaşlı qadın bir gecə ərmə Leylanın on beş gündən bəri xəstələnib, yorğan-döşəyə düşdüyü xəbərini verdi: -Yazıq uşaq, onsuz da cansız bir şeydi... Qorxuram. Keçən ilki xəstəliyi təkrarlanırmış olmasın, dedi. Bu xəstəlik sözü Əlirza bəyin həssas ürəyində Leylaya qarşı bir az mərhəmət və sevgi oyatdı. Həyasızca paltosuna bürünüb, əllərini belinə qoyan, boyalı ağzını əyə-əyə, qara yumru gözlərini hərəkətlə kiçildərək meydan oxuyan Leyla birdən-birə gözündən itib, əvəzinə o biri xəstə və ümidsiz Leyla solğun üzü ilə yatağa uzandığı gözünün önünə gəldi. Xeyriyyə xanım ərinin üzündəki hüzünü görüb cəsarətlənərək: -İcazə ver.... Bir dəfə uşağımı görüm! deyə yalvardı. Əlirza bəy hirsli deyildi, sadəcə: -Bu söz, sənin kimi namuslu bir qadının ağzından eşidiləsi sözdümü, Xeyriyyə xanım? Ölüm var, amma bir də onunla üz-üzə gəlmək yoxdu! dedi. Ancaq o an istəmədən gözündən iki damcı yaş axdı. Yaşlı adam bu ağlamağın işığın təsiri ilə olduğunu göstərmək üçün tərstərs çırağa baxdı. Sonra başını önə əyərək, şikəst ayağını daha çox sürükləyərək otaqdan çıxdı. Leyla hadisəsindən sonra özünü birdən-birə halsız qoyan, uzandığı yerdə bəzən gözlərini açıb ətrafa baxmağı, soruşulan suallara ağzının ucuyla cavab verməyi belə yorğunluq sayan Xeyriyyə xanımda o günlərdə bəzi naməlum oyanış əmələ gəlməyə başladı. Yaşlı qadın bəzən paltarının ətəyini belinə dolayıb ev təmizləyir, yemək bişirir, qonşulara gedib-gəlirdi. Ərinə qarşı siyasətini də yenə dəyişdirmişdi. Arada bir bic-bic Əlirza bəyin ətrafında gəzinir, ona qulluq edir, şirin sözlərlə könlünü alırdı. Bu canlılıq onun vaxtıyla ilk dəfə özündən çıxdığı, evin sarsılmağa, uşaqların bir-birinə qarışdığı vaxtlardakı halına bənzəyirdi. Əlirza bəy bu dəyişiklikdən bir məna çıxara bilmir, öz-özünə, «Dur görək... bu işin də altından bir şey çıxacaq, amma Allah xeyir eləsin» deyə düşünürdü. Yaşlı adam yanılmamışdı. Çox keçmədən bu fövqəladə qulluqların sirri meydana çıxdı. Əlirza bəy bir gün əlində xırda-parayla qapıdan içəri girəndə qarşısında qızı Leylanı gördü. Leyla: «Ata... Atacan!» deyə çırpınıb, ağlayaraq Əlirza bəyin boynuna atılır, Xeyriyyə xanımla Ayşə ayaqlarına qapanaraq yalvarırdılar. Əlirza bəy addım-addım geri çəkilərək arxasını divara dayadı. Gözlərini yumdu. Üzündə heç bir həyəcan görünmürdü. Ancaq nəfəs almaqda çətinlik çəkir, başını yuxarı qaldırır, əli ilə yaxasının düymələrini açmağa çalışırdı. Deməli, Xeyriyyə xanımın tez-tez Leyladan söhbət açmağının səbəbi bu idi. Bu qızla gizlicə görüşərək bir plan qurmuşdular. Əvvəla, Leylanın uşaqlıq vaxtlarına aid xoş xatirələrlə onu yumşaltmağa çalışmişdılar. Sonra xəstəlik hekayəsi uydurulmuşdu. Nəhayət, onun həddən artıq əsəbləşmədiyini görüb cəsarətləndikdən sonra bu işi görüblər. Plan heç də pis deyildi. Əlirza bəy sadəcə: «Leyla səninlə barışmaq istəyir» desələr, razı olmazdı. Ancaq birdən-birə qızının üzünü görsə bəlkə həyəcanla, fıkirləşməyə vaxt tapmadan onu qucaqlayacaq... Bu gəlişin onu birdən-birə öldürə biləcəyini də fıkirləşməmişdilər. Leyla susur, Xeyriyyə xanım deyir, o yalvarışlarını bitirdikdən sonra Ayşə başlayır və hamısı bir ağızdan ağlayırlar. Əlirza bəy əli hələ yaxasında, düyməsində qızının üzünü bir daha görməmək üçün verdiyi anda sadiq qalmaq istərcəsinə gözlərini açmırdı. Nəhayət, söz sırası ona da gəldi. Yaşlı adam gediləcək ikinci bir yolu olmayanlara məxsus sükutla: -Boş yerə yorulursunuz, dedi. Mənim artıq Leyla adında bir qızım yoxdu. Biz bir-birimiz üçün ölmüş sayılırıq. 40

Xeyriyyə xanım, Leyla və Ayşə yarım saatdan çox əlləşdilər, ancaq Əlirza bəyin ağzından bundan başqa söz almaq mümkün olmadı.

XXXIII fəsil Leyla getdikdən sonra Əlirza bəy ilə Xeyriyyə xanım arasında böyük bir dava çıxdı. Xeyriyyə xanım ərini xoş sözlərlə yola gətirə bilməyəcəyini görüb birdən-birə üsyan bayrağını açdı: -Səni adam bildim, otuz ildir ki, sözündən çıxmıram. Nə hala gəldiyimiz ortada. Artıq izin ver ki, bir az da mənim dediyim olsun. Sənin üzündən övladlarımın hər biri bir tərəfə dağılıb. Əlimdə bir bu Leyla və Ayşə qaldı. Uşağım mənsiz yaşaya bilmir. Mən də onsuz yaşayamayacağam, Leylaya istərsə bütün dünya pis desin, o mənim gözümdə hamıdan yaxşıdır. Ya Leyla ilə yaşayacayıq, ya da... Xeyriyyə xanım sözünün davamını gətirmədi, ağlamağa başladı. Əlirza bəy gülümsəyərək: -Üzülmə xanım, üzülmə, dedi. Mən də sənin kimi qərarımı verdim. Mən aranızdan çəkilərəm. Bəlkə inşallah yaxşı olarsınız. Get indi rahat ol. Əlirza bəy həqiqətən qərarını vermişdi. Nə olursa-olsun artıq bu evdə qalmayacaqdı. Ertəsi sabahı erkəndən boxçasını hazırladığını görən Xeyriyyə xanım onu bir uşaq kimi danladı: -Yaxşı, bu hörmətsizliklərindən əl çək... Sən şikəst bir yaşlı adamsan.. Bu halla haraya gedirsən? Gəzib-gəzib gələcəyin yer yenə buradı... Boş yerə biabırçılıq eləmə, dedi. Əlirza bəy Fikrətgilə getmək istəyirdi. Bütün gecə onun üç il əvvəl Haydarpaşa vağzalında dediyi sözləri fıkirləşmişdi: "Dara düşsən mənim yanıma gələrsən.. Ərim yaxşı bir adam olsa, sənə əlimdən gəldiyi qədər baxaram". İçində gizli bir ümid vardı. Bəlkə Fikrət onu yanında saxlayacaq, beləliklə də, səfalət və namussuzluq içində sürünməkdən canı qurtaracaqdı. Əslində uşaqlarından heç birinə ağırlıq olmaq istəməzdi, nə eləsin, bu vəziyyətə hamı düşə bilərdi. Əlirza bəyin bu ümidi ancaq Adabazarında, gecə vaxtı polisin köməkliyi ilə, kürəkəninin qaranlıq bir küçənin sonundakı evini tapana qədər davam etdi. Aynabənddə süfrəni yığışdırmaqla məşğul olan Fikrət onu görəndə təəccübdən çox qorxu və tərəddüdlə: Ata, sənsən?... Xeyirdir, inşallah? dedi. Əlirza bəy soyuq və həvəssizcə əlini öpən qızını qucaqlamağa cəsarət etmədən, yavaş-yavaş çiynini sığalladı. Bu sırada vəhşi baxışlı iki uşağın maraqla ona baxdığını gördü. Sonra da qapılarından birində uzun boylu, ağ bığlı bir adam göründü. Gənc qadın toz-torpağa bulanmış, yol yorğunluğu ilə bir az da çökmüş bu yaşlı adamdan utanırmışcasına: - Atam bizə qonaq gəlib, dedi. Qonaq!... Fikrət bu iki kəlmə ilə ərinə: "Qorxma, ya da acıqlanma... Bir, iki gün sonra gedəcək demək istəməmişdimi? Kürəkən Əlirza bəyi çox soyuq qarşıladı. Fikrətə: -Atan yoldan gəlib. Acdır, yemək hazırla, deyə əmr verdi. Yaşlı adam hələ bu evə ayaq atarkən göstərilən münasibətdən başa düşmüşdü ki, qızı burada xoşbəxt deyildi. Fikrət bir neçə ildə çökmüş, qocalmış, ortayaşlı kənd qadınına dönmüşdü. Atasına yemək hazırlarkən uşaqları danlamağı, bağırmağı onun əsəblərinin necə də gərildiyini göstərirdi. Bir az sonra Əlirza bəy süfrəyə qoyulan bir qab kartofu yeməyə çalışırkən ondan İstanbuldakıları xəbər aldılar. Tək-bətək qaldıqları vaxt qızına, əlbəttə, hər şeyi danışacaqdı. Ancaq nə qədər də olsa yad oğlu olan kürəkənin yanında birdən-birə danışmaq istəmədi; bu gecəlik soruşulan sualları bəzi ümumi cavablarla ötüşdürməyə çalışdı. Ancaq onlar olub-bitən şeylərin onda birini belə bilmədikləri halda çox qəzəbli davranışlar sərgiləməyə başladılar. Kürəkən: -Biz onsuz da bəzi şeyləri eşidirdik, dedi. Fikrət: -Ah, ata... xətrinə dəyməsin, amma ən böyük günahkar sənsən.... Bilirsən də «ata, gözlərini aç! Bunların hamısı avara... Saqqalını əllərinə vermək olmaz.» dedim. Nə qədər çırpındım, eşitmədin. Əri ondan cəsarətlənərək daha ağır sözlər deməyə başladı: -Fikrət haqhdır... Siz ağsaqqal adamsınız, böyük vəzifələrdə olubsunuz... Bu qədər yumşaq davranınamalıydınız... «Mən belə istəyirəm, belə olacaq» deyərdiniz. Kim ağzını açsa, bir təpiklə qapıdan çölə... Bu qədər... Evin ağası, atası olun, Fikrətin dediyi kimi, saqqalını uşaq-muşağın ixtiyarına veriməyin... Onsuz da yol yorğunluğundan halsızlaşan Əlirza bəyin loxmalar boğazmda qalırdı. Acı bir gülümsəmə ilə boynunu bükərək: - Nə edək.... Qismət..., tale.... dedi. 41

Evdə Fikrətdən başqa iki uşaqlı bir dul baldız da vardı. Başqa boş otaq olmadığı üçün Əlirza bəyə qapının yanındakı qonaq otağında yer saldılar. Yaşlı adam Adabazarında on beş gündən çox qala bilmədi. O da nə əziyyətlə! Fikrətin o qədər yadlaşdığını görmüşdü ki, ona demək istədiyi sözləri də deyə bilməmişdi. Qızı istəsə də yanında saxlaya bilmədikdən sonra buna nə ehtiyac vardı? Qızı əslində: «Ata, darda qalsan gəl, sənə baxaram!» deyə söz vermişdi. Amma bu da bir şərtə bağlı idi: Fikrətin o vaxt bunu deyəndə «bəlkə rahat evim olar» dediyi də çox yaxşı yadında idi. Halbuki yazıq qızın bu ümidi puç olmuşdu. Bura da başqa bir cəhənnəm idi. Əlirza bəy Fikrətin, demək olar ki, hər gün qayınanası, baldızı, əri və ögey uşaqları ilə dalaşdığını görürdü. Yaxşı ki, qızı üzlü idi. Əlirza bəy bu davaların bəzilərinə də onun səbəb olduğunu hiss etməyə başladı. Bir gün Fikrətin qayınanasına: «Bir daha atamın adını ağzına aldığını görsəm, eşitsəm, evinizi başımza yıxaram» deyə bağırdığını eşitmişdi. Demək, bu evdə çəkdiyi azmış kimi Fikrət bir də atasına görə söz altında qalırdı. Gənc qadın o gecə də hər zamankı kimi kürəyində yorğan-döşəklə qonaq otağına girəndə atası: -Mənə görə yorulduğımu görəndə ürəyim ağrıyır, Fikrət, dedi. Ancaq bu artıq son gündü... İcazə versən, mən sabah gedərəm... Əlirza bəy «icazə versən» deməklə özünü sanki onun bu evdə qalmağını istəyən varmış kimi apardı. -Niyə bu qədər tez gedirsən, ata? dedi. -Tez deyil, qızım, səni bu qədər gördüm... Fikrət bir az fıkirləşdikdən sonra üzgün bir ifadə ilə: -Ata! dedi. -Nə oldu, qızım? Gənc qadın ona çox vacib bir şey deməyə hazırlanırmış kimiydi. Ancaq qısa bir tərəddüddən sonra buna ehtiyac olmamış kimi heç bir şey demədi. -Deməli, sabah gedirsən! dedi. Heç olmasa erkən yat... Yuxun şirin olsun. O çıxdıqdan sonra yaşlı adam: -Mən bu hərəkəti, bu səsi haradan xatırlayıram? deyə fıkirləşdi və çox keçmədən yadına saldı: Oğlu Şevkət də vaxtıyla bir neçə dəfə belə söz demək istəyib, sonra da susmuşdu.

42

Related Documents

Tre Nuri
December 2019 27
Nuri Dragoj
June 2020 18
Syair Si Burung Nuri
October 2019 33
Hhd Nuri 1.docx
October 2019 23
Nuri Kuat Manangis.docx
November 2019 24