d
AK
u
.a
z
TéLéBéLéR ÜÇÜN AVROPA KREDÌT TRANSFER SÌSTEMÌ (AKTS) MéLUMAT KÌTABÇASI
w
w
w.
q
a
fq
a
z.
e
TS
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Qafqaz Universitetinin yeni tədris binasının təməlini atarkən
www.qafqaz.edu.az EC TS
QUALITY MANAGEMENT CERTIFICATE
ƏLAQƏ MƏLUMATLARI
Tel: (+994 12) 448 28 62/66; Faks: (+994 12) 448 28 61/67; e-mail:
[email protected]
EUROPEAN CREDIT TRANSFER SYSTEM (ECTS) INFORMATION PACKAGE FOR STUDENTS bir dünya universiteti
Qafqaz Üniversitesi ...
müasir kampüs...
Qafqaz Universiteti
Avropa Kredit Transfer Sistemi (AKTS) European Credit Transfer Systems (ECTS)
MéLUMAT KÌTABÇASI
Bakı - 2008
TéLéBéLéR ÜÇÜN AVROPA KREDÌT TRANSFER SÌSTEMÌ (AKTS) MéLUMAT KÌTABÇASI
Hazırladılar: Dr. Cihan Bulut, Dr. A. Reha Yılmaz
Redaktor: Ìslam Hüseynov
Dizayn: Sahib Kazımov
Copyright ã Qafqaz Universiteti
Boloniya prosesi nədir? “Boloniya prosesi” adı altında başlayan çalışmaların tarixi 1988ci ilə qədər uzanır. 19 sentyabr 1988-ci il tarixində Alma MaterBoloniya Avropanın ən qədim universitetlərindən biri olaraq qurulmasının 900 illik yubileyində “Magna Carta Universitatum” hazırlanır. 25 may 1998-ci ildə Sorbona Universitetinin qurulmasının 800 illik yubileyində “Sorbona Deklarasiyası” qəbul olunur. 19 iyun 1999-cu ildə isə 29 Avropa ölkəsinin təhsil nazirləri “Boloniya Deklarasiyası”nı imzalayırlar. Boloniya Deklarasiyasında 2010-cu ilə qədər ortaq bir Avropa Ali Təhsil Zonasının (EHEA) formalaşdırılması üçün bir sıra fəaliyyət prinsipləri müəyyənləşdirilmişdir. 25 Mart 2001-ci il tarixində “Höteborq Tələbə Deklarasiyası” imzalanır. Bu mövzudakı ən son iclas isə Praqa (19 may 2001) və Qrasda (04 iyul 2003) olan görüşlərdən sonra 19 sentyabr 2003-cü ildə Berlində keçirilmişdir. Praqa Konfransında 2010-cu ilə qədər Avropa Ali Təhsil Zonasının formalaşdırılması müddəaları yenidən gözdən keçirilmişdir. 2005-ci ildən etibarən 45 ölkə prosesə qoşularaq bu ortaq təhsil hədəfini dəstəkləyir. Həmin ölkələr prosesə daxil olma ardıcıllıqları ilə bunlardır: 1999: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıtan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Lyüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya; 2001: Xorvatiya, Cənubi Kipr, Lixtenşteyn, Türkiyə; 2003: Albaniya, Andora, Bosniya və Hersoqovina, Vatikan, Rusiya, Serbiya və Çernoqoriya, Makedoniya; 2005: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna. Boloniya prosesinə üzv olan 45 ölkə ilə yanaşı bəzi beynəlxalq qurumlar da prosesə qoşulmuşdur. Bunlar:
Avropa Komissiyası Avropa Şurası məsləhətçi üzv Avropa Universitetlər Birliyi - məsləhətçi üzv EURASHE - məsləhətçi üzv ESIB - Avropa Tələbələri Beynəlxalq Birlikləri - məsləhətçi üzv
1
UNESCO-CEPES - məsləhətçi üzv ENQA - məsləhətçi üzv Education International Pan-European Structure - məsləhətçi üzv UNICE - məsləhətçi üzv
Avropa Kredit Transfer Sistemi (European Credit Transfer System) (ECTS) nədir? Tələbə mobilliyini asanlaşdırmaq və tələbələrin xaricdə aldıqları təhsilin öz ölkələrində tanınmasına nail olmaq üçün AB tərəfindən Avropa Kredit Transfer Sistemi (ECTS) yaradılmışdır. Avropa Kredit Transfer Sistemi (ECTS / AKTS) bir akademik tanınma sistemi olub əsas məqsədi müxtəlif ölkələrin təhsil müəssisələrində oxuyan mübadilə proqramı tələbələrinin aldıqları təhsilin nəticələrinin tam və ədalətli şəkildə müvafiq orqanlar tərəfindən qarşılıqlı olaraq tanınmasını təmin etməkdir. ECTS başlanğıcda iki müxtəlif ölkənin ali təhsil müəssisələri arasında həyata keçirilən keçişlər üçün yaradılmışdır. Ancaq eyni ali təhsil müəssisəsi daxilində və ya eyni ölkədəki müxtəlif ali təhsil müəssisələri arasında da istifadə oluna bilər. Bu sistemin uzunmüddətli məqsədi isə kredit və qiymətləndirmə məsələlərində Avropa ölkələri miqyasında standartlaşdırmaq, şəffaflığa nail olmaq, beləliklə, Avropa təhsil məkanında inteqrasıyanı gücləndirməkdir. Bu baxımdan Avropa Kredit Transfer Sistemi ali təhsil sahəsində Avropa səviyyəsində keçərli bir “ortaq dil” olaraq qiymətləndirilir. ECTS sistemini başqa tələbə mobilliyi proqramlarından fərqləndirən ən vacib xüsusiyyəti xaricdə təhsil almağa gedən tələbələrin həmin universitetin tələbələri ilə birlikdə dərslərdə iştirak etmələrini həyata keçirməsidir. Beləcə tələbələrin həmin universitetin akademik həyatına fəal şəkildə iştirak etməsi mümkün olur. ECTS çərçivəsində xaricdə təhsil alan tələbələr sadəcə müəyyən bir müddət üçün deyil, arzu edərlərsə proqramlarını bitirənə qədər getdikləri ali təhsil müəssisəsində qala bilərlər. Əlavə olaraq, istəyən tələbələr üçüncü bir ali təhsil müəssisəsinə də keçə bilərlər. Bu kimi tələblərin qəbul edilib edilməməsi, diplom alma və ya keçmə şərtlərinin irəli sürülməsi müvafiq ali təhsil orqanlarının səlahiyyəti daxilindədir.
2
Ali təhsil müəssisələri xarici tələbələrin akademik uğurları ilə bağlı bütün məsələlərdə qərarvermə səlahiyyətinə malikdir. Müəssisələr mövcud dərs tiplərində və qiymətləndirmə normalarında hər hansı bir dəyişiklik etmədən öz tələbələri tərəfindən alınan dərslərin və imtahanların hamısını qonaq tələbələr üçün də həyata keçirirlər. ECTS çərçivəsində xaricdə təhsil almağa qərar verən bir tələbənin edəcəyi ilk iş ixtisasına uyğun proqrama sahib olan ali təhsil müəssisələrini müəyyənləşdirməkdir. Bu məqsədlə ECTS-ə qoşulan müəssisələrin hazırladığı və istər müəssisə, istərsə də dərs proqramının quruluşu ilə dərslərin məzmunu haqqında bilgi verən Məlumat kitabçasından (information package) faydalanılır. Gediləcək müəssisə müəyyən olunduqdan sonra tələbə tərəfindən ərizə forması doldurulur (application form) və akademik tanınmanın zəmanət altına alınması məqsədi ilə tələbə ilə tələbənin öz müəssisəsi və xaricdəki təhsil alacağı müəssisə arasında üçtərəfli müqavilə imzalanır (learning agreement). Ölkələr arasındakı istər təhsil, istərsə də qiymətləndirmə sistemlərindəki fərqliliklər səbəbindən tələbələrin dərs yüklərinin müəyyənləşdirilməsində və aldığı qiymətlərin köçürülməsində bir qayda olaraq “ortaq dil” istifadəsi məcburidir. Bu məqsədlə hər fənn üçün ECTS krediti (ECTS credit) müəyyən olunur, alınan qiymətlər isə ECTS qiymətləndirmə sisteminin (ECTS grading scale) köməyi ilə hərf qiymətinə çevirilir. Bütün bu işlərin görülməsində əlaqələndiricilər fəal rol oynayaraq həm məsləhətçi vəzifəsini yerinə yetirərlər, həm də qarşıya çıxa biləcək problemlərin həllində köməklik göstərərlər.
ECTS krediti nədir? Nələri əhatə edir? Avropa Kredit Transfer Sistemi (ECTS) tələbələrin xarici ölkədə aldıqları və müvəffəq olduqları dərs kreditlərinin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsinə imkan verən bir sistemdir. Bu sistemdə akademik semestrlər (yarımilliklər) kreditləndirilir. Həyata keçirilərkən bir illik akademik təhsilə (iki yarımillik) 60 kredit, bir yarımillik təhsilə isə 30 kredit verililir. Bir ildə 3 semestr tətbiq edən ali təhsil müəssisələrində hər bir semestr 20 kredit olaraq qiymətləndirilir. ECTS krediti bütöv miqdar olaraq verilir 1.83 kimi saylardan qaçınılır. Ancaq çox zəruri hallarda onluq kəsr saylarından da istifadə olunur.
3
ECTS krediti bir fənnin uğurla tamamlanması üçün tələbənin üzərinə düşən bütün işləri (nəzəriyyə, praktika, seminar, fərdi çalışma, imtahanlar, tapşırıqlar və s.) ifadə edən bir dəyərdir. Bu dəyər hər fənnin bir ali təhsil müəssisəsində bir tədris ilinin vaxtında tamamlaması üçün lazım olan ümumi iş yükünün nə qədərlik bir hissəsini əhatə etdiyinin göstəricisidir. Bir tədris ilində 120 ECTS kreditlik bir proqramda iştirak etmək istəyən bir tələbənin yükü müvafiq ali təhsil müəssisəsində təhsil alan orta hesabla bir tələbənin aldığı dərs yükünün iki qatı olacaqdır. Bir tədris ilində 30 ECTS kreditlik bir proqramda iştirak etmək istəyən bir tələbənin yükü isə müvafiq ali təhsil müəssisəsində təhsil alan orta hesabla bir tələbənin aldığı dərs yükünə görə çox azdır və yarı-zamanlı statusda dərs alacaqmış kimi düşünülə bilər.
ECTS krediti veriləcək fənlər hansılardır? Məcburi və seçməli dərslərin hamısına ECTS krediti verilməlidir. Tələbənin iştirak etdiyi proqramı başa vurması üçün alınması məcburi olan dissertasiya işi, layihə işi və ya təcrübə kimi çalışmalara da ECTS krediti verilməlidir. ECTS krediti sadəcə auditoriya saatını deyil, o fənlə bağlı bütün iş yükünü əhatə edir. Auditoriya saatı - əgər bir fənn nəzəri olaraq işlənirsə - iş yükü ilə və bilavasitə auditoriya ECTS krediti ilə birbaşa bağlıdır. Fənlər üçün ECTS kreditinin müəyyənləşdirilməsində diqqət edilməsi vacib olan ən önəmli xüsus bir tədris ilində alınması lazım olan bütün dərslərin kreditlərinin cəminin 60 olması məcburiyyətidir. ECTS krediti ilə auditoriya saatı arasında bir əlaqə vardır. Ancaq ECTS kreditinin sadəcə dərs saatına bağlı olmadığı, o dərsin formalaşdırdığı bütün iş yükünü əhatə etdiyi nəzərə alınmalıdır. Auditoriya saatı - əgər bir dərs klassik üsullarla tədris olunursa iş yükü ilə və vasitəsilə ECTS krediti ilə birbaşa əlaqəlidir. Beş kreditlik bir dərs bir ali təhsil müəssisəsində 24 saatlıq nəzəri dərs, 6 saatlıq təcrübə və 60 saatlıq fərdi çalışmadan ibarətdirsə, başqa bir müəssisədə 24 saatlıq nəzəri dərs, 36 saatlıq təcrübə və 30 saatlıq fərdi çalışmadan ibarət ola bilər. Tələbə hər iki müəssi-sədə də eyni iş yükü ilə bənzər uğurlar əldə edə bilər. Görün-düyü kimi, hər iki müəssisədəki ECTS krediti eynidir, ancaq ümumi dərs saatları fərqlidir.
4
Nəzarətçilərin nəzarətində keçilən laboratoriya və ya layihələndirmə işlərindən ibarət olan fənlər üçün vəziyyət daha mürəkkəbdir. Bir saatlıq nəzəri dərs ilə bir saatlıq laboratoriya məşğələsi qətiyyən bir-birinə bərabər deyil. Ali təhsil müəssisələri ümumiyyətlə bir saatlıq laboratoriya dərsini ¼ və ya ½ nəzəri dərs saatı kimi qiymətləndirir. Bir nəzarətçi başçılığında yerinə yetirilməyən layihə çalışmalarının kreditləndirilməsində isə o layihənin tam zamanlı bir çalışma nəticəsində neçə həftədə tamamlanacağı nəzərə alınmalıdır.
Fənnin səviyyəsi və ya çətinlik dərəcəsi ilə ECTS krediti arasında bir əlaqə varmı? ECTS krediti heç bir şəkildə fənnin səviyyəsini müəyyən etməz və çətinlik dərəcəsi ilə ECTS kredit miqdarı arasında da bir əlaqə yoxdur. Fənnin səviyyəsi ali təhsil alınacaq müəssisənin məlumat kitabçasında öz əksini tapır. Məlumat kitabçasında əlavə olaraq dərsin proqramı, keçilmə tipi, qiymətləndirmə forması (imtahanlar və ev tapşırıqlarının miqdarı və ağırlıqları) kimi mövzularda da məlumatlar olur.
ECTS krediti ilə fənnin saatı arasında bir əlaqə varmı? ECTS krediti sadəcə dərs saatına bağlı olmayıb o dərsə aid bütün iş yükünü əhatə edər. Auditoriya saatı - əgər bir dərs nəzəri olaraq işlənirsə - iş yükü ilə və bilavasitə ECTS krediti ilə birbaşa bağlıdır.
ECTS qiymətləndirmə sistemi necədir? Avropada bir çox müxtəlif qiymətləndirmə sistemlərindən istifadə olunur. Bu səbəbdən tələbələr, bəzi problemlərlə qarşılaşırlar. Qiymətləndirmə normaları müxtəlif fənlər arasında və ya eyni ölkədəki ali təhsil müəssisələri arasında çox fərqlənməsə də, ölkədən-ölkəyə ciddi fərqliliklər meydana gəlir. Qiymət köçürülməsində ortaya çıxan səhvlər təhsillərinin bir hissəsini xarici ölkədə alan tələbələr üçün ciddi problemlər doğurur. Tələbələrin xarici ali təhsil müəssisələrində aldıqları qiymətlərin öz ölkələrindəki müəssisələr tərəfindən asanlıqla başa düşülməsi məqsədi ilə bir ECTS qiymətləndirmə sistemi yaradılmışdır. Ancaq bu, ali təhsil müəssisələrinin qiymətləndirmə sistemlərinə müdaxilə etmək mənasını vermir. Ali təhsil müəssisələri ECTS qiymətləndirmə sistemini nə şəkildə tətbiq edəcəklərinə özləri qərar verir. Tələbələrin ECTS kreditləri qarşılığında aldıqları qiymətləri getdikləri müəssisə versə də, bu
5
qiymətlərin qarşılaşdırılmasını tələbənin qeydiyyatda olduğu müəssisənin qiymətləndirmə sistemi əsas götürülərək, bölmə komissiyaları həyata keçirir. ECTS qiymət sistemi tətbiq edilmədə müəssisələrin özlərinin qərar vermələri prinsipi əsasında tənzimlənmişdir. ECTS qiyməti
Bu qiyməti Açıqlama alan tələbələrin təxmini faizi
A
10
B
25
C
30
D
25
E
10
FX *
-
F*
-
Mükəmməl : Bəzi kiçik qüsurlarla birlikdə yüksək göstərici Çox Yaxşı: Bəzi qüsurlarla birlikdə orta həddən yuxarı bir göstərici Yaxşı : Diqqət edilməsi vacib olan qüsurlarla birlikdə səmərəli fəaliyyət Orta: Düzəldilməsi vacib olan səhvlərlə birlikdə qəbul ediləcək bir səviyyə göstəricisi Kafi: Kafi səviyyədəki ən aşağı göstərici Qeyri-kafi: Kreditin verilməsindən əvvəl bəzi işlərin görülməsi lazımdır. Qeyri-kafi: Ciddi çalışmaq lazımdır.
* Müvəffəq olmayan tələbələrə “FX” və ya “F” qiyməti verilir. “FX” qiyməti zəif olan, ancaq bir az daha çalışmaqla “E” qiyməti ala biləcək tələbələrə verilir. Belə bir fərqləndirmə müvəffəq olamayan bəzi tələbələrin daha sonra alacaqları dərsləri müəyyən etmələrinə kömək edir. Ancaq zəif tələbələr arasındakı fərqi müəyyən etməkdə çətinlik çəkən müəssisələr “FX” qiymətini tətbiq etmədən sadəcə “F” qiymətindən istifadə edirlər.
ECTS qiymətləndirmə sistemində 5-i kafi (məqbul), 2-si isə qeyri-kafi (qeyri-məqbul) olmaqla 7 dərəcəli qiymət vardır. Qiymətləndirmə sistemində bu saydan daha az qiymətin olmasının tələbənin müvəffəqiyyətini tam şəkildə əks etdirməyəcəyi, bu saydan çox qiymətin olması isə gerçək olmayan bir vəziyyəti göstərəcəyi nəzərə alınmışdır. Tələbənin aldığı dərslərin köçürmə krediti olaraq qəbul edilə bilməsi üçün dərslərdən “A” ilə “E” arasında qiymət alması məcburidir. “FX” və “F” qiymətlərinin kredit dəyəri sıfırdır. Zəif tələbələrə “FX” və ya “F” qiyməti verilir. “FX” qiyməti zəif olan, ancaq bir az daha çalışmaqla “E” qiyməti ala biləcək tələbələrə verilir. Belə bir fərqləndirmə müvəffəq ola bilməyən bəzi tələbələrin daha sonra alacaqları dərsləri müəyyənləşdirmələrinə kömək edir. Ancaq zəif tələbələr arasındakı fərqi müəyyən etməkdə çətinlik çəkən müəssisələr “FX” qiymətini tətbiq etmədən sadəcə “F” qiymətindən istifadə edirlər.
6
Qafqaz Universiteti Bakalavr Tədris və İmtahan Təlimatnaməsinə görə dərs müvəffəqiyyəti qiymətlərini ifadə edən ballar, qiymətlər və əmsallar aşağıda göstərilmişdir. Ballar
Qiymətlər
Əmsallar
90-100 85-89 75-84 70-74 65-69 60-64 55-59 50-54 0-49
A1 A2 B1 B2 C1 C2 D1 D2 F3 F2 F1
4.00 3,50 3,00 2,50 2,00 1,50 1,00 0,50 0,00 0,00 0,00
4 3 2 1
G K F1 F2
: Kreditsiz dərslərdə müvəffəq olmaq. : Kreditsiz dərslərdə müvəffəq olmamaq. : Davamiyyətsizliyə görə ümumi imtahana buraxılmamaq, müvəffəqiyyətsizlik. : Ümumi imtahana girmə haqqı olduğu halda tələbənin imtahana girməməsi, , müvəffəqiyyətsizlik. F3 : Ümumi imtahana girdi, müvəffəq olmadı.
Bu halda universitet üçün ECTS qiymətlərinin qarşılığını aşağıdakı cədvəldəki kimi göstərmək olar. Avropa Kredit Transfer Sistemi (AKTS/ECTS)
Qafqaz Universiteti
Ballar
Qiymətlər
100-90 85-89 75-84 70-74 65-69 60-64 55-59 50-54
A1 A2 B1 B2 C1 C2 D1 D2 F3 F1 F2 K G
0-49
Qiymətlər A* B C D E*
F
E*
* Xarici ölkəyə təhsil almağa gedən tələbənin aldığı A və E ECTS qiymətlərinin Qafqaz Universiteti qiymətlərinə çevrilməsində tələbənin akademik uğuru ilə yerli qiymətlər də nəzərə alına bilər.
7
ECTS əlaqələndiriciləri və onların vəzifələri ECTS-ə qatılan hər ali təhsil müəssisəsi müəssisə əlaqələndiricisi ilə ECTS-i tətbiq edən hər bölmə üçün bir bölmə əlaqələndiricisi müəyyən edir. Əlaqələndiricilər ECTS-in akademik və idari işlərini izləməklə yanaşı, ECTS-ə qatılmaq istəyən tələbələrə məsləhətlər verirlər. Əlaqələndiricilər müəssisələrinə xaricdən gələn tələbələrin problemsiz bir şəkildə inteqrasiyasını təmin etməklə, xaricə gedən tələbələrin də nailiyyətlərini daima izləmək məqsədi ilə onlarla müntəzəm əlaqə qururlar. A. Müəssisə əlaqələndiricisi Müəssisə əlaqələndiricisinin əsas vəzifəsi ECTS prinsiplərinə və işləyişinə uyğun şəkildə müəssisənin öhdəliklərini yerinə yetirməsini təmin etməkdir. Müəssisə əlaqələndiricisinin üzərinə düşən əsas işlər bunlardır: müəssisə daxilində və xaricində ECTS-i tanıtmaq; ECTS-in təcrübədə tətbiq olunmasını asanlaşdıran işlər görmək; bölmə əlaqələndiricilərinə kömək etmək. Əlaqələndiricinin - xüsusilə böyük müəssisələrdə - müəssisənin həm akademik, həm də idari təbəqəsi ilə güclü əlaqələri olan təcrübəli bir adam olması vacibdir. Tələbələri ECTS haqqında məlumatlandırmaq və bölmə əlaqələndiriciləri ilə bərabər Məlumat kitabçası hazırlayaraq nəşr etdirmək və paylamaq müəssisə əlaqələndiricisinin digər vəzifələrindəndir. Bundan başqa, müəssisə əlaqələndiricisi müəssisənin Avropa Komissiyası və National Grand-Awarding Authority ilə imzalanan müqavilələrə görə də məsuldur. B. Bölmə əlaqələndiricisi Bölmə və ya fakültə daxilindəki, tələbələrin və akademik heyətin kontaktda olduğu bölmə əlaqələndiricisi ECTS-in daha çox tətbiq olunan və akademik cəhətləri ilə əlaqəlidir. Bölmə əlaqələndiricisi ECTS-ə qoşulan digər müəssisələrdən gələn məlumat kitabçalarının tələbələrə paylanmasını təmin edir, ərizə formalarının doldurulmasında tələbələrə köməklik göstərir, akademik tanınma metodları və sənədləri (təhsil müqaviləsi, akademik arayış) haqqında tələbələri məlumatlandırır. Bölmə əlaqələndiricisi tələbələrin xaricdəki dərs proqramlarının müəyyənləşdirilməsi prosesində məsləhətlər verir. Bölmə əlaqələndiriciləri öz müəssisəsi ilə xaricdəki müəssisə arasındakı məlumat axınını təmin etmək üçün ərizə formalarının
8
və imzalanan sənədlərin müəssisələr arasında dövriyyəsini izləyir; tələbələrin dərs proqramları ilə bağlı xaricdəki müəssisə ilə əlaqə qurur; xaricə təhsil almağa gedən tələbələrlə xaricdəki təhsilini tamamlayıb müəssisələrinə geri dönən tələbələrin akademik arayışlarını hazırlayır. Bölmə əlaqələndiriciləri tədris heyətinə həm ECTS haqqında, həm də bölmədəki dərslərə ECTS krediti verilməsiylə bağlı məlumat verir. Bölmə əlaqələndiricisi əlavə olaraq “Məlumat kitabçası”nın bölmə ilə bağlı hissəsini hazırlayır.
ECTS necə tətbiq olunur ? ECTS-in tətbiq olunmasını təmin edən və akademik tanınmanı asanlaşdıran üç təməl ünsür aşağıdakılardır: Məlumat kitabçası (Information Package) Təhsil müqaviləsi (Learning Agreement) Diploma əlavə (Diploma sumplament) Məlumat kitabçası (Information Package) ECTS-i tətbiq etmək istəyən ali təhsil müəssisələri öz müəssisələrində keçilən fənlər haqqında ətraflı məlumat olan və hər il yenilənən bir məlumat kitabçası hazırlayır. Bu kitabçada əlavə olaraq qeydiyyat-qəbul qaydaları, yemək və yataqxana məsələləri, akademik təqvim kimi müvafiq təhsil müəssisəni tanıdan ümumi məlumatlar da olur. Ciddi bir xarici ölkə təhsili üçün tədris olunacaq mövzuların əvvəlcədən tam şəkildə bilinməsi vacibdir. Bu səbəbdən adı keçən kitabçada dərs planları, dərsə girmə şərtləri, həftəlik dərs saatları, dərslərin tipi, öyrənmə və öyrətmə metodları, imtahan və qiymətləndirmə formaları, qiymətləndirmə sistemi, dərəcəyə yönəlik dərslərin quruluşu və dərslər üçün müəyyən olunan ECTS kreditləri ilə bağlı açıqlamalarla yanaşı, dərsi verən bölmənin təqdiminə yönəlik ümumi məlumatlar da yer alır. Müvafiq ali təhsil müəssisənin ana dilində və Avropa Birliyinin istifadə etdiyi digər dillərdə hazırlanan Məlumat kitabçası xaricdə təhsil almaq istəyən tələbələr ilə bu tələbələrə məsləhətçi olan professorların faydalanmaları üçün ECTS-i tətbiq edən digər ali təhsil müəssisələrinə paylanılır.
9
Təhsil müqaviləsi (Learning Agreement) Təhsil müqaviləsi xarici ölkədə alınacaq təhsilin məzmununu açıqlayan və tələbə ilə hər iki ali təhsil müəssisəsi arasında 3 nüsxədə imzalanan sənəddir. Təhsil müqaviləsində yer alan və uğurla tamamlanan bir dərs tələbənin öz universiteti tərəfindən avtomatik olaraq tanınır. Tələbənin xarici ölkədə alacağı dərslərin öz universitetindəki hansı dərslərin yerini tutacağının ona əvvəlcədən yazılı olaraq bildirilməsi məqsədəmüvafiqdir. Təhsil müqaviləsi tələbə xarici ölkəyə getmədən qabaq imzalanır. Tələbə xaricdəki müəssisəyə gedib təhsilə başladıqdan sonra müqavilədəki dərslərdən bəzilərini keçməyə bilər. Bunun səbəbi dərs cədvəli bəlli olduqdan sonra bəzi dərslərin toqquşması və ya bəzi dərslərdə həddindən az tələbənin qeydiyyatdan keçməsi ilə bağlı olaraq həmin dərsin açılmamasıdır. Belə bir hal baş verərsə, müqavilədə yer alan bəzi dərslərdə dəyişiklik edilə bilər. Bu halda təhsil müqaviləsinin arxa səhifəsində bu kimi dəyişikliklər üçün ayrılan bölmənin doldurulması və tələbə ilə hər iki müəssisədəki əlaqələndirici tərəfindən imzalanması lazımdır. Diploma əlavə (Diploma sumplament) Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avropa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olduğu birgə işçi qrupu tərəfindən işlənib hazırlanmışdır. Həmin model üzrə hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bütün ölkələr ali təhsil müəssisələri ixtisaslarının tanınması prosesini asanlaşdıracaq Avropa tipli diplom əlavələri ilə təchiz etmək məsələsində əməkdaşlıq etməlidirlər. Diploma əlavə ixtisas haqqında ətraflı məlumat vermək məqsədilə ali təhsil müəssisələrinin diplomlarına əlavə kimi təqdim olunur. Bu da öz növbəsində partnyor ölkənin nüfuzlu orqanı üçün əhəmiyyətli informasiya daşıyır.
10
ECTS-nin ali təhsil müəssisələri üçün verdiyi imkanlar hansılardır? Tədris planları və fənnin məzmunu haqqında müfəssəl məlumat verir. Akademik tanınma məsələsində alimlərə yardımçı olur. Fənn proqramlarının quruluşu, tələbələrin dərs yükü və tədris müddətinin sonundakı nailiyyətlərin yenidən nəzərdən keçirilməsinə kömək edir. Avropada müxtəlif qiymətləndirmə sistemlərindən istifadə olunur. Tələbələrin xarici ali təhsil müəssisəsində aldıqları qiymətlərin öz ölkələrindəki ali məktəblər tərəfindən asanlıqla başa düşülməsi məqsədi ilə bir ECTS qiymətləndirmə sistemi yaradılmışdır. Ancaq bu qiymətləndirmə sisteminin əsas məqsədi ali təhsil müəssisələrinə əlavə məlumat verməkdir və müvafiq təhsil müəssisəsində mövcud olan hər hansı bir qiymətləndirmə sisteminin əvəzində işlədilməsi məcburi deyildir. Ali təhsil müəssisələri bu qiymətləndirmə sistemini öz sistemləri daxilində necə tətbiq edəcəklərinə özləri qərar verir. ECTS qiymətləndirmə sisteminin əsas məqsədi tələbənin fəaliyyətinin səmərəliliyi haqqında ali təhsil müəssisələrinə əlavə məlumat verərək şəffaflığı və qarşılıqlı şəkildə müqayisə etmə imkanı verməkdir. Müəssisə əvvəlcə tələbənin aldığı qiymətlərin hansı şəkildə paylanmasını nəzərdən keçirir. ECTS qiymətləndirmə sistemindəki 10-25-30-25-10 modelini əldə etmək üçün müvəffəq olmuş tələbələrin ümumi sayının ilk 10 % -nə, 35%-nə, 65%-nə və 90%nə daxil olanların aldıqları ballara görə ECTS qiymətləndirmə limiti müəyyən edilir. Müvəffəq olmuş tələbə sayının ilk 10 % -nə girən tələbələrə hər zaman avtomatik olaraq “A” qiyməti vermək əsas deyildir. “A” qiyməti “mükəmməl”-in qarşılığı olduğu üçün bu dərəcəyə müəssisələr arasında da müxtəlif şəkildə yanaşma ola bilər. Məsələn, tələbələrin sadəcə 8%-ni “First Class Honours” dərəcəsi ilə məzun edən bir ingilis təhsil müəssisəsi “A” qiymətini ilk 8%-ə girən tələbələrə verə bilər. Halbuki tələbələrinin 14%-i “30 con lode” olan bir italyan müəssisəsinin ilk 14%-ə girən tələbələri ilk 10%-lik tələbələrdən fərqləndirməsi vacib deyildir.
11
Digər tərəfdən, bir ispan müəssisəsinin “Matricula de Honor” dərəcəsi ilə mükafatlandırdığı tələbə sayı ümumi tələbə sayının 5%-indən az ola bilər. Bu halda “mükəmməl” dərəcəsi:
Akademik dərəcə və ixtisas tanınmasını asanlaşdıraraq şəffaflığı artırır.
Bütün Avropada qəbul olunan ortaq bir sistem formalaşdırarkən milli təşkilati xüsusiyyəti qoruyur.
Qənaətedici olması baxımından bir başqa təhsil sistemi daxilində başa düşüləcək şəkildə məlumat verir.
Müəssisənin xaricdə tanınma və qəbul edilmə imkanını artırır.
Məzunlarının öz ölkələrində və beynəlxalq səviyyədə işlə təmin olunma imkanını artırır.
Diplomun dərəcəsi və köçürülməsi xüsusunda tez-tez rast gəlinən bir çox sualı cavablandırması baxımından zaman itkisinin qarşısını alır.
ECTS-nin tələbələrə verdiyi imkanlar hansılardır? Xarici ölkədəki təhsil nəticəsində alınan kreditlərin və ya dərəcələrin akademik olaraq tanınması üçün əsas təşkil edir. Tələbələrin xarici ölkədə sadəcə bir müddət üçün deyil, arzularına müvafiq olaraq, proqramlarını bitirənə qədər getdikləri ali təhsil müəssisəsində qala bilməsinə imkan verir. Xarici ölkədə sadə başa düşülən və qarşılıqlı müqayisə oluna bilən bir diplom. Təhsil prosesi müddətində əldə edilən akademik karyera və minimum səviyyə haqqında geniş izahat. Uğur və nailiyyətlər haqqında obyektiv məlumat. Xarici ölkədə iş tapmaq, ya da yüksək səviyyədəki iş imkanlarına daha asan nail olmaq. Məzunların işlə təmin olunmasının gücləndirilməsi.
Dərs mövzuları üçün kredit tənzimlənməsi ilə tələbələrə kredit verilməsi arasındakı fərq nədir? Hər bir dərs mövzusu üçün ECTS krediti müəyyən olunur, amma yalnız dərsləri müvəffəqiyyətlə tamamlayan tələbələrə kredit verilir. Yəni tələbələr sadəcə dərsə girərək, ya da təhsillərinin bir
12
qismini xaricdə davam etdirərək ECTS krediti alma haqqı qazanmırlar. Tələbələrin getdikləri müəssisə tərəfindən müəyyən edilmiş qiymətləndirmə normalarına uyğun olmaları və hədəflənən məqsədləri həyata keçirmələri lazımdır. Qiymətləndirmə prosesi müxtəlif formalarda (yazılı, şifahi, nümayiş etdirmə və s.) ola bilər.
Gəlmə tələbə müəssisənin keçirdiyi imtahanlara girməsə, nə olar? Bəzi proqramlar bir neçə akademik ilə paylanmış inteqrasiya olunmuş təhsil modullarından ibarətdir. Tələbələr bu modulları tamamladıqdan sonra dərs sonu imtahanına girmə haqqı qazanırlar. Belə bir sistem gəlmə tələbələr üçün problem yarada bilər. Bu tələbələr getdikləri müəssisədə qaldıqları zaman içərisində dərs modullarının hamısını tamamlaya bilmədiklərindən imtahana girib lazım olan ECTS kreditini ala bilmirlər. Alternativ həll yolu: Bu vəziyyətdə olan müəssisələr proqramlarını ECTS-ə uyğun formaya salmaq istəyirlərsə, digər müəssisələrdən gələcək tələbələri nəzərə alaraq buna görə tənzimləmə aparmalıdırlar. Əgər dərslərin tənzimlənməsində bir dəyişiklik edilmirsə, kənardan gələn tələbələr üçün dərsin fərqli səviyyələrində ECTS krediti verilməsi yolu seçilə bilər. İmtahanda dəyişiklik edilməsi: Daha öncədən də göstərildiyi kimi, sadəcə müəssisə dəyişikliyi edilərək təhsilin bir hissəsinin xaricdə alınması kifayət deyil, həm də tələbələrin getdikləri müəssisədəki imtahanlarda da uğurlu olmaları lazımdır. Erasmus və ECTS eksperimentləri bir çox müəssisənin tələbələri üçün tam akademik tanınmağa zəmanət verdiyini göstərmişdir. Bəzən imtahanlar çox geniş bir mövzunu əhatə edir və dəyişdirilmir. Bu halda ev sahibi olan müəssisə tələbəyə imtahanı əvəz edə biləcək bütün üsullardan (ev tapşırığı kimi) istifadə edə biləcəyinə zəmanət verməlidir. Layihə və müəyyən sahə üzrə iş: Bütün dərs mövzuları üçün qiymətləndirmə formaları və öyrənmə şəkilləri məlumat kitabçasında göstərilməlidir. Ev sahibi müəssisənin qaydaları, əsas müddəaları da bu məlumat kitabçasında öz əksini tapmalıdır. Kreditlər tələbə müvəffəqiyyətinə görə çox və ya az verilməz. Bir fənn üçün verilən kredit miqdarı müvəffəq olan bütün tələbələr üçün eynidir. Tələbə məhsuldarlığının keyfiyyəti verilən qiymətlərdə əks olunur.
13
Tələbə təhsilini xarici ölkədə davam etdirmək istədikdə, nə olur? Tələbələrin bir qismi xarici ölkədəki təhsil vaxtı başa çatdıqdan sonra öz ölkələrinə dönmək əvəzinə təhsillərini həmin universitetdə və ya başqa bir ali təhsil müəssisəsində davam etdirməyi arzulaya bilərlər. Bu tip istəklərə yalnız əlaqədar ali təhsil müəssisələri razılıq verdikdə və tələbələr diplom alma və qeydiyyat köçürməsi üçün lazım olan şərtləri qəbul etdikdə baxıla bilər.
14